Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə77/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   73   74   75   76   77   78   79   80   ...   100

169
                                                               
            Ekranda yenidən Qafqaz Albaniyasının xəritəsi görüntülənir.
            Diktor:
            ""Kitabi-Dədə Qorqud"da albanlardan türk  xalqlarından  biri  kimi söhbət 
açılr və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanlaın başçısı 
kimi yad edilir."
                                                              
            Ekranda  şərqşünas  alim  Süleyman  Əliyarov  görünür.Ekranın  alt  tərəfində 
onun adı,soy adı və elmi dərəcəsi yazılır.O deyir:
            ""Dədəm Qorqud" kitabının araşdırılması Azərbaycanda uzun sürən etno-
tarixi inkişafın yeni,"gözlənilməz" bir axarını üzə çıxarmışdır.
            Drezden  nüsxəsində  4-cü  boyda  Qazan  xan  ovda  olarkən  cəsus  öz 
taqavoruna  belə  bir  xəbər  gətirir:"Hey,  nə  oturursan?  İtüni  ulatmayan,çətügini 
mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar."
            "Alpanlar"  etnik  adının  başqa  bir  yerdə  də  işlənməsi  bu  anlayışa  bu 
anlayışa  diqqətlə  yanaşmağı  tələb  edir.  7-ci  boyda  oxuyuruq:  "Ağ-boz  atlar 
çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum.
            Bütün  tədqiqatçılar  sanki  gözlərinə  inanmayaraq  burada  işlənən 
"alpanlar"  sözünü  "alplar  kimi  oxumuşlar.Kitabın  rusca  çapında  isə  alpın 
sinonimi olan "vit-yazi şəklində çevrilmişdir. 
            Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaşdığı "alpanlar" 
sözünü "alplar" sözü ilə əvəz emişdir.lakin ədalə xatirinə söyləyək ki, o öz kitabının 
müvafiq yerlərində səhifəaltı elmi-tənqidi şıxarışlarında Drezden əlyazmasında hər 
iki halda "alpanlar" yazıldığını bildirmişdir.
            Kitabda  "alpanlar"  etnoniminə  rast  gəlinməsi  onun  Azərbaycanda  baş 
verən  hadisələrlə  bağlı  olduğunu  və  Azərbaycanda  ərsəyə  gəldiyini  sübut  edən 
dəlildir.Bu xalq eradan əvvəl 4-cü əsrdən etibarən 10-cu yüzilliyə qədər 1500 illik 
bir vaxt ərzində Azərbaycanda yaşamışdır."
                                                              
            Ekranda Süleyman Əliyarovu şərqşünas alim Məşədixanım Nemətova əvəz 
edir.Alt  tərəfdə  onun  adı,soy  adı  və  elmi  dərəcəsi  yazılır.O,  vaxilə  Qərbi 
Azərbaycanın  Sisiyan  rayonu  ərazisində  yerləşən  Urud  kəndi  ərazisindən  tapılan 
iki məzar daşının tarixi, üzərindəki yazılar və həmin yazıların dili barədə məlumat 
verir.
                                                             
           Ekranda Qubanın Alpan kəndindən mənzərələr görüntülənir.
           Diktor; 
           "Qədim  albanların  adı  bu  gün  qubanın  "Alpan"  kəndinin  adında 
yaşamaqda-dır.Qədim  albanların  birbaşa  varisləri  olan  bu  kəndin  sakinləri 
Azərbaycan  türkcəsində  danışırlar.Nəzərəalsaq  ki,Quba  rayonu  ərazisində 
yaşayan  bütün  qafqazdilli  xalqlar,  o  cümlədən  sayları  bir  neçə  min  olan 


170
xınalıqlılar vı buduqlar öz dillərini qoruyub saxlamışlar,albanların başqa bir dildə 
danışdığı və guya sonradan türkləşdiyini düşünmək,əlbəttə ki, gülüncdür."
                                                            
           Ekranda Albaniya dövrünə aid maddi mədəniyyət nümunələri görüntülənir.
           Diktor mətni:
           "Albanların  ən  azı  6-cı  əsrdən  Azərbaycan  hüdüdlarını  aşaraq  Türküstan 
tərəflərə  də  yayıldığını  söyləmək  olar.Məsələ  burasındadır  ki,6-cı  əsr  müəllifi 
İordan  İskitlər  ölkəsinin  çox  böyük  ərazini  əhatə  ediyini,  hunların,  sirlərin  və 
albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır.Bu məlumatdan 
açıq  -açıq  aydın  görünür  ki,  albanlar  iskitlər,yəni  türklər  ölkəsinin  son 
hüdudlarına   qədər,yəni   Çinə  qədər  yayılmışdılar . Təsadüfi  deyil  ki ,bu  gün 
qazaxların "alban" adlandırılan qolu məhz Çin ərazisindəki Uyğur Muxtar Vilayəti 
ərazisində,  başqa  sözlə,  Şərqi  Türküstanda  və  Monqolustanda,  eləcə  də 
Qazaxıstanın Çinlə sərhəd bölgələrində  yaşayırlar."
                                                               
           Ekranda  Çinin  və  onun  tərkibindəki  Sintzyan-Uyğur  Muxtar  Vilayətinin, 
eləcə  də  Çinə  və  muxtar  vilayətə  bitişik  olan  Monqolustanın,  Qırğızıstanın  və 
Qazaxıstanın şərq əyalətlərinin xəritələri bir arada grüntülənir.
           Diktor söünə ara vermədən deyir:
           "İordanın sözlərinə görə,iskitlər,yəni türklər ölkəsinin şərq sərhədləri sirlər 
olkəsinə  qədər  uzanır.Tarixçi  bildirir  ki,  sirlər  öncə  Xəzər  sahillərində  yaşamış, 
sonra şərqə köcmüşlər."
                                                                 
           Ekranda Orxon-Yenisey abidələri canlanır.Diktor ara vermədən sözünə da-
vam edir:
           "Sir  xalqının kim olduğunu isə biz Monqolustanın paytaxtı Ulan-Batordan 
66 kilometr aralıda yeləşən Tonyukuk abidəsindən öyrənirik.Böyük türk xaqanları 
İltəris  xan,Kapağan  xan  və  Bilgə  xanın  vəzirləri  olmuş  Tonyukuk  tərəfindən 
qoyulmuş bu  abidədən  belə  aydın olur  ki, sirlər  türk  xalqlarından  biri  idi  və  adı 
çəkilən xaqanlar bu xalqın nümayəndəsi olmuşdur."
                                                             
           Ekranda yazılır:
           "  Tanrı  belə  demiş:Xan  verdim,xanını  qoyub  Tabğaca  tabe  oldun.tabe 
olduğu üçün Tanrı oldürmüş.Türk xalqı öldü,məhv oldu.Türk-sir xalqının yerində 
boy qalmadı ( Tonyukuk abidəsi, 3- cü sətir.);
               Türk-sir xalqı yerində yiyə qalmasın ( Eyni abidə, 11-ci sətir);
               Kapağan xaqanın türk-sir xalqının yerində bir nəfər də,xalq da,adam da 
sahib olmayacaqdı ( Eyni abidə, 60-cı sətir).
           Diktor yazılanları sözbəsöz təkrar edir. 
                                                             


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə