Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə87/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

192
dünyada mövcud olan bütün dini dünyagörüşlərini birləşdirərək universal "dünya 
dini"  yaratmaq iddiası  ilə  çıxış  edirdi  ki,  bu  da  "Dünya  dövləti"  qurmaq  istəyən 
türklər üçün maraqlı olmaya bilməzdi."
                                                            
          Ekranda Maninin şəkli görünür.Diktor deyir:
          "Elmi  ədəbiyyatda  səhvən  iranlı  kimi  qələmə  verilən  Mani  215-ci  ildə 
Sasanilər  imperiyasının  paytaxtı  olan  Mədain  şəhərində,  yəni  qədim  Babil 
torpağında dünyaya göz açsa da, onun atası əslən Cənubi Azərbaycanın Həmədan 
şəhərindən  idi.  O.  qüdrətli  Part,  başqa  sözlə  Parfiya  dövlətini  qurmuş  Arsaklar 
sülaləsindən idi."
                                                            
          Ekranda dilçi alim Firidun Ağasıoğlu peyda olur.O, Arsaklar sülaləsi və Part 
dövlətini quran tayfaların iskit, yəni türk olmaları barədə antik müəlliflərin verdiyi 
məlumatları  diqqətə  çatdıraraq,  Arsaklar  sülaləsini  qədim  türk  sülaləsi,  Part 
dövlətinin də qədim türk dövləti olduğunu əsaslandırır.
                                                             
          Ekranda Firidun Ağasıoğlunu dilçi alim Tofiq Hacıyev əvəz edir və Arsaklar 
sülaləsindən  törəyən  xalqın  Şərqi  Türküstanda,  yənu  Uyğurustanda  yaşaması  və 
orada onların adını daşıyan yaşayış məntəqəsinin olduğu barədə məlumat verir.
                                                             
          Ekranda "300 spartalı" filmindən fars-Əhəməni ordusunun spartalıları məhv 
etməsi səhnəsini əks etdirən kadrlar (səssiz) nümayiş edirilir.
          Diktor mətni:
          " İlk fars-Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part. yəni 
Parfiya  hökmdarı  Ərdabanı  məğlub  etdikdən  sonra  Arsakların  Ön  Asiya,  Güney 
Qafqaz və Mərkəzi Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətinə son qoyuldu 
və  farslar  böyük  türk  imperatorluğunun  bütün  torpaqlarının  sahibinə  çevrildilər. 
Arsakların əlində sadəcə Ermənistan və Albaniya qalmışdı. 
          Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan 
şəhərində yaşayırdılar.Farslar onların xalqı üsyana təhrik edə bilmə ehtimallarını 
göz önündə tutaraq sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına sürgen 
etdilər.Sürgün edilən ailələr içərisində Maninin atası Pətiyin ailəsi də vardı.Mani 
sürgündə  anadan  oldu.Onun  dünyagörüşü  də  bu  şəhərdə,  yəhudi,  xristian  və 
zərdüşti filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində formalaş-
dı."
          Ekranda  manixey  əlifbası  ilə  yazılmış  mətnlər,  daha  sonra  isə  Maninin  öz 
şəkli göünür.
          Diktor:
          "Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilikdə olduğunu çox 
tez  başa  düşdü. Odur  ki,  bu  ideoloji sistemə qarşı onu çürüdə  biləcək,  eləcə  də


193
tükləri  fars  hakimiyyətinə  qarşı  mübarizəyə  səfərbər  edə  biləcək  alternativ  dini-
ide- oloji bir sistem qurmaq qərarına gəldi.
          Maninin  dininin  əsil  mahiyyətini  başa  düşməyə  bizə  Bötürmüş  Tərxanın 
qələminə mənsub "Xuastuanift" əsəri  kömək edir..."
                                                              
          Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
          "Hörmüz  tanrı  beş  tanrı  ilə  bütün  tanrıların  gücünü  toplayıb  şeytanlara 
qarşı  vuruşmağa  enib,gəldi.Bəd  əməllər  şeytanı  Şimnu  beş  cür  şeytana  qarşı 
vuruşdu.  Tanrı,  şeytan  işıq  o  vaxt  bir-birinə  qarışdı.Hörmüz  tanrı  əsgərləri,  beş 
tanrı bizim ruhumuz günah şeytanları ilə vuruşub başlarından yaralandılar."
                                                             
          Ekranda Suraxanıdakı "atəşgah" müxtəlif nöqtələrdən göüntülənir.
          Diktor: 
          ""Xuastuanift" məhz bu cümlələrlə başlayır.Əsərdə zərdüştiliyin baş tanrısı 
Hörmüzün  adı  çəkilir  və  o,  əsərin,  eləcə  də  maniçilik  fəlsəfəsinin  əsas 
personajlarından biri kimi çıxış edir.Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi 
zərdüştiliyin bir təriqəti və bu dinin törəməsi hesab etməyə sövq etmişdir.Məsələ də 
elə bundadır. Yəni bütün səhf mülahizələr də elə buradan qaynaqlanmaqdadır.
          Fəqət  tədqiqatçıların  gözdən  qaçıtdıqları  və  ya  böyük  əhəmiyyət 
vermədikləri bir detala xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa 
cür olduğunu anlayasan."
                                                             
          Ekranda  "Odisseyin  məcaraları"  filmindən  Odiseyin  və  dostlarının 
təpəgözün  mağarasında  əsir  olduqları  və  ondan  can  qurtarmaq  üçün  tədbir 
gördükləri səhnənin əks olunduğu kadrlar (səssiz) göstərilir.
          Diktor sözünə ara vermədən davam edir:
          "Məsələ  burasındadır  ki,  maniçilikdə  "Avesta"dakı  Əhrimən  obrazının 
yerinə türk mifologiyasının ən məşhur mənfi qəhrəmanlarından biri olan, ayrı-ayrı 
türk  əfsanə  və  nağıllarında  bəzən  Şimnu,  bəzən  Şimnus  və  ya  Şulbus,  bəzən    də 
Çulbus,  Kəlləgöz  və  ya  Təpəgöz  adları  ilə  adlandıran  obraz  daxil  edilmişdir. 
Maniçilikdə  bu  obrazın  "Şimnu"  adından  istifadə  edilmişdir.Görəsən,  Əhrimən 
obrazını Təpəgözlə, yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi?
          Məlumat  üçün  bildirək  ki,  "Avestada"  iblis,  şeytan,  şər  qüvvələrin  başçısı 
kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki adıdır. Zərdüştilərin 
müqəddəs  kitabında,  yəni  Avestada  bu  qüvvənin  adı  Anqra  Manyudur.  "Anqra 
Manyu" adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır."
                                                              
          Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə