Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

92
                                                             
            Ekranda mixi yazılar görüntülənir.
            Diktor mətni:
            “Şumer  mənbələrindən  belə  görünür  ki,həmin  dövrdə  Arattada  yazıdan 
istifadə  edilirmiş.Şumerdə  olduğu  kimi  burada  da  dövlət  institutları  fəaliyyət 
göstərir,elm və təhsilə xüsusi əhəmiyyət verilirdi.Şumerlər Arattanı “saf ənənələr 
ölkəsi”  adlandırırdılar  ki,bu  da  əcdadalarımızın  yüksək  əxlaqi  və  mənəvi 
keyfiyyətlərindən  xəbər  verir.Mənbələrdən  o  da  məlum  olur  ki,ölkədə  buğda  və 
noxud becərilirmiş.”    
                                                             
            Ekranda Şumer və Arattanın xəritələri canlanır.
            Diktor mətni:
            “Mənbələrdən  belə  aydın  olur  ki,Şümerlə  Aratta  arasındakı  sərhəddə 
“Qaradağ”  adlı  dağ  yerləşirmiş.Bu  halda  söhbət  bugünkü  İraqla  İran  sınırında, 
Süleymaniyyə zonasında yerləşən Qaradağdan gedir.”
                                                                   
            Ekranda yenidən mixi yazılar görüntülənir.
             “Arattada  mədəniyyət,incəsənət  və  sənətkarlıq  o  qədər  yüksək  səviyyədə 
idi  ki,  Şumer  şahları  saray  və  məbədlərin  tikintisində  arattalı  ustalara  üstünlük 
verirdilər.En-Merkar,yəni  Merkar  xan  ilahə  İninniyə  dua  edərək  ondan  arattalı 
usataların onun üçün çalışmalarını xahiş etməkdə idi.”
                                                             
             Ekranda  peyda olan aktyor əlindəki kitabdan oxuyur:
             “Ey mənim xanım ağam ilahə İninni!
             Qoy Aratta adamları mənə Urukda qızıl və gümüşü ustalıqla emal etsinlər
təmiz lacivərd parçalarından ,qızıl-gümüş qatışığından,təmiz lacivərddən Urukda-
açıq təpədə,sən yaşadığın “Anşan evində” qoy məbəd tiksinlər!
             İşıqlı  “Kiparın”  ortasını-sən  yaşadığın  yeri  Aratta  adamları  qoy  mənim 
üçün bəzəsinlər!
             Aratta adamları dağlardan dağ daşlarını qoy mənim üçün gətirsinlər,qoy 
mənim üçün böyük ibadətgah tiksinlər!
            Qoy mənim üçün böyük məbəd ucaltsınlar!  
            Böyük məbədi - tanrılar məbədini qoy mənim üçün parıldatsınlar!
            Qoy mənim ayinlərimi Kulabda  mənim üçün düzgün ifa etsinlər!
            Qoy mənim üçün işıqlı dağa bənzər “abzu” qursunlar!
            Qoy mənim üçün meşəli dağa bənzər “eredu” təmizləyib hazırlasınlar!
            Qoy mənim üçün dərin uçuruma bənzər işıqlı ibadədgah-”abzu” düzəltsin-
lər !”     
                                                            
            Ekranda mixi yazılar görüntülənir.


93
            Diktor mətni:
            “Maraqlıdır  ki,En-Merkar  qasid  vasitəsilə  Aratta  şahına  məktub 
göndərərək ondan özünə tabe olmasını, Uruka qızıl,gümüş, lacivərd və çox sayda 
usta  gön-dərməyi  tələb  etmişdi.Aratta  hökmdarı  En-Sukuşsiranna,  yəni 
Sukuşsiranna xan ağsaqqallar şurasını toplamış,onlardan məsləhət istəmişdi,şura 
da ona tabe olmağı məsləhət görmüşdü.Fəqət Aratta hökmdarı bununla razı olmur 
və kahin Urqirnuna-nı  Uruku ələ keçirmək məqsədi ilə qoşunun başında Şumerə 
göndərir.Lakin ən son məqamda Aratta ordusu məğlub olur.  
           Buna baxmayaraq Aratta hökmdarı yenə tabe olmur və Şumer elçisi Luqal-
bandaya  diplomatiya  tarixinin ilk  siyasi  bəyanatlarından  biri  hesab  edilən siyasi 
bir cavab verir.”
                                                          
         Ekranda yenidən aktyor peyda olur və oxuyur:
         “Mən ali kahinəm və təmiz əl,yəni ilahə İninni tərəfindən təyin olunmuşam. 
Xoşsifət İninni  həqiqətən məni Arattaya – saf ənənələr ölkəsinə gətirdi,məni sanki, 
böyük darvaza kimi onun önündə qoydu.Məgər Aratta Uruka tabe ola bilərmi?”
                                                          
         Yenidən mixi yazılar görünür.
         Diktor mətni:
         “Gördüyümüz  kimi,arattalılar  siyasətdə  din  faktorundan  çox  məharətlə 
istifadə  edirdilər.Maraqlıdır  ki,Uruk  hökmdarının  qasid  vasitəsilə  göndərdiyi 
ultimatumda da eyni motivlərdən istifadə edilmişdir.”
                                                            
         Mixi yazıları aktyor əvəz edir və oxuyur:  
         “Qasid, mənim adımdan Arattanın ali kahininə de ki,onun şəhərinin əhalisini 
vəhşi  göyərçinlər  kimi  ağacdan  hürküdərəm,onları  quş  kimi  yuvada 
tutaram,satılmış  qul  kimi  mən  onu  öldürərəm.,dağılmış  şəhər  kimi  onun  toz 
torpağını yığaram.Arattanın əhalisi tanrı Enlilin lənətinə gəlmişdir,ilahə İninninin 
Arattaya qəzəbi tutmtşdur.”
                                                       
         Ekranda Aratta və Şumerin xəritəsi görünür.
         Diktor mətni:
         “Şumer mənbələrindən göründüyü kimi,Aratta xanı həm də baş kahin olmuş-
dur.Bu isə o deməkdir ki,həmin dövlət teokratik bir dövlət imiş.Mixi yazıların
təhlili  göstərir  ki,Arattanın  Şumer  şəhər  dövlətləri  üzərində  dini  hökmranlığı 
mövcud  imiş  və əsas dini  ibadətgahlar da  bu  ölkədə  yerləşirmiş.Bu  üzdən  də  bir 
dünyəvi hökmdar olan Uruk xanı baş məbədlərin öz ölkəsinə daşınmasında və ya 
da  Arattanı  özünə  tabe  etməklə  dünyəvi  güclə  yanaşı  dini  hakimiyyət  gücünə  də 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə