212
çoxtanrıçı olsalar da, onların da içərisində təktanrıçılar olmuşdur.Beləki, şumer
kitabələrinin içərisində belə bir cümləyə də rast gəlinmişdir..."
Ekranda yazılır :
" DİNGİR TAQ TANQI YOQ"
Diktor cümləni oxuyur və əlavə edir:
"...Yəni Tanrı təkdir, bərabəri yoxdur."
Ekranda müxtəlif dinlərin məbədləri görünür.
Diktor:
"Azərbaycanda ən qədim zamanlardan təktanrıçılığın yayıldığını zərdüşti-
lərin müqəddəs kitabı sayılan Avesta da təsdiq edir.Məlum olduğu kimi, bu kitabda
türklərin, yəni turanlıların sitayiş etdikləri Tanrı iblis kimi qələmə verilir.Həmin
kitabda Alp Ər Tonqanın Anqra Manyuya, yəni Tanqra Menquya, başqa sözlə,
türklərin tək Tanrısına sitayiş etdiyi və ona at,qoyun və öküz kəsdiyi qeyd edilir."
Ekrandakı təsvirləri növbə ilə Romanın simvolu olan qurd heykəli və
Şamaxının Xınıslı kəndindən tapılan və üzərində bir qurd və iki oğlan uşağının
başı olan kubokun qoşa təsviri, Qobustandakı öküz və günəş gəmi təsvirləri, rəqs
edən şaman təsviri və Həzrət Nuhun gəmisinin (bədii filmdən) təsviri əvəz edir.
Diktor:
"Deməli, qədim Azərbaycanda əcdad qurd, əcdad öküz, döğum ilahəsi
Umay, günəş tanrısı Qodu kultları və şamanizmlə yanaşı, Göy Tanrı dini də yayğın
olmuşdur.Sonuncu bilavasitə Həzrət Nuh əleyhissəlamın adı ilə bağlıdır.
Maraqlıdır ki, qədim türk dilində digər tövhid, yəni təktanrıçı dinlərində, o
cümlədən İslamda mövcud olan bütün dini terminlərin təmiz türkcə qarşılığı
olmuşdur ki, bu da Göy Tanrı dininin təkmil bir din olduğunu sübut edir.Üstəlik də
bu terminlər sayəsində həmin dinin ayrı-ayrı elementləri barədə ətraflı məlumat
almaq mümkündür."
Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------
İslam terminologiyası Tenqriçilik terminologiyası
---------------------------------------------------------------------------------------------------
1. Allah Tenqri
2. Peyğəmbər, nəbi Yalavac,Yalmac
3. Rəsul Elçi
4. Kitab (müqəddəs kitablardan biri) Biti, Bitiq
213
5. Cənnət, Uçmaq
6. Cəhənnəm Tamağ
7. Din xadimi, ruhani Tenqirkən
8. İbadədgah (məscid, came) Tenqirlik
9. Qurban Yağışlıq
10. İbadət Tapıq
11. Sitayiş Tapınmaq
12. Müqəddəs Iduq, İduq-Qut
13. Oruc Baçaq
14 Şəriət Törü, Törə
15. Ruh, Can Qut
16. Günah Yazuq, Yazınc
17. Həmd Alqış
18. Axirət Mengü ajun
19. Mələk Yumışçı
20. Qeyb Örtüklük
21. Ehsan Basan
22. İblis Yekkə
----------------------------------------------------------------------------------------------------
Diktor:
"Məsələn, qədim türklər Allaha "Tenqri" demişlər və bu kəlmə təmiz türk-
cədir.Bu kəlməyə Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinir."Peyğəmbər" və
"nəbi" kimi ərəb və fars mənşəli sözlərinin qarşılığında isə "yalavac" və ya
"yalmac" kimi təmiz türk kəlmələri işlənmişdir..."
Ekrandakı yazını müvəqqəti olaraq aşağıdakı yazılar əvəz edir:
"Tenqri yalavac itdi.
Kaşğarlı Mahmud.
Mühəmməd yalavac xəlaiq başı.
Yusif Balasaqunlu."
Diktor aralıqsız davam edir:
"...Mahmud Kaşğarlı "Divan"ında belə bir cümlə ilə rastlaşırıq: Tenqri
yalavac itdi, yəni Tanrı peyğəmbər göndərdi.Yusif Balasaqunlunun "Qutaduqu
Bilik " əsərində isə belə bir ifadə yer almaqdadır.Mühəmməd yalavac xəlaiq başı,
yəni Məhəmməd peyğəmbər xalqların başçısı.
Kaşğarlı Mahmud bu kəlməni "peyğəmbər", "nəbi" kimi tərcümə
etmişdir..."