Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

96
           Diktor mətni:
           "Musəvilik  dinini  qəbul  etmiş  xəzər  xaqanı  İosif    ona  xəzər  türklərinin 
mənşəyi  barədə  verilən  sualın  cavabında  bildirmişdi  ki,xəzələr  Toqarmanın  10                        
oğlundan  biri  olmuş  Xəzərikin  nəslindəndirlər.Maraqlıdır  ki,  xaqan  İosif 
Toqarmanın,yəni Həzrət Nuhun nəvəsi və Azərbaycanın 4-cü şahının digər oğulla-
rının da  adını cəkmişdir.Bu oğulların da hər  biri özünün adı ilə adlandırılan bir 
türk xalqının soybabası  olmuşdur."
          Ekranda  dilçi  alim  Firidun  Ağasıoğlu  görünür.Alt  tərəfdə  onun  adı,soy 
adı,atasının adı yazılır.O deyir:
          "Xaqan İosif yazdığı məktubda xəzərlərə yaxın qohum olan 10  soyun adını 
çəkir.Həmin  soylar  bunlardır:  Uyğur,Turis,Avar,Oğuz,Bizal,Trna,Xəzər,Yanur, 
Bulqar və Savir."
                                                               
           Ekranda Abbasqulu Ağa Bakıxanovun şəkli görünür:
            Diktor mətni:
            "Abbasqulu Ağa Bakıxanova görə isə, Türk, Bulqar və Xəzər Yafəsin oğul-
larıdır.O,daha 6 oğulun adını çəkir ki,onların adları xaqan İosifin ondan təqribən 
1000 il öncə çəkmiş olduğu adlardan  fərqlənir."
                                                               
           Ekrandakı şəkli mixi yazı mətnlərinin təsvirləri əvəz edir.
           Diktor mətni:
           "Xəzər  xaqanının  çəkdiyi  türk  soy  adlarından  erkən  mixi  yazılarda,yəni 
eradan əvvəl  3-2-ci minilliklərə aid mətnlərdə subarların adına rast gəlirik.Əslində 
İosifin məktubunda bu soyun adı "savir" şəklindədir.Fəqət sözügedən soyun adına 
müxtəlif  mənbələrdə  "savir",  "sabir",  "sibir",  "suvar",  "subar  "  şəklində  rast 
gəlinir.Eradan əvvəl  3-cü minilliyə aid mətnlərdə "subir" forması  işlənməkdədir. 
Bu türk xalqı adını Azərbaycan toponimikasında suvar şəklində əbədiləşdirmişdir. 
Söhbət "Biləsuvar" toponimindən gedir."
          Ekranda Biləsuvar  rayonu və şəhərindən  mənzərələr canlanır.
                                                                
          Ekranda yenidən Firidun Ağasıoğlu görünür və deyir:
          "Mixi  yazılardan  belə  aydın  olur  ki,subarlar    İkiçayarsının  şimlında 
yaşayırdılar  və  şumerlərin  qonşusu  olmuşlar.Şumerlər  ikiçayarasının  cənubuna 
Subar ölkəsinin ərazisindən keçərək gəlmişdilər."
                                                                 
           Ekranda yenidən mixi yazılar görüntülənir.
           Diktor mətni:


97
           "Mixi  yazılarda  subarlarla  eyni  dövrdə  "türk"  adını  daşıyan  xalqdan  da 
söh-bət açılır. Eradan əvvəl  2-ci minilliyə aid aşşur mixi yazılarında onların adı 
"turukku" kimi çəkilir.Akkad və aşşur mənbələrindən belə məlum olur ki, bu xalq 
Cənubi Azərbaycan və Şərqi Anadolu ərazisində yaşayırdı və Arattada məskun idi. 
Turukkular  Aratta  ilə  Aşşur  arasında  qalan  ərazilərə  sahib  olmaq    uğrunda 
aşşurlarla mübarizə aparırdılar."
                                                               
            Ekranda    tanınmış  Azərbaycan  alimi,mərhum  Zelen  Yampolskinin  şəkli 
görüntülənir.
            Diktor mətni:
            
            "Türklərin  adının  Azərbaycan  sakinləri  kimi  hələ  eradan  əvvəl  akkad  və 
aşşur mixi yazılarında  "turukku" kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış 
alim  Zelen  Yampolski olmuşdur.    O,türklərin  mənşəyi  və  ilk  ana  yurdu  barədə  o 
vaxta  qədər  rus-sovet    tarixşünaslığında  mövcud  olan  rəsmi  baxışlara  qarşı 
çıxaraq bildirmişdi ki,akkad  mənbələri "türk" etnoniminin qeydə alındığı ən qədim 
yazılı mənbələrdir. Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da 
eyni  xalqın  adı,eyni  ərazinin  sakinləri  kimi  qeyd  edilmişdir.Urartu  mənbələrində 
həmin xalqın adı "turuxi" kimi çəkilr."
                                                                
            Ekranda yenə də Firidun Ağasıoğlu peyda olur və deyir:
             "Aşşur  mənbəlrində  rast  gəlinən  "turukku"etnonimi  "türk"etnik  adının 
aşşur  dilindəki  səsləniş  və  yazılış  formasıdır.İlk  dəfə  Zelen  Yampolski  tərəfindən 
söylənilən  fikrə  sonralar  Yusif  Yusifov,Qiyasəddin  Qeybullayev  kimi  Azərbaycan 
alimləri də şərik çıxmışlar."Türk"adına erkən orta əsrlərə aid hind qaynaqlarında 
turukka",  Xotan  mətnlərində  "ttrruki",Tibet  mənbələrində  "druq"  və  "druqu" 
formasında rast gəlmək mümkündür."
                                                             
           Ekranda Yusif  Yusifovun şəkli görüntülənir.
           Diktor mətnu: 
           "Mərhum  alimimiz  Yusif  Yusifovun  yazdığına  görə,eramızdan  əvvəl    2-ci 
minilliyin  əvvəlində  Urmiya  gölü  hövzəsində  yaşayan  türklərin  aktiv  siyasətə 
qoşulması  başlayır.Onlar  Zaqroş  dağlarını  aşaraq  İkiçayarasına  daxil 
olurdular.Türklər Aşağı Zab çayının yuxarı axarında yerləşən Raniyə düzənliyinə 
çıxır və burada yaşayan hürrilərlə ünsiyyətə girirdilər.Ümumiyyətlə,onlar bu ərazi 
uğrunda  mübarizə  aparırdılar  və  bununla  da  İkiçayarasının  şimalında  yaranmış 
Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar."
                                                               
           Ekranda mixi yazılar görüntülənir.
           Diktor mətni:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə