Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə69/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   65   66   67   68   69   70   71   72   ...   100

152
təsdiq  edir,yəni  bu  halda  da  nəzəriyyənin  doğruluğunu  türk  dili  materialı  sübut 
eməkdədir.Üstəlik də sözügedən nəzəriyyələrin məntiqi bizə ana dilimizdə Paleolit 
dövrünə aid onlarla leksemin yaşamaqda olduğunu iddia etməyə imkan verir.Yəni 
əgər "o", "a", "u",  "i" səsləri dilimizin ilk səsləri və sözləridirsə, onların yaşı ən 
azı 1 milyon-1 miyon 500 min il arasındadırsa, bu sözlərin də bir qismi dilimizdə 
mühafizə  olunmuş  orta  və  son  Paleolit  dövrlərinin  kəlmələridir  və  onların  on  və 
həta yüzminillərcə yaşı vardır."
                                                             
           Ekranda  Bakının  fəvvarələr  meydanında  gəzişən  gənclər  və  oynaşan  kiçik 
uşaqlar canlanır:
           Diktor məni:
          "Bəli, biz dünyanın ən qədim dilinə,folkloruna,mədəniyyət və incəsənəinə sa-
hib olan millətik və əcdadalarımızın yüzminilliklər  boyu  yaratmış  olduğu mənəvi 
dəyərləri  nəsildən-nəslə  ötürərək  bu  günləi  daşımağı  və  dünya  sivilizasiyanın 
əsasını qoyaraq onu zaman-zaman zənginləşdirməyi bacarmış  böyük bir millətin 
övladlarıyıq. Biz  bu torpaqlarda ən azı 1,5 milyon ildir ki, yaşayırıq."
                                                               
          Ekranda Gəncə yaxınlığındakı Quruçay vadisi canlanır.
          Diktor mətni:
          "Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, əcdadlarımız təqibən 
1,5  milyon  il  bunda  öncədən  ta  1milyon  200  min  il  öncəyə  qədər  Gəncə 
yaxınlığındakı  Quruçay  vadisində  yaşamış  və  300  min  il  boyunca  burada 
arasıkəsilməyən yaşayış olmuşdur."
                                                               
          Ekranda Azıx mağarası görünür.
          Diktor məni:
          "1 milyon 200 min  il  öncə iqlim şərtlərinin dəyişməsi ilə quruçaylılar  Azıx 
mağarasına köçmüş və burada həyat arası kəsilmədən orta Paleolitə qədər,yəni 1 
milyon ildən artıq bir zaman içərisində davam etmişdir."
                                                               
          Ekranda Kiçik Qafqaz dağları görüntülənir.
          Diktor məni:
          "Orta  Paleolit dövründə onların  yaşayış arealı  genişlənmiş və  bu  areal  ən 
azı  Kiçik  Qafqazın  cənub  ətəklərindən  Ceyrançölə  qədər  geniş  bi  ərazini  əhatə 
etmişdir.Dünyanın heç bir ölkəsində bu qədər uzun bir dövrü əhatə edən davamlı 
oturaq  həyaın  izlərinə  rastlanmamışdır.Və  ölkəmizin  ərazisində  bu  yeganə  fakt 
deyildir."
                                                               
         Ekranda  Qobustan  təsvirləri  bir-birini  əvəz  edir  və  ən  sonda  kameranın 
obyektivi "7 gözəl" təsvirinin üzərində durur.


153
         Diktor mətni: 
         "Məsələn  araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki,Qobustanda  həyat 
son  Paleolit  dövründən  orta  Tunc  dövrünədək  aramsız  olaraq  davam 
etmişdir.Buna bənzər fakta da dünyanın heç bir yerində rast gəlinməmişdir.Məhz 
bu  davamlılığın,  bu  ənənəçiliyin  nəticəsində  də  dilimiz  və  mədəniyyətimiz 
ağlasığmaz  bir  konservativlik  qazanmış,  bu  konsevativliyin  nəticəsində  isə 
dilimizin ən qədim qatları,ən qədim folklor nümunələrimiz dövrümüzədək qorunub 
saxanıla  bilmiş-dir.  Təsadüfi  deyil  ki,  hələ  Mezolit  dövründə,  yəni  12-14  min  il 
öncə    Qobustanda  8  oğuz  soyunun  birləşməsi  ilə  ortaya  çıxan,  adını  bir 
piktoqramda  əbədiləşdirən  və  tarixin  ilk  soybirləşmlərindən    olan  səkkizoğuzlar 
minillər boyunca bu birliyi və adı qoruyub saxlayaraq Orxon-Yenisey mətnlərində 
yenə də bu adla yad edilmişlər."
                                                               
          Ekranda Orxon-Yenisey abidələri görüntülənir.
          Diktor məni:
          "Səkkizoğuzlar Azərbaycanda ortaya çıxan və minillər sonra adları Orxon-
Yenisey abidələrində adı həkk edilən yeganə türkdilli etnos deyildir.Eyni abidələr-
də ən qədim türk boylarından olan az boyunun da adına rast gəlinir."
                                                                
          Ekranda yazılır:
          "      Əcdadlarımızın  tutduğu  Yer-Su  sahibsiz  qalmasın  deyə  az  xalqı  təşkil 
edib...(Kül Təkin abidəsi,şərq tərəf, 19-cu sətir);
                 Az xalqı yağı oldu (Eyni abidə,şimal tərəf,2-ci sətir);
                 Az xalqı orada yox oldu (Eyni abidə,eyni tərəf,3-cü sətir)."
Diktor ekranda yazılanları oxuyaraq təkrar edir.
Ekranda mərhum alimimiz,profeessor Cəfər Cəfərovun şəkli peyda olur.
Diktor mətni:
           "Mərhum professor Cəfər Cəfərovun yazdığına görə,Azərbaycan ərazisində 
qeydə alınmış qədim türk tamğaları içərisində ən qədimi az boyunun soy 
tamğasıdır  və  bu  tamğanın  təqribən  10  min  il  yaşı  vardır.Yəni  bu  türk  xalqı 
Azərbaycanda ən azı 10 min il bundan öncə məskun idi."
                                                              
          Ekranda az boyunun tamğası görünür.Diktor sözünə davam edərək deyir:
          "Maraqlıdır  ki,  minillər  öncə  ölkəmizdə  yaşamış  bu  boyun  adı  təkcə  Mon-
qolustan ərazisində yerləşən Kül Təkin abidəsində deyil, eyni zamanda 13-cü əsrdə 
yaşamış  məşhur  İslandiya  tarixçisi  Snorri  Sturlusonun  "Kiçik  Edda"  əsərində  də 
çəkilir və belə məlum olur ki, bu türk boyunun bir qismi Sibir,Alay və Monqolustan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə