Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə90/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   86   87   88   89   90   91   92   93   ...   100

199
torpaq bəşər tarixinin  müxtəlif mərhələlərini özündə  əks etdirən zəngin abidələr 
ölkəsidir.
            Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min ili 
yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunmuşdur.Ondan öncəki tariximi-
zin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uza-
nan zəngin folklor nümunələri əks etdirir.”
                                                              
             Ekranda "Dədə Qorqud" filmindən kadrlar görüntülənir.
             Diktor:
             "Azərbaycan  ərazisində  eradan  əvvəl  Vll-Vl  əsrlərdə  yaranan  və  Alp  Ər 
Tonqaya  ağı"  ilə  ortaya  çıxan  ortaq  ədəbi  türkcə  lll  əsrdə  Maninin  yaradıcılığı 
sayəsində fəlsəfi məzmun qazanır.V əsrdə eyni ərazidə yaşayan qıpçaqlar da ədəbi 
dillərinə  qovuşurlar  və  beləcə  Alban  ədəbiyyatı  formalaşır.Tarixi  minillərlə 
ölçülən  zəngin  folklor  irsinə  sahib  olan  oğuzlar  isə  öz  ədəbi  dillərini  daha  gec, 
yalnız  Vll-  Vlll  əsrlərdə  qazanırlar.Söhbət  ozan  Dədə  Qorqudun  düzüb  əsəyə 
gətirdiyi  və  onun  adı  ilə  adlanan  dastandan  gedir.Və  bu  dastanın  dili  də  folklor 
dilimizdən, yəni xalq dilindən önəmli dərəcədə fərqlənir. Bu artıq oğuz elitasının-
Bayandır xanın, Qazan xanın, yəni oğuz xanlarının dilidir.Bu dili Maninin dili ilə 
birləşdirən  əsas  cəhət  hər  iki  dilin  Alp  Ər  Tonqaya  ağının  dilindən  törəmiş 
olmasıdır.
           "Dədə Qorqud" eposunun tarix səhnəsinə çıxışı ilə Azərbaycan ədəbi dili də 
yaranmış  oldu.Bu  məsələdə  dilçilərimizin  fikirləri  əsasən  üst-üstə  düşsə  də, 
ümumxalq dilinin təşəkkül tarixi ilə bağlı fikirlər haçalanır."
                                                                
            Ekranda Nizami Xudiyev görünür.Alt tərəfdə onun adı, soy adı, elmi dərə-
cəsi yazılır.O deyir:
            "Azərbaycan  türk  dili  formalaşdığı  bir  dövrdə  ədəbi  dilin  ünsürləri  də 
yaranırdı.Azərbaycan  ədəbi  dil  tarixinin  görkəmli  tədqiqatçısı  Dəmirçizadənin 
fikrincə,dilimiz ümumxalq dili kimi V-lX əsrlərdə formalaşmışdır. 
           Azərbaycan ümumxalq dilinin təşəkkülü təkcə Azərbaycan ərazisindəki lokal 
etnolinqvistik  proseslərlə  izah  edilə  bilməz,  həm  də  ümumtürk  səviyyəli,  böyük 
coğrafiyanı əhatə edən proseslərlə bağlıdır ki, Dəmirçizadə Azərbaycan ümumxalq 
dilinin  təşəkkül  tarixini  V-lX  əsrlərə  aid  edərkən,  məhz  həmin  münasibəti  nəzərə 
almışdır.Onun  bu  fikri  ilə  razılaşmayan  Mubatzadə  həmin  tarixi  Xl-Xll  əsrlərə 
qədər geri çəkir."
                                                               
            Ekranda  manixey  yazıları,  sonra  isə  onların  fonunda  Maninin  şəkli 
görüntülənir.
            Diktor:
            "Maninin  əsasını  qoyduğu  din  sonrakı  əsrlərdə  də  Azərbaycanın  ictimai-
siyasi həyatına öz dərin təsirini gösərmişdir.Belə ki, bir neçə əsr sonra fars-Sasani 


200
hakimiyyətinə  qarşı  Xorasanda  baş  qaldıran  və  tez  bir  zamanda  Azərbaycanı  da 
bürüyən  məzdəkilər  üsyanının  ideoloji-siyasi  bazasını  təşkil  edən  məzdəkilik 
maniçilik  ideologiyasının  davamı  idi.Eyni  sözləri  ərəb  işğalına  qarşı 
Azərbaycanda  üsyan  qaldıran  Babək  və  tərəfdarlarının  "xürrəmilik"  adı  altında 
tanınan ideologiyaları barədə də söyləmək olar.
             Çox  təssüflər  olsun  ki,  elm  aləmində  "erməni  qıpçaqcası"  adı  altında 
tanınan gerçək alban ədəbiyyatı kimi, Mani və onun yaradacılığı da Azərbaycanda 
heç vaxt ciddi tədqiqat obyektinə çevrilməmişdir. Eyni sözləri Alp Ər Tonqaya ağı 
barədə  də  söyləmək  olar.Hər  üç  ədəbiyyat  faktının  bilavasitə  Aərbaycanla  bağlı 
olduğunu sübut edən təkzibedilməz faktlar həmişə diqqətdən kənarda qalmış,bu 
ədəbi  əsərlərdən  hər  zaman    yad  mədəniyyət  nümunəsi  kimi  söz  açılmış,  söz 
açılanda  da  rus  müəlliflərinin  qeyri-elmi  mülahizələri  təkrarlanmışdır.Əvəzində 
isə nə Azərbaycana, nə də türklərə heç bir aidiyyatı olmayan Zərdüşt və Avesta az 
qala Azərbaycan ədəbiyyatının şedevri kimi qələmə vüerilmişdir..."
                                                                                                                         
           Ekrandakı  təsviri  Bisitun  kitabəsindən  görüntülər  əvəz  edir.Diktor  sözünə 
ara vermədən davam edir:
           "Halbuki bir sadə həqiqəti başa düşmək üçün fars hökmdarı Daranın bisüun 
qayalarına  həkk  edirdiyi  kitabəni  gözdən  yetirmək  kifayətdir.Bu  kitabədə  türklər  
sak adlandırılır və Dara V sütunun 30-33-cü sətirlərində açıq bir şəkildə yazır..."
                                                              
           Ekranda yazılır:
           "  Saklar  qəsbkar  idilər  və  Ahura  Məzdaya  hörmət  etmirdilər.Mən  Ahura 
Məzdaya  hörmət  edirdim.  Ahura  Məzdanın  mərhəmətilə  mən  onlarla  öz  istəyimə 
uyğun rəftar etdim."
           Diktor yazıları olduğu kimi oxuyur və əlvə edir:
           "Gördüyümüz kimi, farsların şahı sakların, yəni türklərin Ahura Məzdaya, 
yəni zərdüştilərin baş tanrısı Hörmüzə sitayiş etmədiklərini, yəni onların zərdüşti 
olmadığını  qeyd  edir.Bu  isə  bir  daha  sübut  edir  ki,  türklər  heç  vaxt  zərdüşti 
olmamışlar..."
                                                             
          Ekranda  yenidən  Bisitun  kitabəsi  görüntülənir.  Diktor  sözünə  aralıqsız 
davam edir:
         "Maraqlıdır ki, Dara Midiyada üsyan qaldıran Qam Atanın farsların məbəd-
lərini,  yəni  atəşgahları  dağıtmasını,  özünün  isə  həmin  məbədləri  bərpa  etməsini 
xüsusi  qeyd  edir.Bu  məlumat  isə  midiyalıların  atəşpərəst  olmadığını  təsdiq 
edir.Üstəlik də midiyalı üsyançının şaman olduğu da üzə çıxır."
                                                             


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə