84
Ekranda Rafiq İmraninin “Muğam Şumerdən başlayır” kitabının üz qabığı
görünür və rast muğamından bir parça səslənir.
Ekranda Rafiq İmrani peyda olur,Ekranın alt tərəfində onun adı,soy adı və
elmi dərəcəsi yazılır.O deyir:
“Cığamış təsvirində biz dünyanın ən qədim orkestrini və qədim musiqi
alətlərimizi görürük.O dövrdə musiqi mədəniyyəti çox yüksək səviyyədə olmuşdur
və bunu amerikalı mütəxəssislərin üzə çıxararaq çözə bildikləri qədim şumer
notları sübut edir.Sözügedən notlarda ifadə edilən musiqi özünün professionalizmi
ilə seçilir və öz səs ssteminə görə Azərbaycan musiqisinə tam uyğun
gəlir.Tədqiqatlar nəticəsində məlum olmuşdur ki,azərbaycan muğamının kökləri
şumer mədəniyyətinə dayanır.”
Ekranda Soltan Hacıbəyovun “Karvan”simfonik suitasının sədaları altında
hərəkət edən karvan görüntülənir.
Ekranda üst-üstə yığılmış çox sayda qalın kitab
görünür və bu görüntünü ki-
tabxana rəfləri və onlarda yan-yana düzülmüş coxlu kitab görüntüsü əvəz edir.
Diktor mətni:
“Azərbaycanda qurulan ilk dövlət,onun qurulma tarixi və ilk xaqanları
haqqında dəqiq söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır.Lakin təd-
qiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar.
Həqiqət isə budur ki, bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə aid olsalar da
bir-biri ilə üst-üstə düşməkdə,bir-birini tamamlamaqdadırlar.Həmin məlumatlara
əsasən,Azərbaycanda xaqanlıq institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı
Nuh tufanından sonraya təsadüf edir və bilavasitə Nuh əleyhissəlamın adı ilə
bağlanır.Azərbaycanın və ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun
oğlu,samilərin Yafəs,türklərin isə Olcay adı ilə tanıdıqları şəxsin adı çəkilir.”
Ekranda Musa Kağankatlının “Alban tarixi”kitabı görünür.Kitab açılır və
səhifələr bir-birini əvəz edir.
Diktor mətni:
“8-ci əsrdə yaşmış alban tarixçisi Musa Kağankatlı özünün “Alban tarixi”
kitabında Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox
maraqlı və qiymətli məlumatlar verilməkdədir.”
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
85
“Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and
içdikdən sonra Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər
uzanıb,Midiyanı Babildən ayıran dəclə çayının aşağı axarına qədər idi.”
Ekranda yenidən “Alban tarixi” kitabı görünür.
Diktor mətni:
“Bu məlumatdan göründüyü kimi,8-ci əsr tarixçisi Yafəsə verilən torpaq-
lardan söz açarkən Midiyanın adını çəkir.Midiya isə eramızdan əvvəl 7-5-ci
əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətin adıdır.Müəllif bununla
sadəcə sözügedən əraziyə işarə etmişdir. O,kitabının “Yafəs və Arandan
başlayaraq 3-cü Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı”
adlı 7-ci fəslində Yafəsi Albaniyanın,yəni Azərbaycanın ilk xaqanı kimi təqdim
edir,ondan hökmdar kimi söz açır. Kitabının 2-ci fəslində Yafəsin soyundan və bu
soyun hakim olduğu ölkələrdən danışarkən Musa Kağankatlı yenə də Azərbaycanı
birinci sırada göstərir və ilk iki yerə Atropatena və Albaniyanı,yəni Azərbaycanın
cənub və şimalını yerləşdirir.
Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian
müəlliflərin əsərlərində var.Bu baxımdan 4 –cü əsr tarixçisi Pamfilanın oğlu
Yevseviyin yazdıqları da maraq doğurur.”
Ekranda yazılır:
“...Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan xalqlardır.
Midiyadan Speriyaya,okeandan Akvelona qədər onlar belə düzülmüşlər; midiyalı-
lar,albanlar,qarqarlar..,sarmatlar..,meotlar,iskitlər,tavriyalılar..,bastaranlar..
Yerləşdikləri ölkələr isə bunlardır;Midiya,Albaniya,Meotiya,Sarmatiya,
Taorvaniya, İskitlər ölkəsi...”
Diktor kadr arxasından yazılanları təkrar edir.
Ekranda üst-üstə yığılmış çox sayda qalın kitab görünür və bu görüntünü ki-
tabxana rəfləri və onlarda yan-yana düzülmüş coxlu kitab görüntüsü əvəz edir.
Diktor mətni:
“Bənzər fikrə Portlu İppolitdə də rast gəlirik. O da Yafəs oğullarından söz
açaraq onların torpaqlarını sıralayarkən Midiya və Albaniyanın adını ilk sırada
çəkir.”
Ekranda Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” kitabının,daha
sonra isə müəllifin şəkli göüntülənir.
Diktor mətni: