214
Ekranda yenidən öncəki yazı, yəni İslam terminologiyasının Tenqriçilik
terminologiyasının müqayisə edildiyi cədvəl görünür. Diktor sözünə ara vermədən
davam edir:
"Qədim türklərdə rəsul mənasında "elçi " kəlməsinin olduğu da məlumdur.
Bu kəlmənin işləndiyi mətnlərdən biri 1-ci Yenisey abidəsidir ki, orada belə bir
maraqlı cümlə yer almaqdadır..."
Ekranda Orxon-Yenisey mətnlərindən biri görünür və onun fonunda yazılır:
"Tenqri elkə elçisi erdim."
Diktor bu cümləni oxuyur və əlavə edir:
"...Yəni elimə,xalqıma Tanrı elçisi kimi döndüm."
Ekranda yenidən İslam və Tenqriçilik terminlərinin qarşılıqlı cədvəli
görünür.
Diktor:
" Qədim türk dilində yazı və kitab mənalarını verən "biti" və "bitiq" kimi
sözlər xüsusi hallarda səmavi kitab mənasında da işlənmişdir ki, bu halda, çox
güman ki, Gök Tanrı dininin nə zamansa mövcud olmuş və sonradan itmiş
müqəddəs kitabı nəzərdə tutulur.
Ana dilimizdə mövcud olmuş "uçmaq" və" tamuğ" kimi kəlmələr isə müqabil
olaraq cənnət və cəhənnəmi ifadə etmişlər. Bu terminlərə klassik Azərbaycan
ədəbiyyatında, o cümlədən Şah İsmayıl Xətai və İmadəddin Nəsimidə də rast
gəlinir.
Bundan başqa qədim türk dilində digər dinlərdə, o cümlədən İslamda rast
gəlinən əksər terminlərə uyğun gələn terminlərin olduğu da bəllidir.Məsələn, din
xadimi- tenqirkən, ibadətgah- tenqirlik, qurban-yağışlıq, ibadət-tapıq, sitayiş-
tapınmaq, müqəddəs-ıduq,oruc-baçaq, şəriət- törü və ya törə, ruh-qut,günah-
yazuq, həmd- alqış,axirət-mengü ayun, mələk-yumışçı,qeyb-örtüklük,ehsan-basan,
iblis-yekkə və sairə.
Maraqlıdır ki, bu terminlərdən bir çoxu təktanrıçılığa keçişdən öncə də
öncəki dinlərin terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə həmin terminlər
yeni məzmun və mahiyyət qazanmışlar. Bu baxımdan qurban mənasında işlənən
"yağışlıq" kəlməsi böyük maraq döğurur.Bir vaxtlar yağış "çağırmaq", yağış
"kəsmək" və "Qodu-Qodu ayinlərinin icrası zamanı günəş tanrısı Qoduya verilən
xəmiraşı, bal və yağ qurbanlarını ifadə edən bu kəlmə sonrakı dövrlərdə, yəni
təktanrıçılığa keçdikdən sonra həm də Göy Tanrıya kəsilən at, öküz və qoyunları
da ifadə etmişdir."
Ekranda əski süjetlərdən biri təkrar olunur.Ocaq başına yığışmış milli geyimli
qızlar görünür.Onlardan biri ocaqdakı daşların üstünü közlərlə örtə-örtə oxuyur:
215
“Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.”
Sonra qızlar birlikdə oxuyurlar:
“Budu daşı,
Bulutların
Kudu daşı,
Bişirmişəm
Xəmiraşı.
Qonaq gəlsin
Godu başı,
Gətirsin
Qızıl günü,
Aparsın
Yağışı.
Qodu daşı,
Odu daşı,
Qodu kəssin
Yağışı.”
Ekranda eyni süjet bu dəfə səssiz təkrar olunur.
Diktor:
"Qədim türklərin təktanrıçılığa keçməmişdən öncə günəş tanrısına da eyni
qurbanları verdikləri, yəni at, öküz və qoyun kəsdikləri məlumdur.Məsələn Musa
Kağankatlının yazdığına görə, massaqet türkləri günəşə sitayiş edir və ona
sözügedən qurbanları verirdilər."
Ekranda üzərində ideoqrafik yazı (üçbucaqlar, quş, ağac, maral təsvirləri)
olan l əsrə aid Mingəçevir qəbir küpünün ideoqramları görünür.
Diktor:
"İstər Mingəçevir ideoqrafik yazısında, istərsə Orxon-Yenisey mətnlərində,
istərsə də klassik Azərbaycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında
işlənən "uçmaq" termini də təktanrıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağlıdır və
bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə
quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır."
Ekranda mixi yazılar görünür.
Diktor aralıqsız davam edir:
216
"Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış "Bilqamıs"
dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun yuxusunu
Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır."
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
"Gecə öz yatağına tənha uzanan zaman,
Enkidunun içinə bir ağrı doldu yaman.
O, dərdini açaraq öz dostuna söylədi,
"Gecə yuxu görmüşəm,əziz dost,eşit,-dedi,-
Göylər haray salırdı,nida qalxırdı yerdən,
Onların arasında dayanmışdım təkcə mən.
Bir də bir adam vardı,tutqun idi üz-gözü,
Mən fırtına quşuna bənzətdim onu,düzü.
İti caynağı vardı, qartal kimi qanadı,
Saçımdan yapışaraq göz açmağa qoymadı.
Onu vurdum,tullanıb tez sıçradı kənara,
Sonra o məni vurdu, o dəm sağaldı yara.
Sonra vəhşi öküz kimi yeriyib məni yıxdı.
Ağır məngənə kimi başımı bərk sıxdı.
Dedim "Məni xilas et!" Sən xilas edəmmədin,
Onunla vuruşmağa, qorxdun, gedə bilmədin.
O mənə toxunaraq, məni quşa çevirdi,
Qanad taxtı çiynimə,adəti quş qanadı.
Üzümə baxdı,baxdı, sonra məni apardı,
İrkallanın evinə-zülmətevinə vardı."
Ekranda A.K. Borovkovun X-Xl əsrlər "Orta Asiya təfsirinin dili" ( Лексика
среднеазиатского Тефсира X-Xl в.в. Москва, 1963.) adlı kitabının üz qabığı
görünür.
Diktor:
"X-Xl əsrlərdə Orta Asiyada qələmə alınmış bir Quran təfsirinin leksikonunu
gözdən keçirən rus şərqşünası Borovkovun yazdığına görə, sözügedən təfsirdə
bütün Quran terminlərinin türkcə olduğunu vurğulamış və türk dilinin dini
terminologiya baxımından zənginliyindən duyduğu heyrəti gizlədə bilməmişdir.
Yeri gəlmişkən qeyd edək ki, bu əsərdə əsasən, təmiz oğuz kəlmələrindən
istifadə edilmişdir və bu kəlmələrin bir çoxu ədəbi ümumtürkcənin müvafiq
terminologiyasından fərqlənlir..."
Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------
Dostları ilə paylaş: |