Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə68/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   64   65   66   67   68   69   70   71   ...   100

149
          Deməli, Paleolit, yəni qədim daş dövrü insanı bir və ya bir neçə səslə onu 
əhatə edən yüzlərlə əşyanı ifadə etməyə çalışmış və bu zaman onları bir-birindən
fərqləndirmək üçün səsin uzunluq və yüksəklik tembrini tez-tez dəyişməli olmuş və 
bugünkündən 
çox-çox 
zəngin 
olan 
jestikulyativ 
arsenaldan  istifadə 
etmişdir.Çoxgüman  ki,  dilimizin  "ilk  kərpici"  rolunu  ifa  etmiş  ilkin  səs  "o"  səsi 
etməyə çalışmışlar.Maraqlıdı  ki,çağdaş  Azərbaycan  türkcəsində,eləcə  də  bir  çox 
digər türk dillərində məhz bu səs işarə  və şəxs  əvəzliyi kim çıxış etməkdə və ana 
dilimizdə həmin əvəzliklə hər bir şey ifadə edilə bilinməkdədir...”
          Ekranda “o” hərfi  yazılır  və ondan müxtəlif tərəflərə ox  işarələri çəkilir və
bu oxların hər birinin uc tərəfində müxtəlif canlı və çansız əşyaların kiçik təsvirləri 
canlanır; ağac,cicək,dovşan,quş,ox, günəş,ulduz.ay və sairə. Diktor sözünə davam
edir:
          "...Əlbəttə, belə bir uyğunluq təsadüf də ola bilərdi.lakin bir sıra faktlar var 
ki,bu  halın  təsadüf  olduğunu  bütünlüklə  istisna  edir.Məsələ  burasındadır  ki,türk
dilinin  müxtəlif  ləhcələrində  bu  əvəzliyin  "u",klassik  ədəbiyyatımızda  isə  "a" 
variantlarına da rast gəlinir.Eyni variantlara tamam başqa dil ailə və qruplarına
aid olan fars və yapon dillərində də rast gəlinmişdir...”
             
Ekranda yazılır:
           ------------------------------------------------------------------------------------------
            Azərbaycan türkcəsi                    Fars dili                      Yapon dili
             
-------------------------------------------------------------------------------------------
               
        O(A,U)                                   U                                    A
           -------------------------------------------------------------------------------------------
            Diktor mətni:
            "...HindAvropa dil ailəsinin İran dilləri qrupuna daxil olan fars dilində "u" 
variantı  ilə  rastlaşırıq.  Fərqli  bir  dil  ailəsinə  daxil  olan  yapon  dilində  isə  "a" 
varian-  tı  mövcuddur.  Təkcə  bu  fakt  sözügedən  məsələyə  ciddi  yanaşmağı  zəruri 
edir. 
           Azərbaycandan üzə çıxarılan Quruçay mədəniyyətinin yaşının 1,5 milyon il 
olduğunu  nəzərə  alsaq,  dilimizdəki  "o"  kəlməsini  dilimizin  ən  qədim  kəlməsi 
olduğunu  və  onun  yaşının  ən  azı  1,5  milyon  ilə  bərabər  olduğunu  söyləyə 
bilərik.Bu kəlmənin "a" və "u" variantları olduğunu diqqətə alsaq, 1,5 milyon il 
öncə dilimizdə ən azı üç saitin mövcud olduğunu söyləmək olar .Maraqlıdır ki,əski 
türk  yazılı  mənbələrində  bir  sait  səslə  ifadə  olunan  daha  bir  neçə  kəlmə  təsbit 
edilmişdir..."
                                                               
            Ekrandakı yazını aşağıdakı yazı əvəz edir:


150
            " U  ----- YUXU "
             Diktor mətni: 
              "... Bu kəlmələrdən biri "U" kəlməsidir ki, əski mətnlərdə yuxu mənasında 
işlənmişdir..."
                                                                
              Ekranda  Tonyukuk  abidəsi  görüntülənir.Abidənin  təsvirinin  fonunda 
yazılır:
              "  QIRQIZIQ  UDA  BASDIMIZ    -----    QIRĞIZLARA    YUXUDA  İKƏN 
HÜCUM  ETDİK "
               Diktor mətni:
               "...Məsələn, Tonyukuk abidəsində yaılıb: Qırqızıq uda basdımız, yəni qır-
ğızlara yuxuda ikən hücum etdik..."
                                                               
               Ekrandakı təsvir və yazılarını Mahmud Kaşğarlı "Divan"ının təsviri əvəz 
edir. Təsvirin fonunda yazılır:
                "  AĞIR UNI UÇURSADIM  ----  AĞIR YUXUNU QOVDUM "
                 Diktor mətni:
                 "...Kaşğarlı  "Divan"ında  isə  belə  bir  cümləyə  rast  gəlirik:  Ağır  unı 
uçurdum, yəni ağır yuxun qovdum..."
                                                               
                 Ekrandakı  təsvir  və  yazıları  manixey  yazıları  əvəz  edir.Yazıların 
fonunda yazılır: "İ"
                 Diktor mətni:
                 "Türkdilli manixey mətnlərində  isə  bir səslə-"i"  səsi ilə  ifadə edilən və 
cicəkləmək  anlamında  işlənən  bir  kəlmə  ilə  rastlaşırıq.Deyilənlərə  Mahmud 
Kaşğarlının  təsbit  etmiş  olduğu  və  təəccüb  mənasında  işlənən  "a"  kəlməsini  də 
əlavə  etmək  lazımdır.Deməli,  1,5  milyon  il  öncə  dilimizdə  ən  azı  dörd  səs,  yəni 
a,o,y  və  i  səsləri  olmuş  və  onar  müxtəlif  və  çoxfunksional  semantik  yükə  sahib 
olmuşlar.Bumlardan yalnız "o" kəlməsi dövrümüzədək ulaşmışdır.Təkcə bu fakt 
türk  dillərinin  kökünün  ən  azı  1,5  milyom  il  bundan  öncələrə  uzandığını,  yəni 
dilimizin  yaşının  ən  azı  1,5  milyon  il  olduğunu  təkzibedilməz  bir  şəkildə  sübut 
edir."
                                                              
            Ekranda tanınmış danimarka dilçisi O Espersin şəkli canlanır.
            Diktor mətni:


151
            "Dilin  təşəkkülünün  ikinçi  mərhələsi  samit  səslərin  ortaya  çıxması  və 
hecaların yaranmasıdır.Hecanın yaranması barədə bir neçə nəzəriyyə mövcuddur 
ki, onlardan Sonor və Əzələ nəzəriyyələri daha geniş yayılmış və özünə daha çox 
tərəfdar  toplaya  bilmişdir.Sonor  mnəzəriyyəsinə  görə,heca  gur  səsin  az  səslə 
birləş-məsi nəticəsində yaranmışdır. Bu nəzəriyyənin banisi  tanınmış  Danimarka  
dilçisi Espers olmuşdur.
           Digər bir nəzəriyyə isə Əzələ Nəzəriyyəsidir..."
                                                               
            Ekrandakı şəkli fransız dilçisi M.Qrommonun şəkli əvəz edir.Diktor sözünə 
davam edir:
            "...Bu  nəzəriyyənin  əsası  isə  məşhur  fransız  dilçisi  Qrommon  tərəfindən 
qoyulmuşdur..."
                                                                
             Bu dəfə ekranda Espers və Qrommonun şəkilləri yanaşı görüntülənir.Daha 
sonra ekranda yazılır:
               "VC (V- sait +C- samit)
             Diktor mətni:
             "Hər iki məktəbin nümayəndələri hecanın ilk mərhələdə VC modeli əsasın-
da qurulduğuna tərəfdar çıxmış,sonralar bu fikir digər məktəblərin nümayəndələri 
tərəfindən də qəbul olunmuşdur.Bu sxemə əsasən "V" sait səsi, "C" isə samit səsi 
ifadə edir.Yəni ilk hecalar bir sait və bir samit səsdən ibarət olmuşdur.Belə hesab 
olunur  ki,  ən  qədim  sözlər  təkhecalı  olmuş  və  VC  sxemi,  yəni  sait+samit  modeli 
üzrə qurulmuşdur."
            Ekandakı yazını aşağıdakı yazılar əvəz edir:
----------------------------------------------------------------------------------------------------
Azərbaycan tükcəsində: at,it,ət,ot,od,ad,əl, el,üz,ox,uç,iş,ov,oy,eş,al,iy  və sairə.
Şumer dilində: ut( günəş),ut(od),an (göy) və sairə.
----------------------------------------------------------------------------------------------------
            Diktor mətni:
            "Heç  kəsə  sirr  deyil  ki,  çağdaş  türk  dillərində  onlarca  VC  sxemi  üzrə 
qurulmuş söz vardır. Məsələn,Azərbaycan türkcəsində at, it, ət, ot, od, ad, əl, el, üz, 
ox, uç, iş, ov, oy, eş, al, iy və sairə.Bənzər model əsasında qurulmuş sözlərə şumer 
mixi  yazılarında da  rast gəlinir.Məsələn, od və günəş mənalarında işlənmiş "ut", 
göy mənasında işlənmiş "an"  və sairə.
            Eyni  zamanda  dilimizdə  hiss-həyacan  bildirən  ah,  of,  eh,  əh,  oy  və  sairə 
kimi bir sıra ara sözlər də eyni sxem üzrə qurulmuşdur ki, bu da önə sürülən fikri 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə