Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   33   34   35   36   37   38   39   40   ...   100

80
         “Ürəyini dinlədi,ürəyi vurmur daha,
          O,dostunun üzünü örtdü gəlin tək.
          Özü fırlanıb qartal kimi gəşt edirdi
          Elə bil ki,balası tələyə düşən şirdi,
                                                                
          Qəzəblə var-gəl edib,ora-bur gedirdi.        
          Kətan kimi dartırdı,saçlarını yolurdu,
          Paltarını didib,cırıq cındır olurdu.  
          Üfüqə səda düşüb ağaranda dan yeri
          Bilqamıs ölkəsini çağırdı adbaad.
          Misgərlər,dəmirçilər,daşyonanlar gəlirdi,
          Heykəltaraşlar gəlir,daş qoyanlar gəlirdi.
          -Dostum,sənə mən elə başdaşı düzəldəcəm,
          Beləsini heç kəs dostuna düzəltməyib.
          Saçı lacivərd,altı daşdan hörüləcək,
          Üzü əhəngdən,özü altundan yonulacaq.”
                                                              
           Ekranda Nəsir Rzayev görünür və deyir:
            “Menhirlərin Azərbaycanda dəmir dövründə yaradılmış insan heykəlləri ilə 
müəyyən yaxınlığı vardır.”
            Ekranda  daş  heykəl-balbal  təsvirləri  görüntülənir.Alim  sözünə  kadr 
arxasından davam edir:
             “Belə heykəllər döyüşçülərin qəbri üstünə qoyularmış.Menhirlərdə olduğu 
kimi,bu heykəllər də ölmüş döyüşçünün özünü təmsil edirdi.”
             Ekranda yenidən Nəsir Rzayev görünür və sözünə davam edir:
             “Göründüyü  kimi,menhirlər  ilə  qədim  türk  heykəllərinin  ideoloji  əsası 
eynidir.Hər  ikisi  animistik  təsəvvürə-ölümdən  sonrakı  əbədi  həyat  fəlsəfəsinə 
əsaslanır.”
                                                             
             Ekranda  sənətşünas  alim  Rasim  Əfəndi  peyda  olur.Ekranın  alt  tərəfində 
onun adı, soy adı və elmi dərəcəsi yazılır.O deyir:
             ”Azəraycanın daş plastika sənəti nümunələri içərisində daş insan fiqurları 
önəmli  yer  tutur.Şamaxı  və  Ağdam  şəhərləri  ətrafında  tapılmış  bu  monumental 
plastik sənət nümunələri alimlərin böyük marağına səbəb olmuşdur.”
                                                               
            Ekranda yenidən müxtəlif daş balbal təsvirləri göüntülənir.


81
            Alimin səsi kadr arxasından eşidilir:
            “Şamaxının  Dərə  Xınıslı  və  Dağ  Kolanlı  yaxınlığından  tapılmı  heykəllər 
üslub etibariylə bir-birinə bənzəsə də,ayrı-ayrı vəziyyətdə və ölçüdə düzəldilmiş 
müxtəlif tipli kişi fiqurlarını təsvir edir.Şamaxıdan tapılmış fiqurların ən böyüyü-
nün hündürlüyü 2,23 metr,ən kiçiyinin isə 1,35 metrdir. 
            1946-cı  ildə  Dərə  Xınıslı  kəndində  tapılmış  daş  heykəl  xüsusilə 
maraqlıdır.Yerli  əhəng  daşından  yonulub  düzəldilmiş  bu  heykəl  ucaboylu, 
naməlum bir şəxsi təsvir edir.Həmin fiqur  bu ərazidə aşkar edilmiş bir neçə başqa 
heykəl kimi başsızdır.Baş yerinin formasından məlum olur ki,fiqurun başı sonralar 
hansısa  səbəbdən  sındırılmışdır.Fiqurun  əllərinin  vəziyyəti  də  bu  ərazidə  tapılan 
əksər heykəllərdə olduğu kimidir.Onların əksəriyyətində sol əl ürək, sağ əl isə bel 
tərəfdə təsvir edilmişdir.                                       
             Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri  görünür.Kürə-
yin yuxarı hissəsində bu ərazidən tapılan digər heykəllərdə olduğu kim dalğavari
xətlər vardır ki.bu da təsvir olunan şəxsin uzun saç saxladığını göstərir.
             Tarixi mənbələrdən belə aydın olur ki.türk xalqları islamdan öncə hər bir 
igidin  məzarı  üstə  insan  fiqurlu  heykəllər  qoyardılar.İlk  orta  əsrlərə  aid 
“Veyşu”adlı Çin mənbəsindən,eləcə də Əl-Bələzuri və Əl Xarəzmi kimi müsəlman 
tarixçilərin  əsərlərindən  göründüyü  kimi,bu  tipli  heykəllər  müqəddəs  sayılır  və 
onlara sitayiş edilirdi.
             Musa  Kağankatlı  özünün  “Alban  tarixi”kitabında  Azərbaycan  ərazisində 
yaşayan  soy  və  boyların  daşdan  heykəllər  yonub,  ona  sitayiş  etdiyini,onların 
şərəfinə  hətta  at,qoç,sığır  qurbanları  verdiklərini  xüsusi  qeyd  edir.Musa 
Kağankatlının yazdığına görə, bu boylar uzun saç saxlayıb mahir ox atan idilər.”
                                                              
           Ekranda Rasim Əfəndinin yerini yenidən Nəsir Rzayev tutur və deyir:
             “Tunc və dəmir dövrü üçün xarakterik olan abidələrdən söz açarkən, dol-
menlərdən  də  söhbət  etmək  lazımdaır.Dolmenlər  daşların  şaquli  vəiyyədə  yerə 
basdırılması  nəticəsində  yaranmış.hər  tərəfi  bağlı  düzbucaq  qəbirlərdir.Onların 
üstü  sal  daşla  örtülür.Dolmenləin  qurulmasında  10  ton  ağırlığı  olan  nəhəng 
daşlardan  istifadə  edilmişdir.Bu  qəbirlər  tək,ikimərtəbəli  və  koridorla  birləşən 
qəbirlər  sırası  şəklində  olur.Belə  abidələrə  Avopa,İran,Hindistan,Yaponiya,
Koreya, Krım,Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur.Fransız alim 
Jak  de  Morqan  Lənkəran  rayonunun  Körükdi  kəndi  yaxınlığında  ikimərtəbəli 
dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat 
vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır.
           Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun 
ölməzliyinə  inam  ənənəvi  olaraq  zamanəmizə  qədər  gəlib  çıxmışdır.Buna  misal 
olaraq Şamaxıdakı “Dədə Günəş”pirini ziyarət edənlərin balaca daşlardan evlər 
tikməsini göstərmək olar.Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında 
yaşamasına xidmət edəcəkmiş.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə