|
Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
127
Daha sonra ekranda yazılır:
"Oda inam, qeyd olunduğu kimi, əski və müxtəlifdir.Teleutlar inanırdılar
ki, hər bir ocaqda yaşayan "ot ana"dan başqa daha böyük,yüksək od tanrısı vardır.
Həmin od tanrısı daşın içində yaranan oddur ki,üç ocaq sahibidir, xanıdır.Həmin
od tanrısı da dağ ruhu ilə birgə yaşayır.Altaylılarda dağa həsr olunmuş dualarda -
alqışlarda odun daşla-dağla əlaqədar olması gözə açıqca çarpdırılır.
Mirəli Seyidov"
Diktor yazılanları olduğu kimi təkrarlayır.
Ekranda yenidən Yanardağ görünür.
Diktor mətni:
"Əski türklərin mifik görüşlərindən söz açan Türkiyə alimi Əbdülqadir
İnan yazır ki,əski türklər odu yaratmağı onlara yuxarı dünyanın sahibi Ülgenin
öyrətdiyinə inanmışlar. Altay əfsanələrində deyilir ki, Ülgen göydən bir ağac,bir
qara daş gətirir və quru otu ovcinda əzir, daşları bir-birinə vurur,qığılcımdan od
yaranır,insanlar ondan odu yaratmağı öyrənirlər."
Ekranda Herodotun "Tarix" kitabı görünür.Kitab açılır və səhifələr bir-bi-
rini əvəz edir.
Diktor mətni:
"Herodotun yazdığına görə, iskit panteonunda Tabiti adlı bir ilahə də
olmuş və o odun və ailə ocağının hamisi hesab edilib.Tanınmış qaraçay-balkar
alimi Miziyev bununla əlaqədar bildirir ki.qaraçay-balkar qadınları yaxın
zamanlara qədər odun və ailə ocağının himayəçisi sayılan Tobadıya sitayiş
etmişlər."
Ekranda yenidən Yanardağ görüntülənir.
Diktor mətni:
"Gördüyümüz kimi, qədim türk mifik təfəkküründəki odla bağlı inanc
sistemi zərdüştiliyin kanonlarından bütün parametrləri ilə fərqlənir.Azərbaycanın
zərdüştliyin mərkəzi hesab edənlər belə bir fakta da istinad edirlər ki,
Atropatenanın, yəni Azərbaycanın paytaxtı qədim Şiz şəhərində içərisində əbədi
odun yandığı bir məbəd olmuşdur.Lakin bu halda unudulur ki,zərdüştilərin fikrincə
günəş çıxan zaman od yandırmaq günahdır.Od yalnız gün batdıqdan sonra
yandırılmalıdır.İçərisində əbədi od yanan məbədlər isə manixeylərin "manıstan"
adlanan məbədləri olmuşdur ki,bu da tamam başqa söhbətin mövzusudur.Bir sözlə
Folklorumuzda ilk baxışdan zərdüştiliklə səsləşən kimi görünən motiv və süjetlə-
rin,eləcə də nağıllarımızdakı,o cümlədən "Məlikməmməd nağılı"ndakı div
surətlərinin "Avesta" ilə birbaşa bağlılığı yoxdur."
128
Ekranda müxtəlif qoç heykəlləri görüntülənir.
Diktor mətni:
""Məlikməmmədin nağıl"ında rast gəldiyimiz qara və ağ qoçlarla bağlı
motivə gəlincə, bunlardan ağ qoç qəhrəmanı işıqlı dünyaya, qara qoç isə qaranlıq
dünyaya aparmalıymış Məlikməmməd ağ qoça minməyi bacarmadığı üçün qara
qoç onu qaranlıq dünyaya aparır. Burada qədim türk kosmoqonik inanc
sistemində xüsusi yeri olan üçlü dünya modelinin-yuxarı,yəni işıqlı dünya,orta
dünya və aşağı dünya,yəni qaranlıq dünya modelinin şahidi oluruq ki,qoçlar bu
modeldə dünyalar arasında mediator,yəni vasitəçi rolunu oynayırlar.Məhz bu
inancın nəticəsidir ki, əski türklər qəbir üstlərinə qoç heykəlləri qoyar və
inanarmışlar ki, bu qoç ölünü o biri dünyada müşayiə edəcəkmiş."
Ekranda sənətşünas alim Rasim Əfəndi görünür.Ekranın alt tərəfində onun
adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
"Azərbaycanda daş qoç fiqurları xüsusilə geniş yayılmışdır.onlara
Azərbaycanın ən ucqar sərhədlərindən tutmuş şimal qərbinədək bir çox yerlərdə
rast gəlirik.Bu fiqurlar vaxtilə Qərbi Azərbaycanda,yəni bugünkü Ermənistan əra-
zisində də geniş yayılmışdı.Eyni abidələrə Gürcüstanın azərbaycanlılar yaşayan
ərazilərində də təsadüf edilir.Daşdan yonulmuş qoç fiqurlarımız haqda ilk yazılı
məlumatlara biz hələ 19-cu əsrin əvvəllərində rast gəlirik. 1834- cü ildə
Azərbaycanda olmuş fransız səyyahı Dyubua de Monpere Qarabağda çoxlu daş
heyvan fiqurları gördüyünü və yerli əhalinin onlara çox böyük hörmət bəslədiyini
qeyd etmişdir.
Daş qoç fiqurlarımız haqda maraqlı qeydlərə biz rus alimi Sısoyevin
yazılarında da rast gəlirik. 1926-1927-ci illədə Azərbaycanın Naxçıvan, Ordubad,
Laçın və sairə bölgələrində olmuş Sısoyev yazır ki,yerli əhali burada tez-tez rast
gəlinən qoç fiqurlarını müqəddəs sayaraq onlara sitayiş edir.Onlar hətta bəzən bu
fiqurları qədim qəbiristanlıq xarabalıqlarından,dağlardan gətirib hörmət əlaməti
olaraq öz qohumlarının məzarı üstünə qoyurlar."
Ekranda yazılır:
"...Naxçıvanın şərqində köhnə qəbiristanlıq yaxınlığında qırmızı daşdan
yonulmuş,uzunluğu 62 santimetr,eni 40 santimetr qıvrım buynuzlu bir qoç fiquru
gördüm.Burada uşağı olmayan qadınlar arasında belə bir şayiə yayılmışdır ki,kim
bu qoçun ayaqları arasından sürünərək o biri tərəfə keçsə,mütləq uşağı olacaqdır.
V.M.Sısoyev."
Diktor yazılanları təkrarlayır.
Ekranda yenidən peyda olan Rasim Əfəndi sözünə davam edir:
Dostları ilə paylaş: |
|
|