82
Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılmamışdır.Günəş
Azərbaycanın ən qədim kultlarındandır.Bu kult Tunc dövründə çox böyük tərəqqi
tapmışdı.”
Ekranda Qobustanın gəmi təsvirləri canlanır.
Diktor mətni:
“Günəş kultundan söhbət düşmüşkən Qobustandakı gəmi təsvirlərini də
unutmamaq lazımdır.Şumer gəmilərinin prototipi olan bu gəmilərin uclarındakı
günəş təsvirləri diqqəti çəkməkdədir.Şumer mifologiyasında bu qayıqlar günəş
tanrısı Utu ilə əlaqəli təsəvvür edilmişdir.Şumerlər inanıdılar ki,ölən insanlar
ölülər dünyasına belə qayıqlarda yollanırdılar.Bunun üçün onlar Kur çayını
keçməli idilər.Sonradan bu mifiloji təsəvvür qədim sami və yunan mifologiyalarına
da keçmişdir.Onun izlərinə hətta Amerika hindularının əfsanələrində də rast
gəlinməkdədir.Maraqlıdır ki,qədim yunan tarixçisi Herodot iskit xaqanlarını Kür
çayının yuxarı axrında kurqanlarda basdırmaq adətindən söz açmışdır.
Görünür,şumelərin bu dünya ilə o biri dünyanı bir-birindən ayıran Kur,yə-
ni Kür çayı barədə,eləcə də ölüləin bu çayı günəş qayıqlarında keçməsi barədə
təsəvvürləri əski vətənlərindəki real hadisənin yeni vətəndə əfsanələşdirilməsi ilə
meydana gəlmişdir.Hər halda belə düşünməyə ciddi əsaslar vardır.Əvvəla,Qobus-
tanın gəmi təsvirləri və Herodotun iskit xaqanlarının dəfni ilə bağlı verdiyi
məlumat,eləcə də Kür çayının yuxarı axarında son Eneolit dövrünə aid Soyuqbulaq
kurqanlarının aşkar edilməsi bu versiyanın ciddi bir versiya olduğunu
göstərir.Deyilənlərə kurqanlaın “şüa sistemi”nə uyğun yerləşdiyini də əlavə etmək
lazımdır.”
Ekrandakı gəmi təsvirlərini Qobustanın öküz təsvirləri əvəz edir.
Diktor mətni:
“Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər
Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir.Əvvəlki
dövrlərdən fərqli olaraq,bu dövrdə artıq öküz təsvirlərinə rast gəlinmir.Bu isə o
deməkdir ki,onlar artıq sitayiş obyekti olmaqdan çıxmışdılar.Bunu o fakt da təsdiq
edir ki,əgər Mezolit və Neolit dövrü insanlarının rasionun nümayiş etdirən heyvan
sümükləri arasında öküz sümüklərinə rast gəlinmirdisə, Eneolit və ilk Tunc
dövrünə aid məskənlərdən tapılan sümük qalıqları içərisində iribuynuzlu
malqaraya aid sümüklərə də rast gəlinir. Bu isə o deməkdir ki,həmin dövrlərdən
etibarən öküzləri yeməyə başlamışlar.Çünki artıq onları müqəddəs varlıq hesab
etmirdilər.Bir sözlə,öküz kultu yerini tədricən günəş kultuna vermişdir.”
Ekranda “Bilqamıs dastanı kitabı göünür.Kitab açılır və səhifələr bir-birini
əvəz edir.
Diktor mətni:
83
“Tunc dövründə günəş kultunun öküz kultunu üstələməyə başlamasını və
hətta həmin dövrdə öküzün kəsilərək günəşə qurban verildiyini yazılı mənbələr də
təsdiq etməkdədir.Bu baxımdan şumer ədəbiyyatının şah əsəri hesab edilən
“Bilqamıs dastanı”nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur.”
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
“ “Dostum,mən də görürəm buğada çılğınlığı,
Bizi qorxuda bilməz onun bu azğınlığı.
O buğanı ikimiz bir yerdə öldürərik,
Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam.
Buynuzuna zeytun yağı doldurub ,Luqalbandaya çatdıraram.
Sən onun quyruğunun yapış yoğun yerindən,
Alnına,peysəinə xəncər vuracağam mən.”
Enkidu hərləyərək onun dalınca qaçdı,
Quyruğunun lap yoğun yerindən o yapışdı.
Bilqamıs öz dostunun igidliyini gördü,
Buğanın alnına,peysərinə xəncər vurdu.
Gətirdilər qoydular Utunun qarşısına,
Bir az kənarda durub,səcdə etdilər ona.”
Ekranda Gəmiqaya təsvirləri bir-birini əvəz edir,sonda isə ekranda yallı
rəqsini təsvir edən petroqliflər görünür.
Diktor mətni:
“Tunc dövünə aid təsviri sənət nümunələri və piktoqrafik yazılar kimi
Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya təsvirlərinin böyük əhəmiyyəti var.
Buradakı yallı rəqsləri xüsusi önəm daşımaqda və kökü ən azı Mezolit dövrünə
qədər uzanan bu rəqsin Tunc dövründə də dəbdə olduğunu göstərməkdədir.Fəqət
dövrün təsviri sənəti və musiqi mədəniyyətini öyrənmək baxımından Təbriz
yaxınlığındakı Cığamış yaşayış məskənindən tapılan və eradan əvvəl 3-cü
minilliyə aid edilən bir daşın önəmi heç bir ölçüyə sığmır.”
Ekranda Cığamış daşı və onun üzərindəki musiqiçilər qrupu təsvir edilir.
Diktor mətni:
“Bu daşın üzərindəki təsvir özünün realistliyi və yüksək sənət nümunəsi
olması ilə seçilr.Lakin həmin təsviri əhəmiyyətli edən onun təkcə bu məziyyəti
deyil,həm də daşıdığı informasiya yüküdür.Təsvirdə Azərbaycanın qədim musiqi
alətlərindən olan cəng,qara zurna,qoşanağara və saxsı qablarda ifa edən
musiqiçilər qrupu,başqa sözlə dünyanın elmə məlum ən qədim orkestrı,eləcə də
eynən bu günkü xanəndələr kimi əlini qulağının dibinə qoyub mahnı ifa edən
müğənni təsvir edilmişdir.Bu tapıntı sayəsində qədim musiqi mədəniyyətimiz,
alətlərimiz,ifaçılıq və vokal sənətimiz barədə müəyyən təsəvvür əldə etmiş oluruq.”