63
“Eb-ev, ab-oba, eş-eşik, ed-get, zaqqin-yaxın, qulşe-gülüş, me-mən, qaş-
quş, deş-deşik, uş-üç.”
Ekranda yenidən Elməddin Əlibəyzadə görünür.Ekranın alt tərəfində onun
adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
“Hazırda elmi ədəbiyyatda çox-çox qədim və Şumerdən əzəli olan Kür-
Araz mədəniyyətindən söz açılır.Kür-Araz mədəniyyəti,onun daha qədimliyi,
inkişafı.əhatə dairəsi barədə tədqiqatlar aparılır,fikir və mülahizələr söylənilir.
Azərbaycanın Kürlə Araz qoynuna sığınmış Qarabağında,bu ana torpağın dağlı -
düzənli yerlərində miladdan öncə çox qədim mədəniyyətin nişanələri olan çoxsaylı
kurqanlar məhz bu mədəniyyətin canlı yadigarları deyilmi?Bunlar bizim şumer-
türk əcdadlarımızın məskəni,ocaqlarıdır.”
Ekranda yazılır:
“...Şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin mahiyyətini daha aydın
duymaq üçün ilk növbədə bu dilləri müqayisə etmək və onları yaxınlaşdıran
fonetik,leksik, və qrammatik eyniyyətlər bir tərəfdən Şumer dilinin genetik
mənşəyini daha obyektiv şəkildə öyrənməyə şərait yaradırsa,digər tərəfdən də türk
dillərinə məxsus sözləin tərkibində daşlaşmış bəzi köklərin arxetiplərini bərpa
etməyə tutarlaı əsas verir.
Aydın Məmmədov”
Ekranda Aydın Məmmədovun şəkli görünür.
Diktor mətni:
“Görkəmli Azərbaycan dilçisi,mərhum Aydın Məmmədov özünün “Şumer-
Türk leksik paralelləri” adlı məqaləsində dillərin yaxınlıq səviyyəsini
müəyyənləşdirməkdə leksik qatın əvəzsiz rol oynadığını nəzərə alaraq, şumer dili
ilə türk dillərinin genetik bağlılığını sübut edən 120 leksik paraleli misal
gətirmişdir.Məsələn...”
Ekrandakı təsviri aşağıdakı yazılar əvəz edir:
Şumercə Türkcə
--------------------------------------------
UZU OZAN
UD ÖD (zaman)
UŞ US, HUŞ (ağıl)
UŞ UŞAQ
İZİ İSTİ
ARA ARA (orta)
KAŞ QAÇ(maq)
64
AŞTAR AÇAR
E DE
UMA UMMAQ
DURU DURU
BAR BARDAQ
PA BAĞIR(maq)
PA BAĞ(lamaq)
SA SÖZ
DE DEMƏK
BE BƏY
BADARA BAYRAQ
SA SAĞ
SAA SAP (kəndir)
QUM QUM
SU SU
Mİ MƏMƏŞ
---------------------------------------------------
Diktor ekranda yazılanları oxuyaraq təkrar edir.
Ekranda yenidən Aydın Məmmədovun şəkli görünür.
Diktor mətni:
“Maraqlıdırki,Aydın Məmmədovun müqayisəyə çəkdiyi sözlərin, bir neçəsi
istisna olmaqla, heç biri Oljas Süleymenovun 60 sözü ilə üst-üstə düşmür.Yəni bu
halda tamam başqa sözlər müqayisəyə çəkilmişdir.Bu deyilənlərlə kifayətlənməyən
alim “Türk dillərində ilkin köklərin bərpasının nəzəri məsələləri” adlı digər
məqaləsində müqayisələrdə daha da dərinə getmiş,bu dəfə ayrı-ayrı türk ləhcə və
şivələrində rast gəlinən sözləri deyil,ümumtürk mahiyyəti daşıyan sözləri bütün
semantik yuvalarına görə müqayisə etmiş və hər iki dilin genetik qohumluğunu
təkzibolunmaz bir şəkildə ortaya qoymuşdur. Daha sonra prototürklərin,yəni
əcdad türklərin Ön Asiyada təşəkkül tapdığı və oradan Avrasiyanın geniş
ərazilərinə yayıldığı fikrini ifadə edən alim Azərbaycanın da həmin təşəkkül zonası
ilə bağlı olduğunu qeyd etmişdir.”
Ekranda mixi yazıların olduğu lövhə təsvirləri görüntülənir.
Diktor mətni:
Şumer-türk paralellərinin və bu paralellər əsasında genetik qohumluq
əlaqələrinin üzə çıxarılması sahəsində professor Tofiq Hacıyevin əməyi də yüksək
qiymətləndirilməlidir.İstər fonetika,istər leksika,istər morfologiya və istərsə də
sintaktik quruluş baxımından böyük maraq doğuran paralelləri üzə çıxaran alim
müqayisə edilən dil materiallarının fonetik qanunauyğunluqları barədə deyir...”