Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

102
istər  əkinçilik.istərsə  də  heyvandarlıq  terminologiyası  baxımından  başqa  dillərlə 
müqayisəyə gəlməyəcək dərəcədə zəngindir."
                                                      
 Ekranda  xalça  toxuyan  qızlar,ardınca  da  dulus  çarxında  qab  düzəldən 
sənətkar  görünür.
 Diktor mətni:
"Eyni sözləri toxuculq və dulusçuluq sənətləri ilə bağlı treminologiya barədə 
də  söyləmək  mümkündür.Şübhəsiz  ki,bu  terminləin  böyük  əksəriyyəti  Neolit  və 
Eneolit,bir qismi isə Tunc dövrünün məhsuludur.Maraqlıdır ki,eyni dövrlərdə eyni 
məşğuliyyət  növləri  ilə  bağlı    çox  sayda  folklor nümunəsi  yaranmışdır  ki,onların 
bir qismi nəsildən-nəslə ötürülə-ötürülə müəyyən dəyişiklərlə dövrümüzədək gəlib 
çatmışdır.Daha  çox  "Əmək  nəğmələri"  adı  altında  tanınan  bu  nümunələrin 
qiymətini təsəvvür etmək belə çətindir."
                                                        
 Ekranda folkloşünas alim Vaqif Vəliyev görünür.Ekranın alt tərəfində onun 
adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
 "Azərbaycan  xalq  şerinin  müəyyən  hissəsi  əmək  nəğmələrindən  ibarətdir. 
Əmək    prosesi  ilə  əlaqədar olaraq  yaranan folklor  nümunələri ibtidai insanların 
ilk söz sənəti növlərindən biri olmuşdur.
 Qədim  dövrlərdən  başlayaraq,  xalqımız  əkinçilik  və  maldarlıqla  məşğul 
olduğuna  görə,onun  başqa  əmək  nəğmələrinə  nisbətən,  təsərrüfatın  bu  sahəsinin 
tə-rənnümünə  həsr  edilmiş  nəğmələr    üstünlük  təşkil  edir.Əkin,biçin  və  səpin 
zamanı oxunan nəğmələrə holavalar deyilir."
 Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
            "Hütə,hütə,hütə,ho,
              Hütə,hütə,hütə,ho.
              Öküzüm,maralım,hütə,
              Qaldı avalım,hütə.
              Hütə,hütə.hütə,ho,
              Hütə,hütə,hütə,ho.     
    Gün getdi,yağış gəldi,
    Gəl,kəlça kalım,hütə.
    Hütə,hütə.hütə,ho,
    Hütə,hütə,hütə,ho."
                                                    
 Ekranda yenidən Vaqif Vəliyev peyda olur və deyir:  
"Bu  mahnıların  qədim  dövrdə  yarandığı  güman  edilir.Öküzə  qoşulmuş 
kotanla  yer əkən  zaman  heyvanların hərəkətinə,alətlərin  çıxartdığı  səslərə uyğun 
olaraq oxunan holavarların ilkin forması və məzmunu bəsit idi."


103
                                                    
Ekranda yenə də aktyor görünür və yenə də əlindəki kitabdan oxuyur:
 " Ala kəlim,huş ho,
    Qara kəlim,huş ho,   
    Ana kəlim,huş ho.
    Huş ho,huş ho...
    Huş ho,
    Huş  ho,
    Huş ho..."
                                                    
  Ekranda  təkrar  görünən  Vaqif  Vəliyev  sözünə  davam  edir:
  "Holavarlar  sadəcə  əkinçinin  mənəvi  ehtiyacını  ödəyən  nəğmələr  olaraq 
qalmır,dövrün ictimai-iqtisadi mənzərisini də özündə əks etdirir."
                                                     
  Ekranda peyda olan aktyor adəti üzrə kitabdan oxuyur:
  " Ho-ho,ho-ho,öküzüm,
     Ho-ho,ho-ho,öküzüm.
     Budu bütə öküzüm,
     Bir qarış yerim qalıb,
     Ho,ho,ho,
     Ho-ho,ho-ho,öküzüm."
                                                   
     Ekranda tarixçi alim İ.Cəfərov peyda olur.Ekranın alt tərəfində onun adı, 
soy adı və elmi dərəcəsi yazılır.O deyir:
     "İlk  Tunc  dövründə  əkinçilik  və  maldarlığın  inkişafında  yeni  mərhələ 
başlanır,toxadan  xeyli  müddət  istifadə  olunsa  da  tədricən  toxa  əkinçiliyi  xış 
əkinçiliyi ilə əvəz olunur.Əkin sahələri genişlənir,şumlamada istifadə edilən sümük 
və  daş  toxalar  tədricən  sıradan  çıxır.Qoşqu  qüvvəsindən  istifadə  əkinçilikdə 
məhsuldarlığı  xeyli  yüksəldir.Yerli  əhali  əkinçilikdə  Eneolit  dövrü  ənənələri  ilə 
yanaşı yeni mütərəqqi üsullarda tətbiq edərək yeni bitki növlərini mənimsəyir."
                                                    
            Ekranda "Yeddi oğul istərəm filmindən öküzlə yer şumlanması və dən sə-   
pilməsi  epizodu çanlanır.
            Diktor mətni:
            "Holavarların  bir  qisminin  məzmunu  onların  məhz  erkən  Tunc  dövründə 
yarandığını  sübut  edir.Bu  halda  əsasən  cütçü  nəğmələri  nəzərdə  tutulur.Bəzi 
nəğmələrdə  isə  ovsun  elementləri  çox  güclü  hiss  edilir.  Belə  nəğmələr  isə,  təbii 
ki,daha qədim dövrün-Eneolit dövrünün məhsuludur."
                                                            


104
            Ekranda peyda olan aktyor oxuyur:
            " Broy,broy,broy,
              Broy,broy,broy,broy.
               Torpağa atdım tumu,broy,
               Torpağa qatdım tumu broy.
               Broy,broy,broy,
               Broy,broy,broy.
               Göyər səmənim,broy,
               Döyək səməni,broy.
               Broy,broy,broy,
               Broy,broy,broy. 
                                                            
           Ekranda Vaqif Vəliyev görünür və deyir: 
           "Şifahi  poeziya  yaradıcılığımızda  əkinçiliklə  yanaşı,maldarlıq  və 
qoyunçuluqla məşğul olanların yaradıcılığı da  geniş yer tutur."
                                                           
           Ekranda Vaqif Vəliyevi əvəz edən aktyor əlindəki kitabdan oxuyur:
           " Nənəm o şişək qoyun,
              Yunu bir döşək qoyun,
              Bulamanı bol elə,
              Qırıldı uşaq qoyun.
               Nənəm qaraqaş qoyun,
               Qarlı dağlar aş, qoyun.
               Ay qaranlıq gecədə,
               Çobana yoldaş qoyun."
                                                         
               Ekranda folklorşünas alim Azad Nəbiyev peyda olur.Ekranın alt tərəfində 
onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
               "Xalqımızın  qədim  dövr  maldarlıq  həyatı  ilə  bağlı  nəğmələri  içərisində 
sağın  nəğmələri  mühüm  yer  tutur.Sağın  nəğmələri  saya  nəğmələrindən  fərqli 
olaraq  tərəkəmələr-köçəri  tayfalar  içərisində  yaranmış,fəqət  oturaq  tayfalar 
tərəindən də asanlıqla qəbul edilmişdir."
                                                        
               Ekranda Azad Nəbiyevin yerini tutan aktyor oxuyur:
               " Dutum,dutum,
                Nənəm,dutum.
                Səni sağan


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə