Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

98
           "Aşşur  mixi  yazılarından  belə  məlum  olur  ki,aşşur  hökmdarı  1-ci  Şamşi-
Adad  türklərə  qarşı  hərbi  yürüş  təşkil  edir,lakin  bu  tayfaların  müdaxiləsinin 
qarşısını ala bilmir.Türklər aşşurların nəzarəti altında olan Şuşarra vilayətini ələ 
keçirirlər.Aşşur  hökmdarı  1-ci  İşme-Daqan  baş  verənləri  cöx  maraqlı  təsvir 
etmişdir."
                                                              
            Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
            "O  ki  qalda  Şuşarra  olkəsinə,siz  mənə  yazırsınız  ki,bu  ölkə  həyacan 
içindədir və biz onu saxlaya bilmirik.Qoy qasid sizə vəziyyəti izah etsin.Turukkulu 
Lidaya  və  bu  ölkədə  onunla  birlikdə  olan  turukkilər  rəqabət  aparırdılar  və  iki 
yaşayış məntəqəsini dağıtmışdılar.Mən oraya əlavə qoşun gətirdim,onlar dağlara 
çəkildilər.Mən əhalidən soruşdum və bu qərara gəldim ki, bu ölkə nəzarətə alına 
bilməz."
                                                              
           Ekranda Firidun Ağasıoğlu görünür və deyir:
                                                               
          "Pratürk  mərhələsindən  sonrakı  dövrdə  türkdilli  etnoslar  iki  əsas  qola 
ayrılmış ,bunlardan biri Ön Asiyanın müxtəlif yerlərinə səpələnmiş, digər qolu isə 
şərq 
istiqamətində 
hərəkət 
edərək 
oradakı 
pramonqol,pratunqus-
mancur,prakoreya və sairə  etnoslarla  uzun  müddət  kontaktda olmuşlar  ki, həmin 
kontakt  nəticəsində  ortaya  çıxan  paralelləri  Altay  nəzəriyyəsi  qohumluq  kim 
təqdim edir.Doğrudur,həmin paralellərin toplanması və şərhi türkologiya elminin 
inkişafına  təkan  vermişdir,lakin  bu  nəzəriyyə türk  dillərinin  daha  qədim  dövrünə 
enməyə  imkan  vermir.Altayşünaslıqda  qəbul  edilmiş  "dil  qohumluğu"  ifadəsi 
əvəzinə "dil paralelləri" ifadəsinin işlənməsi daha  doğru olar.Bu  halda gerçəklik 
ortaya  çıxmış  olar.Eyni sözləri  qədim  Ön  Asiya  dilləri  barədə  də  deməliyik.Turk 
dillərinin şərq qolları şərq dilləri ilə kontaktda olduğu kimi,qərb qolları da ondan 
çox-çox qədim zamanlardan Ön Asiya dilləri ilə kontaktda olmuşdur."
                                                             
                     Ekranda karvanın getməsini əks etdirən süjet canlanır.Süjeti Soltan           
            Hacıbəyovun “Karvan simfonik” suitası müşayiət edir və süjetin fonunda 
            yazılır:
                                
ÜÇÜNCÜ SERİYANIN SONU
4-cü seriya
            Yarıya qədər doğmuş günəşin fonunda  hərəkət edən dəvə karvanının  silu-
eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə 
məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik 
suitasının müşayiəti ilə cərəyan edir.


99
                                                              
            Bütöv Azərbaycanın xəritəsi.Kadr arxasından diktorun səsi:
             “Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyəti,incəsənəti,ədəbiyyatı  xalqı-
mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta  Şərqin qədim tarixinin bütün 
istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-
tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf 
etdiyi  ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-
dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib 
olan,eyni  dildə  danışan,eyni  inancları  paylaşan  vahid  bir  etnosun  yaşadığını 
birmə-nalı  şəkildə  sübut  edən  çox  sayda  əvəzsiz  maddi  mədəniyyət  nümunəsi 
tapılmış-dır.”    
                                                              
            Ekrandakı xəritə öncə müxtəlif təbiət mənzərələri,daha sonra isə Qobustan 
və Gəmiqayanın qayaüstü təsvirlərindən seçmələrlə əvəz olunur.Təsvirlər növbə ilə 
ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:
            “Əlverişli  təbii-coğrafi  şəraiti  olan  Azərbaycan  ərazisi  dönyada  insanın 
for-malaşdığı  ilk  məskənlərdəndir.Arası  kəsilmədən  yaşayış  məskəni  olmuş  bu 
torpaq bəşər tarixinin  müxtəlif mərhələlərini özündə  əks etdirən zəngin abidələr 
ölkəsidir.
            Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min ili 
yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunmuşdur.Ondan öncəki tariximi-
zin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uza-
nan zəngin folklor nümunələri əks etdirir.”
                                                              
            Ekranda Nizami Xudiyev görünür. Alt tərəfdə onun adı, soy adı və elmi 
dərəcəsi yazılır.O deyir:
             "Ön Asiyanın qədim dillərində - bir sıra yerli abidələrdə türk sözləri qeydə 
alınmışdır ki,bu, türk etnosunun  Azərbaycanda,ümumən  Ön Asiyada  müəyyən rol  
oynadığını və həmin rolun ardıcıl olduğunu təsdiq edir."
                                                              
            Ekranda öncə Yusif Yusifovun şəkli görünür,sonra isə şəkli aşağıdakı yazı 
əvəz edir:
            "Elam və türk dilləri arasında aparılmış müqayisələr bu dillərin nə vaxtsa 
yaxın kontaktda olmuş olduğunu sübut edir.Daha doğrusu həmin kontaktın eradan 
əvvəl    3-2-ci  minilliklərdə  İran  ərazisində  baş  verdiyini  söyləmək  üçün  əlimizdə 
kifayət qədər əsas vardır.
                                                          Yusif Yusifov."
            Diktor yazılanları səsli olaraq təkrarlayır.
                                                               


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə