Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   36   37   38   39   40   41   42   43   ...   100

86
          “19-cu  əsrin  görkəmli  Azərbaycan  tarixçisi  və  maarifçisi  Abbasqulu  Ağa 
Bakıxanovun  yazdığına  görə,Yafəs  türklərin  ilk  hökmdarı  olmuşdur.O,13-14  –cü 
əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Güzidə” və 15-ci əsr müəl-
lifi  Xondəmirin  “Xülasətül-Əxbar”əsərlərinə  istinad  edərək  Yafəsin  oğulları 
barədə  ətraflı  məlumat  vermiş,onun  birinci  oğlunun  adının  Türk  olduğunu  qeyd 
etmişdir.”
                                                           
          Ekranda yenidən qalaq-qalaq kitablar peyda olur.
          Diktor mətni:
          “Yafəsin  şahlığının  mərkəzi  kimi  Azərbaycan  ərazisini  göstərən  xristian 
tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər bu mətkəz kimi Türküstsnı qeyd et-
məkdədirlər.Bu  baxımdan  14-cü  əsrin  böyük  tarixçisi  Fəzlullah  Rəşidəddin  və 
onun məşhur “Cami ət-Təvarix” əsəri də istisna deyildir.”
                                                            
          Ekrana gələn aktyor kitablardan birini götürüb  oxuyur:
          “Türk tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki,Nuh əleyhissəlam, 
Allah  ona  rəhmət  eləsin,yer  üzünün adamlar  yaşayan hissəsini  oğlanları arsında 
bö-ləndə  şərq  ölkələrini,Türküstanı  və  ona  yaxın  yurdlarla  birlikdə  böyük  oğlu 
Yafəsə verdi.Yafəs türklərin təbirincə Olcay xan ləqəbini aldı.O,səhrada yaşayırdı. 
Olcay xanın yaylağı və qışlağı  Türküstan torpaqlarında idi:Yaz aylarını o,İnanc 
şəhərinin  yaxınlığında  olan  Ortaq  və  Kurtaqda  keçirir,qışlayanda  isə  yenə  o 
tərəflərdə-  Qaraqorum  adı  altında  məşhur  olan  qaraqumdakı  Borsuk  adlanan 
yerdə  olurdu.Həmin  yerdə  iki  şəhər  vardı:Biri  Talas,o  biri  Karı  Sayram  və  bu 
sonuncu  şəhərin  qırx  böyük  qızıl  qapısı  vardı.İndi  orad  müsəlman  türklər 
yaşayır,həmin yer  Kunçi mülklərinin yaxınlığındadır və  Kaydudan asılıdır..Olcay 
xanın paytaxtı da burada yeləşirdi.” 
                                                             
           Aktyor  əlindəki  kitabı  yerinə  qoyub  kameranın  obyektivindən  çıxır.Kadr 
arxasından diktorun səsi eşidilir:
          “Olcay xanın,yəni Nuh oğlu Yafəsin xaqanlığının mərkəzi barədə xristian və 
müsəlman  tarixçilərinin  verdikləri  məlumatlar  bir-birindən  fərqlənsə  də 
birincilərin daha  düzgün  məlumat  verdiklərini  söyləyə  bilərik.Çünki  həm  yazılı 
mənbələr,həm  də  mövcud  arxeoloji  və  yerüstü  abidələr  bir-birini  heyrətamiz 
şəkildə tamamla-yaraq Azərbaycan ərazisinə işarə etməkdədir.Deyilənlərin ən əsas 
və  təkzibedilməz  sübutu  Həzrət  Nuh  əleyhissəlamın  məzarının  Azəbaycanda,daha 
dəqiq desək,Naxçıvanda olmasıdır.
          Həzrət Nuh və tufan barədə ən qədim məlumata “Bilqamıs dastanı”nda rast 
gəlirik.Tövrat  və  Qurani-Kərimdəki  süjetlərlə,  cüzi  fərqlər  nəzərə  alınmazsa,bü-
tünlüklə üst-üstə düşən şumer süjetində sözügedən peyğəmbər Utnapişti adı ilə yad 


87
edilməkdədir.  Baş  verənlər  isə  onun  öz  dilindən  nəql  edilir.Xatırladaq  ki,söhbət 
Tövratdakı süjetdən təqribən 2 min il daha qədim olan süjetdən gedir.”
                                                              
         Ekranda  Elməddin  Əlibəyzadə  peyda  olur.Alt  tərəfdə  onun  adı,soy  adı  və 
elmi dərəcəsi  yazılır.O deyir:
         “Zəngin  Şumer  mədəniyyəti  bəşər  sivilizasiyasının  hələlik  ilk  mənbəyi  və 
çıxış  nöqtəsidir.Çox  qədim  zamanlardan  insanları  kainatın  və  adamların 
yaranması  məsələsi  məşğul  etmişdir,əcdadlarımız  bu  barədə  düşünmüş,öz  ilk 
miflərini yaratmışlar. “Bibliya”da kainatın və insanın yaranması barədə bir sıra 
müddəalar öz qaynağını məhz şumer miflərindən almışdır.Bu baxımdan Nuh tufanı 
ilə bağlı süjet də istisna deyildir.
         Nuhun  adı  “Bilqamıs  dastanı”nda  Ubar  Tutunun  oğlu  Utnapişti  şəklində 
xatırlanır.Dastanda  deyilir  ki,dəhşətli  leysan-tufan  gözlənildiyindən  xeyir  tanrısı 
Eyanın  məsləhəti  ilə  Ubar  Tutunun  oğlu  var-dövlətindən,mal  mülkündən,ev-
eşiyindən əl  çəkib gəmi düzəldir.Ən vacib olan şeyləri,külfətini,nəslini,heyvanları 
gəmiyə yığıb xilas edir.”
                                                              
          Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
          “Mən biyara çağırdım elin ərənlərini,
            Evlərimi sökdülər,hasarı dağıtdılar.
            Uşaqlar da işləyir,qətran daşıyırdılar,
            Güclülər ağır yükü çəkib aparırdılar.
            Beşcə günün içində mən banı düzəltdirdim,
            Sahəsi bir hektarın üçdə biri olardı.
            Yanların hündürlüyü düz iyirmi dirsək
            Üst yanların hərəsi,ayrılıqdaca tək-tək,
            Olardı nə az-nə şox,düz yüz iyirmi dirsək.
            Naxışlar da düzəltdim,cızdım quruluşunu.”
                                                             
         Ekranda yenidən Elməddin Əlibəyzadə görünür və deyir:
         “ “Bilqamıs dastanı”nda gəmini ərənlər,uşaqlar el və əl birliyi ilə qururlar.
 “Bibliya”da  bu  işi  Nuhun  üç  oğlu  görür.  Gəminin  uzunluğu  üç  yüz,eni 
əlli,hündür-lüyüotuz dirsək  kimi göstərilir.”
                                                            
          Ekranda görünən akyor kitabdan oxuyur:
                                                  
          “Altı gün,yeddi gecə küləklər əsir,                                                   
           Tufanlar yer üzünü daşqınlara bürüyür.
           Bu cürə qovğa ilə gəlib yeddi gün oldu,
           Daşqın tamam dayandı,qasırğalar sovuşdu,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə