157
Su ölkəsi harada yerləşmişdir?"
Ekranda mixi yazılar əks olunur.
Diktor mətni:
"Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ burasındadır ki,
eradan əvvəlki 3-2-ci minlliklərə aid mixi yazılarda Azərbaycan ərazisində yaşa-
mış kuti, lulu və turukku, yəni türk xalqları ilə yanaşı su xalqından da söz
açılmaqda və Su ölkəsinin adı çəkilməkdədir."
Ekranda Yusif Yusifovun şəkli görüntülənir.
Diktor mətni:
"Mixi yazıların gözəl bilicisi, mərhum alimimiz Yusif Yusifovun yazdığına
görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub lullu" ifadəsi işlənməkdədir."
Ekranda yazılır:
"Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələri ilə göstərilmiş-
dir.Deməli,Aratta... və Su ölkəsi Urmiya gölü hövzəsində mövcud olmuş geniş bir
ərazinin müxtəlif adları olmuşdur.Sular da turukku və lullu tayfa birləşməsinə
daxil idilər.
Yusif Yusifov"
Ekranda mixi yazılar görünür.
Diktor mətni:
"Mixi yazılardan göründüyü kimi, göytürklərin öz əski vətənləri saydıqları,
qədim Çin mənbələrində haqqında söz açılan və Xəzər dənizindən qərbdə
yerləşdiyi vurğulanan Su ölkəsi Azərbaycan ərazisində mövcud olmuş ən qədim
dövlətin-Aratta dövlətinin başqa bir adıdır."
Ekranda Roma şəhərinin simvolu olan boz qurd heykəli göstərilir.
Diktor mətni:
"Qədim Çin mənbələrində türklərin mənşəyi ilə bağlı rəvayələrdə diqqəti ən
çox çəkən dördüncü məqamsa türklərin öz soylarının dişi canavardan törəməsini
söyləmələridir.Maraqlıdır ki, az boyu kimi türk boyunun da bir qolu Şərqə köç et-
miş, digər bir qolu isə üzünü Qərbə - Avropaya tutmuşdur.Avropaya üz tutanlar
öncə Anadolu ərazisində Troya şəhərini və dövlətini qurmuş,bu dövlətə qədim
yunanlar tərəfindən son qoyulduqdan sonra onların nəsilləri Apenin yarımadasına
gəlmiş və burada Roma şəhərinin əsasını qoymuşlar.Şərqə gedənlər kimi,Qərbə
köçənlər də dişi boz qurd haqqında əfsanəni özləri ilə aparmış və nəticədə dişi
qurd Roma şəhərinin gerbinə çevrilmişdir.Qədim Roma, yəni latın mənbələri bu
158
xalqdan "etrusk" adı ilə bəhs etməkdədir. German mənbələrində isə onlar "türk"
adlandırılır."
Ekranda qədim Roma görüntüləri canlanır.
Diktor mətni:
"Roma şəhərini tikən, qədim Roma mədəniyyətinin və dövlətinin əsaslarını
qoyan etruskların İtaiyaya köçməsi qədim Roma şairi Vergiliyin "Eneida" əsərində
öz əksini tapmışdır."
Ekranda yazıça və tədqiqatçı Əlisa Nicat görünür.Ekranın alt tərəfində onun
haqqında zəruri məlumat yazılır.O qədim etrusklar,onların tarixi,mədəniyyətləri və
Azərbaycanla bağlılığı haqqında ətraflı məlumat verir.
Ekranda Roma şəhərinin simvolu olan dişi qurdun tunc heykəli görünür.
Diktor mətni:
"Rim,Romul və dişi qurdla bağlı əfsanənin Azərbaycanda doğduğunu və
buradan Appenin yarımadasına köç etdiyini söyləyə bilmək üçün əlimizdə çox
gözəl bir fakt var..."
Ekrandakı təsviri Şamaxının Xınıslı kəndi ərazisindən tapılan və üzərində
qurd və iki oğlan uşağnın başı təsvir edilən kubok təsviri əvəz edir.Diktor sözünə
davam edir:
"...Şamaxının Xınıslı kəndi ərazisindən tapılmış bir kubok deyilənlərə ən
gözəl faktdır.Məsələ burasındadır ki,sözügedən kubokun üzərində qurd və iki oğlan
uşağının başları həkk olunmuşdur."
Ekranda Troya və etrusk zərgərlik, təsviri sənət və heykəltaraşlıq
nümunələri nümayiş etdirilir.
Diktor mətni:
"Dünya sivilizasiyasının,xüsusən də Avropa mədəniyyətinin inkişafında
misilsiz rol oynamış etrusklara aid qəbirlərdəki skeletlərdən DNT nümunəsi götü-
rərək onları bölgədə yaşan xalqların genləri ilə müqyisələr aparan italiyalı mütə-
xəssislərin keçirdikləri çoxsaylı testlər nətcəsində məlum oldu ki, etruskların
genləri Anadolu türklərinin genləri ilə eynilik təşkil edir.Beləcə, etruskların
Anadoludan,yəni qədim Troyadan indiki İtaliya ərazisinə köçdükləri barədə qədim
Roma tarixçilərinin məlumatları öz təsdiqini tapmış oldu.Eyni zamnda eruskları
türk adlandıran qədim german mənbələrinin məlumatları da təsdiqlənmiş oldu."
Ekranda etrusk yazıları görüntülənir.
Diktor mətni: