Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə64/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   60   61   62   63   64   65   66   67   ...   100

139
          Hind-Avopa  dillərindən  fərqli  olaraq,  türk  dillərində  üzümçülük  və 
şərabçılıqla bağlı onlarla təmiz türk mənşəli kəlmə bulunmaqdadır.Əgər dilimizdə-
ki heyvandaelıq ,əkinçilk,toxuculuq,dulusçuluqla bağlı bir çox terminlər Neolit və 
Eneolit  dövrlərinin yadigarıdırsa, üzümçülük və  şərabçılıqla bağlı  bəzi  terminlər 
də, şübhəsiz ki Tunc dövrünün məhsuludur."
                                                               
                                                                     7
             
Ekranda Cənubi Azərbaycanın Cığamış məskənindən tapılan,üzərində musi-
qiçilər qrupu və xanəndə əks olunana daş görüntülənir.
           Diktor mətni:
             
" Azərbaycanın cənubu bu gün İranın tərkibində olduğundan  tədqiqatçılar 
bu ərazidə yaranan qədim mədəniyyəti və dövlətləri çox vaxt İran mədəniyyəti və 
İran  dövlətləri kimi qələmə verirlər.Bununla belə, bir çox hallarda həmin zəngin 
mədəniyyətin  və  ənənələrin  Azərbaycan  ərazisində  formalaşdığını  və  ya  onun 
mərkəzinin  Azərbaycan  olduğunu  söyləməyi  də  unutmurlar.Bu  baxımdan  məşhur 
ingilis şərqşünası Vilsonun söylədikləri də istisna deyil."
                                                               
               
Ekranda yazılır:
             "Son  arxeoloji  tədqiqatlar  sübut  etmişdir  ki,  İranın  incəsənəti  Misir  və 
Babilin  incəsənətindən  daha  qədimdir.Şuş, Təxti-Cəmşid  və  Damğandan  tapılmış 
maddi  mədəniyyət  abidələri  göstərir  ki,  İran  incəsənətinin  6  minillik  tarixi 
vardır...İndi isə gəlin baxaq,bundan daha qədim mədəniyyət məlumdurmu?...Əldə 
olan  məlumat  və  əlamətlər  bu  mədəniyyətin  mərkəzinin  Azərbaycan  ərazisi 
olduğunu göstərir."
                                                                                         K.Vilson"
            Diktor ekranda yazılanları sözbəsöz təkrara edir.
                                                             
            Ekranda Tunc dövrünə aid maddi mədəniyyət nümunələri görüntülənir.
            Diktor mətni:
           "  Şübhəsiz  ki, ingilis  alimi  6  min illik  mədəniyyət  dedikdə, İlk  Tunc  dövrü 
mədəniyyətini  nəzərdə  tutur  və  bu  mədəniyyəti  Azərbaycanla  bağlayır.  Bu  fikrə 
başqa bir ingilis alimi də şərik çıxmışdır. Söhbət Poupdan gedir.Bu alimin fikrincə,
Tunc dövrü mədəniyyətinin döğuşu Azərbaycan ərazisi ilə bağlı olmuşdur."
                                                             
           Ekrandakı görüntüləri Qobustanın Mezolit dövrünə aid təsvirləri əvəz edir. 
Diktor sözünə davam edərək deyir:
           "Lakin  Azərbaycan  incəsənət  və  mədəniyyətinin  yaşını  6  min  il  kimi 
göstərmək,bu  mədəniyyətin  yaşını  çox-çox  azaltmaqdır.Çünki  bu  halda  ölkəmizin 


140
ərazisində təqribən 14 min il öncə yaranmış olan və 4 min il davam edən  Mezolit 
dövrü mədəniyyəti, 10 min il öncə yaranaraq 2 min il davam edən Neolit və 8 min 
il öncə yaranaraq 2 min il sürən Eneolit mədəniyyətləri nəzərə alınmır."
                                                            
           Ekranda yenidən Tunc dövrünə aid maddi mədəniyyət nümunələi görüntülə-
nir.
           Diktor mətni: 
  
"Bununla belə, bəşər tarixində Tunc dövrünün də özünəməxsus yeri olduğu
və bu dövrə aid edilən mədəniyyətin formalaşmasında Azərbaycanın özünəməxsus 
müstəsana rolu olduğu da danılması mümkün olmayan faktdır."
                                                 
 Ekranda tarixçi alim S.Aşurov peyda olur.Ekranın alt tərəfində onun adı,soy 
adı və elmi dərəcəsi yazılır.O deyir:
 "Şimali  Qafqazdan Suriya  və  Fələstinə  qədər  geniş  bir  ərazini  əhatə  edən 
Kür-Araz mədəniyyətinin uzun illərdən bəri tədqiq edilməsinə baxmayaraq, hələ də 
həllini tapmamış bir çox məsələ qalmaqdadır.ən əsas problem isə bu mədəniyyətin 
yaranma tarixi və yeri ilə bağlıdır.
 İessen  Cənubi Azərbaycandakı  Göytəpə  və Türkiyənin Ərzurum şəhəri  ya-
xınlığındakı abidələrə istinadən sözügedən mədəniyyətin yaranmasını eradan əvvəl 
28-21-ci  əsrlərə  aid  etmişdi.Kuşnaryova  və  Çubinişvili  eradan  əvvəl  3-2-ci 
minillikləri, İsmayılov isə e.ə.3200-2300-cü illər tarixini göstərmişlər.Kuşnaryova 
və  Kvataridzenin  sözlərinə  görə,  sözügedən  mədəniyyətin  kökləri  e.ə.  4-  cü 
minilliyə qədər uzanmaqdadır.
 Son  illər  Naxçıvan  ərazisindəki  Maxta  1,  Ovçular  təpəsi  və  Daşarx 
abidələrində  apardığımız  arxeoloji  tədqiqatların  nəticələri,eləcə  də  Cənubi 
Azərbaycanın Culfa şəhəri yaxınlığında yerləşən Gərgər-Ələmdar ərazisindən üzə 
çıxarılan  maddi  mədəniyyət  nümunələri  Kür-Araz  mədəniyyətinin  yayılma  arealı 
və  yaranma  tarixi  barədə    məsələyə  bir  qədər  aydınlıq  gətirmişdir.Bu  ərazidə 
diqqəti  ən  çox  çəkən  sözügedən  mədəniyyətə  aid  mədəni  təbəqənin 
qalınlığıdır.Məsələn,Kültəpə 1-də bu təbəqənin qalınlığı 9,5 metr,Kültəpə 2-də 10 
metr,Aşağı  Daşarxda  7  metr,Maxta  1-də  4,6  metr,Kərəzdə  9  metr,Yanıqtəpədə  8 
metr,Göytəpədə 6 metr,Gərgər-Əlamdarda isə 7 metrdir.
 Kültəpə  1-in  8,5  metr  dərinliyində  yerləşən  LE-163  mədəni  təbəqəsindən 
götürülən  nümunələrin  radio-karbon  üsulu  ilə  təhlili  bu  təbəqənin  aşağı-yuxarı 
224 il fərqlə, eradan əvvəl 3714 -cü ildə formalaşdığını göstərmişdir.Şərur rayonu 
ərazisindəki Ovçular təpəsindən əldə edilən analoji materialın təhlili Eneolit və ilk 
Tunc  dövrləri  arasındakı  əlaqəni  izləməyə  imkan  verir.Bu  materiallardan  çıxış 
edərək,Naxçıvan ərazisində Kür-Araz mədəniyyətinin eradan əvvəl 5-ci minilliyin 
sonlarında formalaşdığını ehtimal etməyə əsas verir."
                                                     
Ekranda  S.Aşurovu  arxeolq-alim  Rəşid  Göyüşov  əvəz  edir.Ekranın  alt 
tərəfində onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə