|
Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
125
""Avesta"nın və Zərdüştün nə Azərbaycana, nə də türklərə heç bir dəxli
yoxdur.Bu.fars,İran abidəsidir.Bunu belə bilmək, belə də qəbul etmək lazımdır."
Ekranda Suraxanıdakı atəşgah mütəlif tərəflərdən görüntülənir.Kamera-
nın obyektivi bu abidənin kitabəsinin üzərinə,daha sonra isə damına bərkidilmiş
üçdişliyə tuşlanır.
Diktor mətni:
"Bu gün Azərbaycanda tədqiqatçılar arasında hər bir qədim sənət
abidəsində zərdüştiliyin izlərini axtarmaq və görmək meyli çox güclüdür.
Suraxanıdakı atəşgədəni də zərdüştiliyin,yəni atəşpəəstliyin abidələrindən biri kimi
görən və buna inanalar heç də az deyil. Halbuki. bu abidənin hind dilində yazılmış
kitabəsindən açıq-aydın görünür ki,bu abidə bir-neçə əsr öncə hindli zəvvarlar
tərəfindən tikilmiş Şiva məbədidir.Bu məbədin hindlilərin müharibə və intiqam
tanrısı Şiva məbədi olmasını onun üzərindəki üçdişli də sübut edir.Məsələ
burasındadır ki,üçdişli Şivanın simvollarından biridir."
Ekranda üçdişli tutmuş Şiva heykəlinin təsviri görünür.Diktor kadr
arxasından sözünə davam edir:
"Bir sözlə, Suraxanıdakı abidənin nə atəşpərəstliklə,nə də zərdüştiliklə
heç bir əlaqəsi yoxdur.Eləcə də kökü ən azı 5 min il öncəyə qədər uzanan və hələ
qədim şumerlər tərəfindən qeyd edilən Novruz bayramını da zərdüştiliklə
bağlamağa çalışanlar var."
Ekranda Azad Nəbiyev peyda olur.Ekranın altında onun adı,soy adı və
elmi dərəcəsi yazılır.O deyir:
"İlin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran, yeni əmək
mövsümünün başlandığını tərənnüm edən nəğmələr mövsüm nəğmələri içərisində
xüsusi yer tutmuşdur.Türk tayfaları içərisində hələ qədimlərdən ilin iki mövsümü -
yazın gəlişi,yəni əmək mövsümünün başlanması və məhsul yığımının başa çatması
ilə bağlı mərasimlər keçirilmişdir.Hər iki mərasimdə mövsümün xarakterik
cəhətləri ilə bağlı nəğmələr oxunmuş,ayinlər icra edilmişdir.Əslində mövsümi mə-
rasimlərlə bağlı nəğmələrin yaranması insanın əmək həyatının başlanması ilə
bağlı olmuş,zaman keçdikcə o,yeni-yeni etiqadlarla,görüşlərlə,təsəvvürlərlə
bağlanmışdır.
Daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan
insanlar yazın gəlişi,havaların istiləşməsi, təbiətin yenidən canlanması,
yaşıllaşması ilə bağlı nəğmələr yaratmışlar.Qədim insanların mövsümlərlə bağlı
ilkin nəğmələri nisbətən sonralar Novruz mərasimi ətrafında cəmlənmişdir.Novruz
mərasimi və onun tarixindən müxtəlif tədqiqatçılar bəhs etmiş, bəziləri onu
zərdüştiliklə,digərləri isə islam dini ilə bağlamışlar.
126
Din xadimləri onu Həzrət Əlinin xəlifəlik taxtına çıxdığı gün-yeni gün kimi
qələmə verib islamla bağlı mərasimlərdən birinə çevirməyə çalışmışlar.Sonralar
Novruz adını qəbul edən bu mərasim hələ zərdüştilikdən əvvəl mövcud olmuşdur.
Qədim farslar zərdüştiliklə bu mərasimlər sistemini xalqın hafizəsindən silə
bilmədikdə onu özünküləşdirmək,mərasimi zərdüştiliklə bağlamaq istiqamətində
səylər göstərmişlər.Lakin bütün cəhdlərə baxmayaraq,Novruz mərasiminin ayrı-
ayrı ayinlərində zərdüştilikdən çox-çox qədim təsəvvürlər qorunub saxlanmış,
onların bir qismi dövrümüzədək gəlib çıxmışdır. Məsələn, su üstündən tullanmaq,
üzərlik yandırmaq, qırx açardan su tökmək və sairə kimi ayinlər su kultu ilə bağlı
olub,.daha ilkin təsəvvürlərin izlərini qoruyur."
Ekranda tədqiqatçı rəssam Elçin Aslan görünür.Alt tərəfdə onun adı, soy adı
və məşğuliyyəti qeyd edilir.O deyir:
"Novruz yurdumuzda keçirilən ən qədim və ən geniş yayılmış kütləvi
mərasim şənliyidir.El arasında bu bayram "İlbaşı" və "İlbaşında" adları ilə də
məşhur olmuşdur."
Ekranda Novruz bayramında qalanan tonqalın üzərindən atlanan gəncləri əks
etdirən süjet canlanır.
Diktor mətni:
"Bəzi tədqiqatçıların fikrincə, novruz bayramı zamanı tonqal üzərindən
atlanılması zərdüştiliklə bağlıdır.Lakin bu fikir kökündən yanlışdır.Cünki mərasim
zamanı tonqal üzərindən atlananlar "Ağırlığım,uğurluğum odda yansın!"-deyirlər
ki, zərdüştiliyə görə oda belə demək günahdır.Çünki bu dinin kanonlarına görə
atəş müqəddəsdir, ona hətta insan nəfəsi belə toxunmamalıdır, insan öz nəfəsi ilə
müqəddəs odu murdarlaya bilər. Od üstündən hoppananların isə belə demələri
odun təmizləyici qüvvəyə sahib olması barədə əski türk inancı ilə bağlıdır.
Məsələn, Türk xaqanının yanına göndərilən Bizans heyətinin başçısı olmuş
Menandrın yazdığına görə,onları xaqanın yanına aparmamışdan öncə odla
təmizləmə mərasimindən keçməyə, yəni iki od arasından keçməyə məcbur
etmişdilər. Təbii ki, oda bu münasibət zərdüştilərin münasibətindən köklü surətdə
fərqlənir. 7 -ci əsrin başqa bir yunan müəllifi Feofilat Simokattanın yazdıqları da
çox maraqlıdır."
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
"Türklər hər şeydən çox oda ehtiram edirlər,hava və suya da ehtiramları
böyükdür,torpağa həsr edilmiş himnlər oxuyurlar.Sitayişi isə "Tək Tenqri" adlan-
dırdıqları yeri və göyü yaradana edirlər.Ona at,qoc və öküz qurban verirlər.
Ekranda Binəqədi rayonundakı Yanardağdan görüntülər canlanır.Bu
görüntüləri mifoloq alim,mərhum Mirəli Seyidovun şəkli əvəz edir.
Dostları ilə paylaş: |
|
|