Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə98/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   92   93   94   95   96   97   98   99   100

217
   Ümumtürk ədəbi dilində                Oğuz türkcəsində                    Mənası
----------------------------------------------------------------------------------------------------
   Yalamac                                          Savçı                                 Peyğəmbər,nəbi
    -----                                                 Ev budunu                        Əhli-Beyt                                 
----------------------------------------------------------------------------------------------------
         Diktor sözünü aralıqsız davam etdirir:
         "...    Bu  baxımdan  Təfsirdə  yer  alan  və  peyğəmbər  mənasında  işlədilən 
"savçı" sözünü misal çəkmək olar.Ümumtürk ədəbi dilindəki "yalamac" kəlməsinə 
uyğun  gələn  bu  kəlmə  sırf  oğuz  terminidir.Diqqəti  çəkən  başqa  bir  ifadə  isə 
Qurandakı "Əhli-Beyt" ifadəsinin qarşılığında işlədilmiş "ev budunu" sözbirləşmə-
sidir.Həzrət  Məhəmmədin  ev  sakinlərini,  yəni  ailə  üzvlərinin  cəmini  ifadə  etmək 
üçün  istifadə edilmiş bu  birləşmə son  dərəcə uğurlu seçilmişdir.Bu sözbirləşməsi 
oğuz  türkcəsi  nümunəsi  olmaqla  yanaşı,  həm  də  ümumtürk  mahiyyəti 
daşımaqdadır."
                                                            
        Ekranda Soltan Hacıbəyovun "Karvan" əsərinin sədaları altında hərəkət edən 
karvan görüntülənir.Daha sonra onu şaman rəqsi əvəz edir.
        Diktor:
        "Azərbaycanda  şamanizmin  izləri  də  ən  qədim  zamanlardan  izlənməkdədir. 
Bəziləri  yanlış  olaraq  şamanizmlə  Göy  Tanrı  dinini  eyniləşdirirlər.Əslində  isə 
şamanizm bir din yox, Spritualist maqiya sənətidir.
        Elmi  ədəbiyyatda  daha  çox  yayğın  olan  "şaman"  kəlməsi  türk  sözü  deyil, 
tunqus-mancur mənşəli bir termindir.Onun mənşəyini sanskrit dilinə  bağlayanlar 
da  var.Türklər  isə  şamana  ən  qədim  zamanlardan  "qam"  demişlər.Bu  kəlməyə 
Turfandan tapılan qədim uyğur mətnlərində, Yusif Balasaqunlunun "Qutaduqu-Bi-
lik" və Mahmud Kaşğarlının "Divan ül-Lüğət ət-Türk" kitablarında, eləcə də "Ko-
deks  Kumanikus  "  və  "Kitab  ül-İdrak"da  rast  gəlinir."Qam"  kəlməsi  Radlovun 
"Qədim  Türk  lüğətində  də  yer  almaqdadır.Bir  çox  dillərdə,  o  cümlədən  hind-
Avropa dillərində rast gəlinən "maq" kəlməsi də bu kəlmənin metatezası ilə ortaya 
çıxmışdır."
                                                             
          Ekranda  Yusif  Balasaqunlunun  "Kutaduqu-Bilik"  və  Mahmud  Kaşğarlının 
"Divan ül-Lüğət ət-Türk" kitabları görünür.
          Diktor:
          "Yusif  Balasaqunluya  görə,  qam  xəstəni  sağaldan  həkim,Mahmud 
Kaşğarlıya görə isə, qeybdən xəbər verən,falçılıq edən adamdır..."
                                                              
          Ekranda Radlovun şəkli görünür.Diktor sözünə davam edir:  


218
          "Görkəmli türkoloq Radlov isə bu sözü "şaman" kimi tərcümə edir və onun 
daha geniş məna daşıdığını bildirir."
                                                             
          Ekranda təbil çalaraq rəqs edən şaman görünür.
          Diktor:
          "Təbil şamanın vazkeçilməz aləti və əlamətidir.Təbilin içi və xarici müxtəlif 
naxış  və  rəsmlərlə  bəzədilir.Həmin  naxış  və  rəsmlər  nəsildən  nəslə  ötürülərək, 
demək olar ki, heç dəyişmir.Yəni bu halda ənənəviliyə ciddi əməl olunur.Məsələn, 
Koybal  şamanlarının  təbillərinin  birinin  üzərində  çəkilmiş  maraqlı  bir  rəsm 
Qobustan təsvirlərindən biri ilə inanılmaz dərəcədə bənzərlik təşkil edir..."
                                                              
          Ekranda  Qobustandakı  Böyükdaşın  aşağı  mərtəbəsində  9№-li  daşın 
üzərindəki pkitoqramın və Koybal şamanlarının təbili üzərində həkk edilən və XlX 
əsrin  sonlarında  üzü  köcürülmüş  piktoqramın  yanaşı  təsvirləri  əks  olunur.Diktor 
sözünə davam edir:
          "...Hər  iki  rəsmin  piktoqrafik  yazı  nümunəsi  olması  və  eyni  elementlərdən 
təşkil edilməsi diqqəti xüsusi ilə cəlb edir, eyni zamanda Sibir və Altay türklərinin 
şamanizm  ənənələrinin  qədim  Qobustan  ovçularının  ovsunçuluq  ənənlərindən 
qaynaqlandığını sübut edir."
                                                              
          Ekranda sənətşünas alim Nəsir Rzayev görür.Alt tərəfdə onun adı, soy adı və 
elmi dərəcəsi yazılır.O deyir:
          "Qobustanda, Böyükdaşın aşağı mərtəbəsində 9№-li daşdakı Tunc dövrünə 
aid  petroqlifdə  piktoqram  xaraktrli  böyük  təsvir  kompozisiyası  verilmişdir.Bu 
təsvirdə qədim rəssam əl-ələ vermiş silahsız adamların iki cərgədən ibarət bir sədd 
təşkil  edərək  sağ  tərəfdəki  çəpərlə  keçinin  yolunu  kəsməsini  əyani  surətdə  nəql 
edir.heyvanın boğazına ip keçirilmişdir..."
                                                               
           Ekranda  sözügedən  Qobustan  piktoqramı  ayrıca  göüntülənir.Alimin  səsi 
kadr aexasından eşidilir:
           "...Mürəkkəb  kompozisiyalı  bu  piktoqramda  qədim  rəssam  təsvir 
vasitələrinin  köməkliyi  ilə  qəbilədə  baş  vermiş  mühüm  bir  hadisə-heyvanların 
əhliləşdirilməsi barədə qəbilə üzvlərinə xəbər verir..."
                                                               
           Ekranda yenidən peyda olan Nəsir Rzayev sözünə davam edir:
           "...Tunc  dövrünə  aid  bu  petroqlifdə  insanlar  siluet  şəklində,  heyvanlar  isə 
konturlu  xətlərlə  kiçik  miqyasda,  həm  də  çox  sxematik  və  statik  vəziyyətdə  təsvir 
edilmişdir."
                                                              


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə