Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə94/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

207
şəxsin  xristianlar  arasında  son  dərəcə  böyük  hörməti  vardı  və  təsadüfi  deyil  ki, 
onun rəsmi bu gün Gürcüstanın və Moskvanın gerblərini bəzəməkdədir."
                                                              
         Ekranda qədim alban kilsələri görüntülənir.
         Diktor:
         "Albaniya və Ermənistan hökmdarları öz ölkələrində milli birliyə nail olmaq  
və  hakimiyyətlərini  möhkəmləndirmək  üçün  dindən  bir  vasitə  kimi  istifadə  edilə 
biləcəyini  artıq  anlamışdılar.Odur  ki,  maniçilik  və  xristianlıq  arasında  bir  seçim 
etməli idilər və bu seçim sonda xristianlığın xeyrinə edildi.Maniçilər bu ölkələrdən 
qovuldular."
                                                             
        Ekranda Sasanilər imperatorluğunun xəritəsi görünür.
Diktor:
        "Təqiblər  İranda  olduğu  kimi,,  Roma  imperiyasında  da,  sonrakı  əsrlərdə 
Bizans  imperiyasında  da  şiddətlə  davam  edirdi.Sasani  şahı  Şapurun  dövründə 
Mani  və  tərəfdarları  hakimiyyəti  ələ  keçirməyə  çox  yaxın  idilər.Mani  Şapuru 
özünün peyğəmbərliyinə və dininin yeganə haqq din olduğuna inandıra bilmiş və 
bundan  istifadə  edərək  öz  tərəfdarlarını  dövlətin  bütün  orqanlarına  yerləşdirə 
bilmişdi.  Sa-  sanilər  tarixində  ilk  dəfə  idi  ki,  türklər  bu  qədər  böyük  vəzifələr 
tuturdular.Orduya  rəhbərlik  edən  Bəhram  da  Mani  kimi  Arsaklar  sülaləsindən 
idi.Hər şey sonda Bəhrəmaın hakimiyyətə gətirilməsi ilə bitdi.Lakin Manini rəqib 
və  öz  hakimiyyəti    üçün  böyük  təhlükə  sayan  Bəhram  Manini  öldürtdür-
dü.Tərəfdarlarının  bir  qismi  qətlə  yetirildi,  bir qismi  isə  Albaniya və  Türküstana 
qaçaraq  canlarını  qurtardı.Beləcə,  fars  hakimiyyəti  yenidən  bir  türkün  əli  ilə 
möhkəmləndi." 
                                                              
           Ekrandakı xəritəni Roma imperiyasının xəritəsi əvəz edir.
           Diktor:
           "Roma  imperiyasında  da  vəziyyət  fərqli  deyildi.Feodosiyin  dövründə 
maniçilik dininə mənsub olanların qətlə yetirilməsi barədə hökm çıxarıldı. Qnori-
yin  dövründə  maniçilik  dövlətə  qarşı  cinayət  hesab  edilirdi.Vandalların  kralı 
Qunnarix  Şimali  Afrikada  maniçiləri  qılıncdan  keçirdi.Yalnız  İtaliyaya  qaça 
bilənlər canlarını qurtardılar."
                                                            
         Ekranda Vatikandan görüntülər canlanır.
         Diktor:
         "Vl  əsrdə  Lombardiya  Avropa  manixeyçilərinin  mərkəzinə  çevrildi.X  əsrdə 
Bolqarıstan,  Cənubi  Fransa  və  İtaliyada  önəmli  güc  halına  gələn  maniçilərin 
xalqa  təsir  qüvvəsi  o  qədər  güclü  idi  ki,  Roma  papası  öz  qəsrini  tərk  etməkdən 


208
ehtiyat  edirdi.  Çünki  hər  dəfə  qəsrini  tərk  etdikdə,  kütlənin  ehtiraslı  təhqirlərinə 
məruz qalırdı."
                                                            
         Ekranda  Vatikan  görüntülərini  İtaliyanın  Milan  şəhərindən  görüntülər  əvəz 
edir.
         Diktor:
         "Xl əsrin ortalarında Lombardiya, demək olar ki, maniçilər tərəfindən idarə 
edilirdi.Burada xristian keşişlər də artıq gizli maniçi olmuşdular.Təsadüfi deyil ki, 
1062-ci  ildə  keşiş  Ariald  Milanda  çıxış  edərkən  keşişlərin  evlənməsinin  əleyhinə 
açıq şəkildə təbliğat apardığına görə  arxiyepiskop Qvidonun qəzəbinə gəldi və öl-
dürüldü.
        Mübarizə davam edirdi.Arxiyepiskopu və xələfini gizli satanist olan imperator 
lV Henrix, reformatorları isə papalar ll Aleksandr və Vll Qriqori dəstəkləyirdilər. 
Hər şey Milan şəhəri üçün faciə ilə nəticələndi.Qarşı tərəflər arasında 1075-ci ildə 
baş verən küçə döyüşlərində şəhər yandırıldı."
                                                             
       Ekranda  orta  əsrlər  Avropasında  dəbdə  olan  inkvizisiyaları  (diri-diri  odda 
yandırılma) səhnələrini əks etdirilən kadrlar və ya şəkillər görüntülənir.
       Diktor:
       "Orta  əslər  Avropasında  geniş  yayılmış  inkvizisiyaların  qurbanlarına  əksər 
hallarda maniçilər çevrilirdilər.Məsələn, Fransanın Orlean şəhərində 1022-ci ildə 
odda  10  nəfər  maniçi  diri-diri  yandırılmışdır.Maraqlıdır  ki,  onları  satanlar  öz 
şagirdləri idilər və içlərində kral  l Robertin mənəvi tərbiyəçiləri Etyen, Lizoy və 
Geribert də var idilər."
                                                             
       Ekrandakı görüntüləri Roma şəhərinin görüntüləri əvəz edir.
       Diktor: 
       "İtaliyada  "padarlar"  adlandırılan  maniçilər  Xll  əsrdə  bu  ölkənin  bütün 
əyalətlərində önəmli icmaya çevrilmişdilər və Roma şəhərində də müəyyən nüfuza 
sahib idilər."
                                                             
       Ekranda yenidən Vatikandan görüntülər peyda olur.
       Diktor:
       "Xlll əsrdə maniçiliyi tərk edib katolikliyi qəbul edən Rober Le Buqr, Varonalı 
Peter və Rayner tarixə adlarını ən qəddar inkvizitorlar kimi yazdırmışlar.Onların 
əli  ilə  yüzlərlə  maniçi  diri-diri  odda  yandırılmışdır.Milanda  20  il  maniçi  kimi 
fəaliyyət  göstərmiş  Le  Buqr  maniçilərə  qarşı  apardığı  qəddar  mübarizəyə  görə 
1223-cü ildə papa lX Qriqori tərəfindən inkvizitor təyin edilmişdi.
       Avropa  tarixinin  ən  mühüm  hadisələrindən  biri  olan  Albiqoy  müharibəsi 
maniçilərin adı ilə bağlı olmuşdur." 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə