Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə60/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   56   57   58   59   60   61   62   63   ...   100

131
Ekranda Herodotun "Tarix" kitabı görünür.Kitab açılır və səhifələr bir-birini 
əvəz edir.
Diktor mətni:
"Belə rəvayətlərdən birini ilk dəfə eramızdan əvvəl  5-ci əsrdə qədim yunan 
tarixçisi  Herodot  qələmə  almışdır.Onun  qeyd  etdiyi  qədim  türk  əfsanəsində 
iskitlərin  əfsanəvi  babası  Tarqutayın  yuxuya  getməsi,o,  yuxuda  ikən  atının 
qaçırılması səhnəsi təsvir edilir.Qəhrəman yuxudan ayıldıqdan və məsələdən hali 
olduqdan  sonra  nal  izləri  ilə  gedib  yeraltı  dünyanın  qapısı  olan  bir  mağaraya 
yetişir.  Mağaranın  yarı  insan,yarı  ilan  sahibəsi  atın  onda  olduğunu  bildirir  və 
deyir ki,yalnız onunla evlənəcəyi halda atı geri qaytaracaq. Tarqutay əlacsöz qalıb 
buna razı olur və bu izdivacdan üç oğlan doğulur.Yalnız bundan sonra qəhrəman 
atını geri ala bilir."
                                                               
           Ekranda Rasim Əfəndi görünür və deyir:
           "Azərbaycan  ərazisində  daş  qoç  fiqurlarından  sonra  ən  çox  yayılmış 
fiqurlar daş at fiquları olmuşdur.Tarixi mənbələr göstərir ki,xalqımız arasında at 
həmişə  insanın  şərəfi,qəhrəmanlığı  və  qələbəsinin  rəmzi  olduğu  halda,  atsızlıq 
zəifliyin,məğlubiyyətin  ifadəsi  olmuşdur.Keçmişdə  Azərbaycanda  dəfn  edilən  hər 
hansı  qəhrəmanın  qəbri  üstünə  daşdan  at  fiqurunun  qoyulması  bunun  canlı 
timsalıdır.
            Keçmişdə ata bəslənən bu məhəbbət və ehtiram "Kitabi-Dədə Qorqudda öz 
poetik ifadəsini çox gözəl tapmışdır."
                                                               
            Ekranda aktyor peyda olur və əlindəki kitabdan oxuyur:
             "   Açıq-açıq meydana bənzər sənin alıncığın,
                 İki şəbçırağa bənzər sənin gözciyəzin ,
                 İpəyə bənzər sənin yelincəyin ,
                 İki qoşa qardaşa bənzər sənin qulaqcığın,
                 Əri muradına yetirir sənin arxacığın. 
                 At deməzəm sənə,qardaş derəm,
                 Qardaşımdan yey!
                 Başıma iş gəldi,yoldan derəm,
                 Yoldaşımdan yey!" 
                                                               
           Ekranda aktyoru folklorşünas alim Vaqif Vəliyev əvəz edir.O deyir:
           "Qəhrəman  üçün  ən  əziz,  müqəddəs  hesab  olunana  şeylərdən  biri  onun 
atıdır.Atın quyruğunu,yalını kəsmək,onun ömrünü qısaltmaq,ölümə məhkum etmək 
kimi  bir  şey  hesab  olunur.Ümumiyyətlə,atın  quyruğunu,  yalının  kəsilməsi  onun 
sahibinə aid edilir.


132
           Qədim  əcdadlarımızın  keçirdiyi  yas  mərasimlərində  ölənin  atının 
quyruğunu və yalını kəsərmişlər.Bu adət "Kitabi-Dədə Qorqud"da  ölüm ayağında 
olan Beyrəyin dilindən çox mənalı bir şəkildə ifadə edilir."
                                                               
          Ekranda yenidən görünən aktyor oxuyur:
          "  Yigitlərim yerinizdən uru durun,
               Ağ-boz atımın quyruğunu kəsin!
               Qocanın divanına çapıb varın,
               Ağ çıxarıb,qara geyin!  
     Sən sağ ol,Beyrək öldü - deyin!"
                                                     
          Ekranda  "Dədə  Qorqud"  filmindən  Beyrəyin  öldürüldüyü  səhnə  canlanır.
Süjet bitər-bitməz, yenidən peyda olan aktyor oxuyur: 
"Beyrəyin  babasına,anasına  xəbər  oldu.Ağ  evi  eşiyində  şivən  qopdu.Qaza 
bənzər qızı-gəlin ağ çıxardı,qara geydi,atının quyruğunu kəsdilər."
                                                     
Ekranda Rasim Əfəndi görünür və deyir:
"Naxçıvanda,Kəlbəcərdə,Laçında,Qazaxda,Gəncədə,Tovuzda 
və 
sairə 
bölgə-lərimizdə qeydə alınmış daş at  fiqurları atın keçmişdə el arasında nə qədər 
mü-qəddəs bir heyvan sayıldığını göstərir.
Daşdan yonulmuş bu heykəllərin Azərbaycanın müxtəlif yerlərində ayrı-ayrı 
sənətkarlar  tərəfindən  müxtəlif  vaxtlarda  hazırlanmasına  baxmayaraq  onları 
eyniləşdirən bir çox əlamətlər vardır.Bu da özünü onların ümumi ölçüsündə,statik 
ifasında və xüsusi dekorativ bəzəklərində büruzə verir.
At  fiqurlarının  dekorativ  bəzəklərini  əsas  etibarilə  at  qoşumları  təşkil 
edir.Onlar qabarıq bir səpgidə oyulub üzəri bəzədilmiş kəm,yüyən, quşqunluq,yəni 
quyruğun 
altından 
keçən 
qayış,tanqır,yəni 
qarnın 
altından 
keçən 
qayışlar,üzəngi,yəhər  və  yəhəraltı  çuldan  ibarətdir.Bəzi  hallarda  bu  at 
qoşumlarının  üzəri  ardıcıl  olaraq  qabarıq  səpgidə  romb,üçkünc,dördkünc 
naxışlarla bəzədilirdi."
                                                   
Ekranda çox sayda at fiqurları görüntülənir.
Diktor mətni:
"Azərbaycan  ərazisində  tapılmış  ən  qədim  at  fiquru  orta  Tunc 
dövrünə,başqa  sözlə  eradan  əvvəl    2-ci  minilliyə  aid  edilən  gil    heykəldir  ki, 
Cənubi  Azərbaycanın  Maku  şəhərindən  əldə  edilmişdir.Gil  fiqurun  uzunluğu  30 
santimetr,hündürlüyü 20 santimetr,eni isə 11,5 santimetrdir.Heykəli maraqlı edən 
onun üzərində yəhərdən başqa, çul təsvirinin və bu çulun üzərində isə ov iti,ceyran 
və quş təsvirlərinin, eləcə də nəbati naxışların sezilməsidir."
                                                     


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə