Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   40   41   42   43   44   45   46   47   ...   100

94
sahib  olmaqda  maraqlı  idi.Başqa  sözlə,Uruk  hökmdaı  Arattanın  dini-siyasi 
basqısından qurtulmağa çalışırdı.”
                                                    
         Ekranda Yusif Yusifovun şəkli görünür.
         Diktor mətni:
         “Yusif Yusifovun yazdığına görə,mixi yazılarda Aratta dövlətinin adına era-
dan    əvvəl    3-ci  minilliyin  birinci  yarısından  başlayaraq  1-ci  minilliyə  qədər 
vaxtaşırı məlumat verilmişdir.Bu da həmin dövlərtin ən azı 2 min il davam etdiyini 
sübut  etməkdədir.  “Aratta”  kəlməsinin  mənası  dağ  deməkdir.Eradan  əvvəl    8-ci 
əsrə 
aid 
şumer-akkad 
lüğətlərində 
həmin  kəlmənin  “arrattu”  və 
“aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir.”
                                                       
         Ekranda yenidən xəritə çanlanır:
         Diktor mətni:
         “Yusif Yusifov qeyd edir ki, qədim dillərin heç birində dağ mənası verən belə 
söz olmayıb.”
                                                      
         Ekranda masa üstündə Yusif Yusifovuv “Qədim Şərq Tarixi” kitabı görüntü-
lənir.Masaya yaxınlaşan aktyor kitabı götürüb açır və oxuyur:
         “Bu  sözlərə  oxşar  oronimlər  dağ,dağ  silsiləsi  mənalarında  ancaq  türk 
dillərin-də  işlənmişdir.Məsələn;  Alatta,  Alatuu,  Alatoo  kimi  dağ  bildirən  türk 
mənşəli adları göstərmək olar.Bu formalar Orta Asiyanını türk xalqlarının dilində 
işlədilir. 
           Bundan başqa,türk dillərində Altay,Alatey, Alada,Alatau  və sairə formalar 
da  vardır.Çox  güman  ki,Aratta,eləcə  də  arattu,aratu  sözləri  erkən  prototürk 
forması olmuş,sonralar r-l fonetik əvəzlənməsinə məruz qalmış,yəni Alataa,Alatuu, 
şəklinə düşmüşdü.Belə fonetik dəyişmənin keçid mərhələsi Alatey yer adında özünü 
təzahür etmişdi.Eradan əvvəl  8-ci əsrdə Urartu qaynaqları keçmiş Aratta ərazisini 
Alatey adlandırmışdı və ona dağ mənasını vermişdi.Alatey türk dillərində işlənən 
Alatay,Altay,  Alatey  və  Alatau  dağ,dağ  silsiləsi  bildirən  sözlərin  erkən  forması 
kimi  qəbul  edilə  bilər.Bu  sözlərin  prototürk  dilinə  nənsub  olması  heç  bir  şübhə 
yaratmır.”
                                                               
            E
kranda filoloq-alim,millət vəkili Nizami Cəfərov görünür.Ekranın alt tərə-
fində onun adı, soy adı və elmi dərəcəsi yazılır.O deyir:
           "Ən  qədim  Azərbaycan  mədəniyyətinin  tipologiyası  arxeoloji  tədqiqatlar 
əsasında  müəyyən  olunur,-əlbəttə,həm  maddi,həm  də  mənəvi  mədəniyyətin  öz 
arxeologiyası  var;  maddi  arxeologiya  göstərir  ki,Azərbaycan  xalqı  ən  qədim 


95
dövrlərdən  bütün  maddi  -  mənəvi  varlığı  ilə  indiki  Azərbaycan  ərazisinə 
bağlıdır,mənəvi arxeologiya - folklorşünaslıq da eyni həqiqəti təsdiq edir.
            "Milli mədəniyyət" dedikdə,   əsasən millətin formalaşması ilə bağlı olaraq 
müəyyənləşən mədəniyyət  başa  düşülür. Millət birdən - birə formalaşmadığı kimi, 
kimi,milli mədəniyyət də birdən - birə müəyyənləşmir.Hər iki proses tədricən, eyni 
zamanda dialektik vəhdətdə gedir."
                                                              
            Ekranda professor Nizami Xudiyev peyda olur.Alt tərəfdə onun adı,soy adı 
və elmi dərəcəsi yaılır.O deyir:
           "Artıq eradan əvvəl  3-cü minilliyin birinci yarısında Azərbaycan ərazisində 
prototürk  etnosları  yaşayırdılar.Cənubi  Azərbaycanda  meydana  gəlmiş  ilk  qədim 
dövlət  olan  Aratta  Şumer  ilə  iqtisadi,siyasi  və  mədəni  əlaqələr  saxlayırdı.Həmin 
dövrdə Azərbaycan  əhalisindən söz açan Yusif Yusifov belə bir nəticəyə gəlir ki, 
Aratta  əhalisi  türk  dilində  danışırdı.  Son  illərin  araşdırmaları  türk  etnoslarının 
eradan  əvvəl    3-cü  minillikdə  və  bəlkə  də  əvvəl  Ön  Asiyada  və  Azərbaycan 
ərazisində məskun olduqlarını aşılayır." 
                                                                
            Ekranda Nizami Xudiyevi tanınmış  şərqşünas alim Ədalət Tahirzadə əvəz 
edir. Ekranın alt tərəfində onun adı, soy adı və elmi dərəcəsi yaılır.O deyir:
            "Professor  Helmoltun ümumi  redaksiyası altında  120  tarixçi  alimin birgə 
yazdığı  "Ümumi  bəşəriyyət  tarixi"  əsərinin  2-ci  cildində,Atropatenaya,  yəni 
Azərbaycana həsr edilən bölümdə belə deyilir: "Tarixin göstərə bilmədiyi məchul 
bir zamandan bu yerlərdə başdan-başa türklər yaşamaqdadır."
           Eyni  fikri  bir  çox  başqa  qaynaqlar  da  təsdiqləyir.Məsələn,Übeyd  ibn 
Şəriyyə əl-Cürhuminin 7-ci əsdə qələmə aldığı "Xəbərlər"əsərində yazılır ki,xəlifə 
1-ci  Müaviyə  Azərbaycanın  işğalı  ərəfəsində  ordu  komandanından  Azərbaycan 
barədə  nə  bildiyini  soruşmuş,o  da  cavab  vermişdir  ki,Azərbaycan  ən  qədimdən 
türklər ölkəsidir və orada türklər yaşayır.
           1126-cı ildə tərtib edilmiş, müəllifi bilinməyən farsca bir tarix əsərində isə 
Himyar  şahlarından  Rəişəyə  istinadən  bildirilir  ki,  Azərbaycan  ən  qədim 
zamanlardan türklərin əlində olan ölkədir."
                                                                 
           Ekranda  Musa  Kağankatlının  "Alban  tarixi"  kitabı  görünür.Kitab  açılır  və 
vərəqlər bir-birini əvəz edir.
           Diktor mətni:  
           "8-ci əsrdə yaşamış alban tarixçisi Musa Kağankatlı özünün "Alban tarixi" 
kitabının Albaniyanın,yəni Aəbaycanın ilk şahlarını sıralayarkən birinci yerdə Nuh 
oğlu  Yafəsin,ikinci  yerdə  onun  oğlu  Qamərin  ,  dördüncü  yerdə  isə  onun  nəvəsi 
Toqarmanın adını çəkir."
                                                                  
           Ekranda Artomonovun "Xəzələrin tarixi" kitabının üz qabığı görünür.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə