Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə72/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   68   69   70   71   72   73   74   75   ...   100

159
             "İndiyə  qədər  Appenin  yarımadasından,  Alp  dağlarından  və  Misirdən 
etrusklara  aid  minlərcə yazı  nümunəsi  tapılmışdır.Fəqət bu  yazıların  demək olar 
ki,  hamısı  fraqmentar  xarakter  daşıdığı  üçün  bu  yazıları  oxumaq  mümkün 
olmurdu.Etrusk dilinin türk  dili olduğu barədə fikri ilk dəfə Avstriya türkoloqları 
səsləndirmişlər.Etrusk yazılarının oxunmasında Türkiyə alimi Kazım Mirşan, Baş-
qırdıstanlı  tədqiqatçı    Latıpov    Azərbaycan  dilçi  alimi  Firidun  Ağasıoğlunun 
xidmətləri çox böyükdür."
                                                              
             Ekranda dilçi alim Firidun Cəlilov peyda olur.Alt tərəfdə onun adı.soy adı 
və  elmi  dərəcəsi  yazılır.O,  etrusk  yazıları,onların  dili  və  oxunuşu  barədə  ətraflı 
məlumat verir.
                                                               
             Ekranda İohannes Fridrixin "Yazı tarixi" kitabının üz qabığı ardınca müəl-
lifin öz şəkli görünür.
             Diktor mətni:
             "Yazı  tarixinin  gözəl  bilicisi  İohannes  Fridrixin  yazdığına  görə,latınlar 
yəni romalılar öz mədəniyyət və incəsənətlərini etrusklardan əxz etdiyi kimi yazını 
da bu qədim xalqdan əxz etmişdir."
                                                              
              Ekranda yazılır:
              "Bu  gün  latın  əlifbasını  etrusk  əlifbasının  bir  qolu  hesab  etmək  qəbul 
edilmişdir.Bunu, eynən etrusk yazısında olduğu kimi, latın yazısında da "g" və "k" 
yerinə  "c"işarəsindən  istifadə  edilməsi,eləcə  də  "a"  və  "r"-  dən  öncə  və  sözlərin 
sonunda  "k"  yazılması  sübut  edir.  Eynən  etrusk  yazılarında  olduğu  kimi,  latın 
yazılarında da "e" və "i"- dən öncə "c", "u"-dan öncə isə "q" yazılır...
                                                                                  İohannes Fridrix"
              Ekranda  yenidən  İohannes  Fridrixin  sözügedən  kitabının  üz  qabığı  və 
ardınca isə müəllifin öz şəkli görünür.
              Diktor mətni:
              "İohannes  Fridrixin  yazdığına  görə  qədim  keltlər  və  germanlar  da  latın 
əlifbasına keçməmişdən öncə istifadə etdikləri run yazı sistemini etrusklardan əxz 
etmişlər."
                                                             
               Ekranda "Vikinqlər" filmindən kadrlar nümayiş etdirilir.
               Diktor mətni: 
               "Məlumat üçün bildirək ki, run əlifbası ilə yazılmış ən qədim mətnlərdən 
birincisi  Reyn çayının aşağı sahillərindən tapılan və 230-cu ilə aid edilən bir nizə 
ucluğu üzərində,ikincisi isə Rumıniya ərazisindən əldə edilən və 375-ci ilə aid olan 


160
üzük  üzərində  qeyd  edilmiş  mətnlərdir.5-7-ci  əsrlərdən  etibarən  run  yazısından 
artıq  təkcə  cənub  germanları  deyil,eləcə  də  şimal  germanları  istifadə  etməyə 
başlamışdılar.
              Danimarka  ərazisində  bu  yazı  sistemi  ilə  qələmə  alınmış  son  mətnlərə 
1100-cü  ilə  aid  abidələrdə rast  gəlinmişdir.İsvecdə isə  həmin sistemdən  bir-neçə 
əsr  sonra  imtina  etmişdilər.Run  əlifbası  ilə  qeydə  alınmış  ən  son  əsərlər  1150-
1216-cı illər arasında qələmə alındığı ehtimal edilən "Sakson qrammatikası", 14-
cü  əsrə  aid  Danimarka  təqvimi  və  15-ci  əsrə  aid  "Məryəmin  iztirabları" 
əsərləridir."
                                                               
             Ekranda yazılır:
             "Hələ  19-ci  əsrin  70-ci  illərdə    Danimarka  alimi  run  yazısının  latın 
mənşəli olduğunu sübut etməyə girişmiş, fəqət ayrı-ayrı işarələri müqayisə edərkən 
böyük çətinliklərlə üzləşmişdi.Başqa alimlər runların yunan mənşəli olmasından və 
ilk  öncə  Qara  dənizi  sahillərində  yaşayan  germanlar  tərəfindən  istifadə 
edildiyindən bəhs edirdilər.Fəqət onların da cəhdi uğursuzluqla sona çatdı.Çünki 
ən qədim run yazıları Almaniya ərazisindən tapılmışdı və qotlaraqədərki dövrə aid 
idi.Elmi  dairələr  run  yazı  sisteminin  yuxarı  Reyn  və  yuxarı  Dunay  ərazisində 
yaranması  və  şimali  etrusk-Alp  yazısından  törəməsi  barədə  Norveç  alimi 
Marstranderin  ehtimalı-nı  isə  çox  böyük  rəğbətlə  qarşıladı.Bu  fikrin  rəğbətlə 
qarşılanmasına səbəb Neqaudan tapılan və eradan əvvəl 200-cü ilə aid edilən bir 
dəbilqənin  üzərində  Alp  əlifbası  ilə  qədim  german  dilində  yazılmış  mətnin  sübut 
kimi ortaya qoyulması idi.
                                                                                 İohannes Fridrix"
             Diktor  yazılanları  sözbəsöz,  "şimali  etrusk-Alp  yazısı"  ifadəsini  xüsusi 
vurğulayaraq  təkrar  edir.O  bu  ifadəni  xüsusi  vurğu  ilə  tələffüz  etdikdən  sonra 
yazıda həmin ifadənin altından qırmızı xətt çəkilir.
             Ekranda  Orxon-Yenisey  əlifbası  ilə  german-  run  əlifbasının  müqayisəli 
cədvəli görüntülənir.
             Diktor mətni:
             "Germanların  run  əlifbasının  hərfləri  ilə  türklərin  Orxon-Yenisey 
əlifbasının hərflərinin vizual müqayisəsi run əlifbasının türk əlifbasından törədiyini 
açıq  şəkildə  ortaya  qoyur.Maraqlıdır  ki,  türk  Orxon  -Yenisey  əlifbasından  təkcə 
german run əlifbası yox, həm də macar əlifbası törəmişdir.Sözügedən əlifba ilə
türkcə yazıb- oxumaq ənənəsi isə Avropada 16-cı əsrə qədər yaşamışdır.Nə qədər 
təccüblü olsa da, bu faktdır.Bəli,fakt!!!"
                                                             
             Ekranda  tanınmış  qumuq  tədqiqatçısı  Murad  Aci  peyda  olur.Alt  təəfdə 
onunadı,soy adı və məşğuliyyəti yazılır.O deyir:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə