Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə85/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   81   82   83   84   85   86   87   88   ...   100

187
                         Vayirdə ötüy bilikligim,bilgəm,yanqam..."
           Aktyor  oxuduqca,  ekranın  alt  tərəfində  şerin  Azərbaycan  türkcəsində 
tərcüməsi yazılır:
                         "Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər,
                          Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər.
                          Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim,
                          Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim.
                          İtilənməmiş itidir almaz deyirlər,
                          İtilənməmiş itidir almaz deyirlər.
                          Almazdan daha kəskindir mənim hikmət sahibim,əsillim,igidim, 
                          Almazdan daha kəskindir mənim hikmət sahibim,müdrüküm,filim.
                                                                
           Ekranda manixey (maniçi) əlifbası ilə, türkcə yazılmış mətn görüntülənir.
           Diktor:
           "Maniçilik  və  ya  manixeizm  Onuyğur-Doqquzoğuz  dövlətində  və  Sibir-
Yenisey Xaqanlığında rəsmi din səviyyəsində tutulsa da bundan çox-çox öncələr o
Azərbaycan,  İran,  Orta  Asiya  və  Avropada  yayılmışdı.Təbii  ki  o  dövrdə  və  o 
məkanda  da  manixey  ədəbiyyatı  nümunələri  yaranmamış  deyildi.Ən  azı  bu  dinin 
əsasını  qoymuş  Maninin  şer  yazdığı  və  öz  dini-  fəlsəfi  görüşlərini  qələmə  almış 
olduğu  məlumdur.Lakin  çox  təssüflər  olsun  ki,  məsələnin  bu  tərəfi  tədqiqatçıları 
düşündürməmiş və bu üzdən də "Manici türk ədəbiyyatı " adı altında məlum olan 
bütün  əsərlər  ucdantutma  Vlll  əsrdən  sonra  Şərqdə  yaradılan  və  ya  başqa 
dillərdən tərcümə edilən əsərlər kimi qəbul edilmişdir."
                                                                
          Ekranda  Musa  Kağankatlının  "Alban  tarixi"  kitabı  görünür.Kitab  yavaş-
yavaş açılır və səhifələr bir-birini əvəz edir.
          Diktor mətni:         
          "Musa  Kağankatlının  verdiyi  məlumatdan  aydın  olur  ki,Qafqaz 
Albaniyasında,  yəni  Azərbaycanın  Araz  çayından  şimalda  yerləşən  ərazilərində 
xristianlığı  möhkəmləndirən  Vaçaqan  cadugər,  sehirbaz  və  büpərəstlərə  qarşı 
mübarizə  aparmış,  onların  kitablarını  yandırmış,  övladları  üçün  isə  xristian 
məkəbləri  açmışdı.Müəllif  həmin  dövrdə  Nestorla  bərabər  Maninin  də 
lənətləndiyni bildirməkdədir.
         Madam  ki,  Qafqaz  Albaniyasında  digər  din  ,məzhəb  və  təriqətlər  kimi 
Maninin  tərəfdarlarına  qarşı  da  təqiblər  başlanmışdı  və  onların  kitabları 
yandırılırdı, təbii ki, bu dinin mənsubları canlarını və kitablarını xilas etmək üçün 
mühacirət etməyə məcbur idilər.Belələrindən biri də onuyğurlar idilər."
                                                             
         Ekranda uyğur əlifbası ilə yazılmış mətnlər görünür.


188
         Diktor:
         "Albaniyada  təqib  və  təzyiqlərə  məruz  qalan  icmalardan  biri  də  monofizit 
xristianlar,  yəni  nestorianlar  idilər.Maraqlıdır  ki,bu  təzyiqlər  nəticəsində 
Azərbaycanı tərk  edərək Şərqə üz tutan uyğurların bir qismi də nestorian idilər və 
onlar  da  maniçilər,  yəni  manixeistlər  kimi  öz  kitablarını  da  özləri  ilə 
aparmışdılar."
                                                             
         Ekranda Orxon-Yenisey əlifbası görüntülənir.Əlifbanın üst tərəfində yazılır: 
"Orxon-Yenisey (Göytürk) əlifbası."
         Diktor:  
         "Uyğurların bir qismi əski dinlərinə-Göy Tenqri dininə sitayiş edir və Orxon-
Yenisey əlifbasından istifadə edirdilər."
                                                             
         Ekrandakı əlifbanı soğd və uyğur  əlifbaları əvəz edir və onların hər birinin 
üst ərəfində hansı əlifba olduğu yazılır.Diktor sözünə ara vermədən davam edir:
         "Xristianlığın nestorian qoluna mənsub olan uyğurlar soğd və onun əsasında 
tərtib edilmiş uyğur əlifbalarından istifadə edirdilər.
         Soğd  əlifbası  İran  mənşəli  əlifbalardan  biridir  və  bu  əlifbanın  yaradıcıları 
Orta  Asiyada  yaşayan  irandilli  söğdlar  idilər.Xristian  uyğurlar  bir  müddət  bu 
əlifbadan istifadə etdikdən sonra onun əsasında özlərinə yeni bir əlifba yaratdılar 
ki, bu da elm aləmində "uyğur əlifbası" adı ilə məşhur olan əlifbadır."
                                                             
        Ekranda İohannes Fridrixin "Yazı tarixi" kitabı, ardınca isə öz şəkli görünür.  
        Diktor:
        "Uyğur əlifbasının soğd əlifbası əsasında tərtib edildiyini yazı tarixinin gözəl 
bilicisi İohannes Fridrix də təsdiqləyir.O bu barədə yazır..."
                                                              
        Ekranda yazılır:
        "Soğd yazısı...soldan sağa yazılır və o, Suriya əlifbası ilə qohumdur.Lakin bu 
qohumluğun  xarakteri  belədir  ki,  həm  Suriya,  həm  soğd  yazısı  arami  yazısının 
qədim və hələ məlum olmayan formasından qaynaqlanır və bir-birindən müstəqil, 
lakin paralel inkişaf etmişlər...
           İndi  uyğur  yazısının  soğd  əlifbası  əsasında  yaradıldığı  ehimalı  daha 
ağlabatan  görünür,  belə  ki,  uyğurlar  da  digər  türk  xalqları  kimi  "p"  səsini  "b" 
səsindən və "k" səsini "q" səsindən ayırsa da, uyğur əlifbasında eynən soğd əlifbası 
kimi bu səslər eyni işarələrlə-"p" və "k" hərfləri ilə yazılırdı...Çünki soğd dilində 
"b" və "q" səsləri yox idi.Bundan başqa soğd dilində "l" səsi də olmamışdır.Odur 
ki,  onlar  xarici  sözlərdəki  "l"  səsini  ifadə  emək  üçün  "r"  hərfinin  dəyişik 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə