|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
118
"Kaşğarlı Mahmudun yazdığına görə,Türküstandakı Barsqan,Sayram və
Koyaş şəhərlərini Alp ər Tonqa saldırmışdır.12 illik türk dövri heyvan təqvimini də
o icad etmişdir.Əski fars qaynaqlarında onun Xorəzm,Xorasan.İran və
Azərbaycanda çox sayda şəhər saldırdığı qeyd edilməkdədir.Məsələn, Sasanilər
dövründə pəhləvi dilində qələmə alınan.müəllifi bilinməyən və elm aləmində şərti
olaraq "İran şəhərləri" adlanan bir kitabda Aturpatakandakı,yəni Azərbaycandakı
Gəncə şəhərinin əsasının farsların Əfrasiyab adlandırdıqları Alp Ər Tonqa
tərəfindən qoyulduğu qeyd edilir."
Ekranda "Avesta" kitabının üz qabığı görüntülənməyə başlayır.
Diktor mətni:
" Zərdüştün "Avesta"sında bu şəhərin adı Qanqxa kimi çəkilir və onun
Turanın taxt şəhəri olduğu, Turan xaqanının da bu şəhərdə otuduğu qeyd
edilir."Avesta"da bütün turanlılar,yəni türklər kimi ünvanına təhqir və böhtanlar
yağdırılan Alp Ər Tonqa həmin kitabda Tranqrasyan adı ilə yad edilir.Qədim
yunan mənbələrində onun adı Prototiy kimi çəkilir və onun iskitlərin, yəni türklərin
xaqanı olduğu bildirilir."
Ekranda mixi yazılar peyda olur .Diktor sözünə davam edir:
"Bu bötük türk xaqanı haqqında məlumat verən və eradan əvvəl 7-ci əsrə
aid olan aşşur mixi kitabələrində onun adı Partatua kimi qeyd edilib və o,İşkuz,
yəni İç oğuz hökmdarı adlandırılıb."
Ekranda "Dədə Qorqud" filminidən kadrlar canlanır və həmin kadrlarda iç
oğuzların adı çəkilir.
Ekranda yenidən "Avesta" kitabı görünür.
Diktor mətni:
""Avesta" Alp Ər Tonqanın bol duzlu Çiçəstə gölü sahilində qətlə
yetirildiyi bildirilir."Bundaxşinin kitabı"nda söylənilənlərdən isə belə məlum olur
ki, Çiçəstə gölü Aturpatakanda.yəni Azəbaycanda yerləşir."
Ekranda Cənubi Azərbaycandakı Urmiya gölündən mənzərələr,ardınca isə
bütöv Azərbaycan xəritəsi və sözügedən gölün xəritədəki yeri çanlanır.Diktor
sözünə davam edərək deyir:
"Bu məlumatlardan göründüyü kimi, Alp Ər Tonqa Cənubi Azərbaycanda
yerləşən bol duzlu Urmiya gölü sahilində qətlə yetirilmişdir.Deməli, ona həsr
edilən ağı da məhz həmin bölgədə,başqa sözlə,Azərbaycanda yarnmışdır.Təsadüfi
deyil ki,Azərbaycanda yaradılmış digər ağılar kimi bu ağı da təmiz oğuz türkcəsin-
dədir və öz dilinə görə Kaşğarlı Mahmudun nümunə kimi verdiyi digər ağılardan
119
fərqlənir.Buradakı digər ağılar uyğur dilində,başqa sözlə xaqaniyyə
tükcəsindədir."
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
" Ulsıp ərən börləyü,
Yırtıb yağa urlayu.
Sıkrıp üni yurlayu,
Sıqtab gözi örtülür."
Ekranda yazılır:
----------------------------------------
" İSİZ -ədalətsiz
AJUN -dünya
ÖDLƏK -zaman,zamanə
ÖC -intiqam
----------------------------------------
Diktor mətni:
"Alp Ər Tonqaya həsr edilən ağıda arxaikləşərək çoxdan canlı danışıq
dilimizdən çıxmış "isiz","ajun", "ödlək" və "öc" kimi qədim türk kəlmələrinə rast
gəlirik.İndi dilimizdə həmin sözləri ərəb dilindən keçmiş "ədalətsiz",
"dünya","zaman" və "intiqam" kimi ifadələr əvəz etməkdədir.Təkcə bu fakt ağının
ən azı İslamdan öncə yarandığını söyləmək üçün yetərlidir."
Ekranda Elməddin Əlibəyzadə görünür və deyir:
"İslamaqədərki dövr dedikdə bu dövrün,bu qədimliyin özü,təxminən də
olsa,müəyyənləşməli , aşkar edilməlidir.Mahmud Kaşğarlı "Divan"ının folklor nü-
munələrinin də fərqli yaranma tarixləri olmalı idi.Çünki bu şerlər bir-birindən çox
uzaq,mühüm və ibrətamiz tarixi hadisələrlə bağlı olmuşdur.Məsələn,miladdan
öncə 7-ci əsrdə yaşamış Alp Ər Tonqanın ölümünə ağı həmin əsrdə deyilsə,hansı
əsrdə yaranmışdır? Təbii ki,sözügedən ağı məhz həmin əsrdə yaranmalı idi və
yaranmışdır da..."
Ekranda "yağış yağdırmaq" və "yağış dayandırmaq" ovsun-ayinlərinin əks
olunduğu epizod təkrar göstərilir.Çay qırağında durmuş milli geyimli qızlar
görünür.Onlar xorla deyirlər:
“Suda daşım,
Baba daşım,
Gələr,getməz
Yağışım.
120
Suda daşım,
Yaş başım,
Yaş oldu
Üst-başım.”
Ekranda ocaq başına yığışmış milli geyimli qızlar görünür.Onlardan biri
ocaqdakı daşların üstünü közlərlə örtə-örtə oxuyur:
“Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.”
Sonra qızlar birlikdə oxuyurlar:
“Budu daşı,
Bulutların
Kudu daşı,
Bişirmişəm
Xəmiraşı.
Qonaq gəlsin
Godu başı,
Gətirsin
Qızıl günü,
Aparsın
Yağışı.
Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.”
Ekranda eyni səhnə yenidən,fəqət bu dəfə səssiz təkrarlanır.Kadr arxasın-
dan diktorun səsi eşidilir:
"Beləliklə, biz artıq ən azı üç qədim folklor nümunəmizin təxmini də olsa,
yarnma tarixini müəyyən etmiş olduq.Bunlardan "yağış yağdırmaq" və "yağış
kəsmə" ovsunları tarixi arxeoloji dəlillərlə sübut edilə bilən ən qədim
nümunəmizdir.Təbii ki,söhbət ən qədim nümunədən yox,sübut edilə bilən ən qədim
nümunədən gedir.Eneolit dövrünə aid Qarğalartəpədən tapılan ovsun daşları bu
nümunənin ən axı 8 min il öncə yarandığını söyləməyə əsas verir.Sübut edilə bilən
ikinci qədim abidəmiz "qurd ağzı bağlama " ovsunudur."
Ekranda üzərində "qurd ağzı bağlama" ovsunu ilə bağlı piktoqram olan
Gəmiqaya təsviri görüntülənir.Diktor sözünə davam edir:
Dostları ilə paylaş: |
|
|