Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   31   32   33   34   35   36   37   38   ...   100

76
           Ekranda Rəşid Göyüşov görünür və deyir:
           “İlk  Tunc  dövründə  binalar  və  onlara  bitişik  inşa  olunmuş  təsərrüfat 
tikililəri çox zaman ümumi bir kompleks təşkil erir və təbii ki,bu komplekslər ayrı-
ayrı  ailə-lərə    məxsus  idilər.Yaşayış  və  təsərrüfat  tikililəri  ilə  yanaşı,  ibadət,dini 
ayinlərin  ic-rası  üçün  də  xüsusi  binalar  mövcud  olmuşdur.Məsələn,Sərkərtəpədə 
çiy kərpicdən tikilmiş dairəvi  quruluşlu  böyük  ibadət  evi üzə çıxarılmışdır.Bina 
səliqəli suvan-mış,əhənglə ağardılmışdı,divarının qarşısına mehrab ucaldılmış,dini 
ayinlər zamanı istifadə olunmuş saxsı qablar düzülmüşdü.
           Yaşayış məskənlərində xüsusi sənətkarlıq məhəllələri yaranırdı.Əslində sə-
nətkarlıq  sahələrinin  meydana  gəlməsi  hələ  Eneolit  dövrünün  son  mərhələsində 
başlamış,ilkTunc dövründə isə həm dulusçuluğun,həm də metallurgiyanın inkişafı 
ilə əlaqədar xüsusi sənətkarlıq məhəllələri meydana gəlmişdi.”
                                                           
           Ekranda Tarix muzeyinin öncə xaricdən,daha sonra isə daxildən görüntüləri 
canlanır.Muzeyin əməkdaşı eksponatları nümayiş etdirə-etdirə deyir:
           “  Kür-Araz mədəniyyəi dövrü insanları sənətkarlığın müxtəlif sahələri ilə 
məşğul  olmuş,ənənəvi  sənət  nümunələrini  yeni  dövrün  tələbləri  səviyyəsində 
yaratmış  və  inkişaf  etdirmişdir.Onların  içərisində  dulusçuluq  sənəti  xüsusi  yer 
tuturdu.Kür-Araz  mədəniyyətinin  dulusçuluq  məmulatı  bir  çox  əlamətləri  ilə,yəni 
forması,tipi,hazırlanma  texnologiyası  və  sairə  ilə  seçilirdi  .Dulus  çarxından 
istifadə  nəticəsində bu  dövrdə  məhsuldarlıq daha  da  artmışdı.Qabların  forma  və 
növ  müxtəlifliyi,estetik  dəyərinin  yüksəkliyi,dulus  çarxının  varlığı  sənətkarlığın 
yeni  inkişaf  mərhələsinə  qədəm  qoyduğunu  göstərir.Qabların  səthinin 
pardaqlanması  və  şüyrələnməsinin  yeni  sirlərinə  bələd  olmaqla  dulusçular  əsl 
sənət nümunələri yaratmışdılar.
          Bu  dövrün  mühüm  yeniliklərindən  biri  metallurgiya  və  metalişləmənin 
sürətlə inkişafıdır.Azərbaycanın ilk Tunc dövrü yaşayış məskənlrində metallurgiya 
və metalişləmə ilə bağlı texnoloji proseslərin bütün mərhələlərini əks etdirən arxe-
oloji  materiallar-soba,buta,parç,qəliblər  və  hazır  məhsul  tapılmışdır.Məsələn
,Baba-dərviş  yaşayış  məskənində  metaləridən  soba  üzə 
çıxarılaraq 
öyrənilmişdir.Tuncdan muncuq,qolbaq  və  sairə  kimi  bəzək  və  biz,iynə,bıçaq  və 
sairə kimi məişət əşyaları ,əmək alətləri və silah nümunələri,qızıldan isə Xankəndi 
və 
Xaçınca 
kurqanla-rından 
tapılmış 
bəzək 
əşyaları 
kimi 
şeylər 
düzəldirdilər.Metallurgiyanın  inkişafı  ilə  əlaqədar  olaraq  daş  alətlərin  məişət  və 
təsərrüfatda istifadəsi getdikcə azalırdı.”
                                                                
            Ekranda H.Cəfərov görünür.O deyir:
            “Tunc  dövründə  yerli  əhalinin  dünyagörüşündə  və  bədii  təfəkkürünün 
inkişafında  mühüm  yeniliklər  baş  verir  və  bunlar  ətraf  aləmə.axirət  dünyasına 
mifik aləmə inam,qəbir abidələri-kurqanlar və sairə,dəfn məasimi,ölülərin yanına 


77
müxtəlif avadanlığın qoyulmasında,məişət  və  təsərrüfat avadanlığının      naxışlan-
masında və nəhayət çoxsaylı qaya təsvirlərində özünü göstərir.” 
                                                              
           Ekranda qayaüstü rəsmlər bir-birini əvəz edir və ən sonda Qobustandakı Ya-
zılı təpənin 24 №-li daşında cızılmış maral şəkli görüntülənir.
            Diktor mətni:
            “Son  Eneolit  və  ilk  Tunc  dövrü  qaya  təsvirləri  üçün  xarakterik  olan  əsas 
cəhətlərdən biri təsvirlərin realistikliyldir.Bu dövrdə ən çox rast gəlinən petroqlif-
lər  müxtəlif  maral  və  aslan  təsvirləridir.  Qobustandakı  Yazılı  təpənin  24  №-li 
daşında cızılmış realistik səpkili maral silueti özündən əvvəlki dövrlərə aid təsvir-
lərdən öz gözəlliyi ilə fərqlənməkdədir.Eyni sözləri Böyükdaşın yuxarı mərtəbəsin-
dəki 59 №-li daşda təsvir edilən qoşa maral təsviri barədə də söyləmək olar.”
                                                               
            Ekrandakı  maral  təsvirini  sözügedən  qoşa  maral  təsviri  əvəz  edir.Daha 
sonra  Sibir  və  Altayın  maral  daşlarının  təsviləri,ardınca  isə  Pazırıq  xalcasındakı 
maral təsvirləri görüntülənir.
            Diktor kadr arxasından sözünə davam edir:
            “Bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün bölgələrdə,yəni 
Avropanın içlərindən uzaq Sibir,Altay və Qobi çollərinə qədər səpələnmiş və elmi 
ədəbiyyata “İskit maral daşları” adı altında düşmüş daşlarda,daha sonra isə  iskit 
zərgərlik və xalça sənətində yüzillər boyu davam edərək təkmilləşmişdir.Qobustan 
marallarının  elmi  baxımından  əsas  önəmi  ondadır  ki,bu  təsvirlər  iskit-türk 
mədəniyyətinin  köklərinin bilavasitə Azəbaycan ərazisi ilə bağlı olduğunu söylə-
məyə  ciddi  əsas  verir.Onsuz  da  bu  mədəniyyətin  ən  qədim  nümunələri  Cənubi 
Azərbaycan  ərazisindəki  Ziviyə  kurqanından  tapılmışdır  və  bu  fakt  istər-istəməz 
iskit incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir.Fəqət Qobustan təsvirləri 
eynən  Soyuqbulaq  kurqanları  kimi  bu  mədəniyyətin  daha  dərin  köklərini  gözlər 
önünə sərməkdədir.
                                                              
             Ekranda  tədqiqatçı  alim  X.Mahmudova  peyda  olur.Ekranın  alt  tərəfində 
onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
             “Maral  daşları  iskitlər  dövrünün  incəsənətini,ideologiyasının  və  sosial 
həyatının  öyrənilməsi  baxımından  əvəzsiz  mənbədir.20-ci  əsrin  70-ci  illərindən 
geniş tədqiq edilməyə başlayan bu daşlar təkcə Asiyada deyil,Avropada təsbit edil-
mişdir.Belə abidələrə Kabarda-Balkar ərazisindəki Qızburun-1 kurqanında, Rumı-
niyada ,Dinoqeti-Tarvan adlı yerdə,Bolqarıstanda,Almaniyada,Gürcüstanda,Şərqi 
və  Mərkəzi  Qazaxıstanda,Baykal  gölü  ətrafında  və  Monqolustan  ərazisində  rast 
gəlinmişdir.  
              Maral daşları iskit qəbilələrinin özünəməxsus incəsənət nümunələridir.Bu 
nümunələr  özündə  sözügedən  xalqın  dini  və  kosmoqonik  dünyagörüşü  ilə  bağlı 
olmuşdur.”


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə