|
Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
189
formasından istifadə edirdilər...Uyğur yazısında da..."l" səsini ifadə etmək üçün
"r" hərfinin dəyişik formasından istifadə edilmişdir.
İohannes Fridrix"
Diktor yazılanları sözbəsöz oxuyaraq təkrar edir.
Ekranda manixey əlifbası görünür.
Diktor:
"Maninin dinini qəbul emiş türklər isə elm aləmində "manixey əlifbası" adı
ilə tanınan və Maninin özü tərəfindən tərtib edilmiş olan əlifbadan istifadə
edirdilər və uyğurlar bu əlifbanı özləri ilə birlikdə Azərbaycandan gətirmişdilər.
Soğd və uyğur əlifbalarından fərqli olaraq, bu əlifbada "p" və "b" səsləri, eləcə də
"k" və "q" səsləri ayrı-ayrı hərflərlə ifadə olunurdu. Bu əlifbada digər türk
əlifbalarında olduğu kimi, "l" səsi üçün də ayrıca işarə var idi."
Ekranda İohannes Fridrixin şəkli görünür və onun fonunda yazılır:
"Şərqi Türküstandan İran və şərqi türk dilləində , arami mənşəli ayrı-ayrı
əlifbalarla yazılmış maniçi mətnlər tapılmışdır.Onlardan biri manixey əlifbası
adlanır.
Ona Babilistanın Nippur şəhərində üzə çıxarılan maqik gil fincanların
üzərində də rast gəlinmişdir ki, bu da onun mənşəyi məsələsi baxımından çox
önəmlidir. M. Lindzbarski göstərmişdir ki, sağdan sola yazılan bu yazı arami
kursiv yazısından qaynaqlanır və dekorativ Palmir yazısı ilə qohumdur...Bu yazıda
bütün saitləri ifadə edən işarələr var.
İohannes Fridrix"
Diktor mətni sözbəsöz oxuyaraq təkrar edir, sadəcə "M.Lidzbarski" ifadəsini
"Lidzbarski" kimi oxuyur.
Ekranda yenidən manixey əlifbası görünür.
Diktor:
"Qeyd emək lazımdır ki, bu əlifba ilə yazılmış bütün mətnlər
türkcədir.Nəzərə alsaq ki, Mani gəncliyini Babildə keçirmiş və orada təhsil
almışdı, onun yaratdığı əlifbanın arami mənşəli olmasında təəccüblü bir şey yox-
dur.Maraqlıdır ki, mənbələrdə Maninin öz əsələrini məhz bu əlifba ilə qələmə
aldığı birmənalı şəkildə vurğulanır.Bu isə o deməkdir ki, o, əsərlərini türkcə
qələmə almışdır. Çünki soğd və toxar dillərində yazılmış maniçi ədəbiyyat
nünunələrinə də rast gəlinməsinə baxmayaraq, onlar soğd və toxar əlifbaları ilə
yazılmışdır. Manixey əlifbası ilə qələmə alınmış mətnlərin isə hamısı istisnasız
olaraq türkcədir."
190
Ekranda manixey əlifbası ilə yazılmış türk mətnləri görünür.
Diktor:
"Soğd və toxar dillərində olan mətnlərin hamısının türkcə qarşılığı var.Yəni
həmin mətnlər tük dilindən tərcümədən başqa bir şey deyildir.Lakin Avropa və rus
alimləri türk abidələrinin tərcümə olduğunu israr edirlər.Halbuki türk mətnlərinin
bir çoxunun müəllifləri bəllidir və onlar türkdürlər.Bunlardan biri Alpınçur Tə-
kindir və onun iki şeri dövrümüzədək yetişmişdir."
Ekranda peyda olan aktuor əlindəki kitabdan oxuyur:
"...Barayın tisər, bac anrakım,
Baru yimə uma mən,
Bağırsakım!
Kirəyim tisər, kiçiqkiyəm,
Kirü yimə umaz mən,
Kin, yıpar yıldığım..."
Aktyor şeri oxuduqca, ekranın alt tərəfində onun Azərbaycan tükcəsində
tərcüməsi yazılır:
"...Gedim desəm də,gözəl sevgilim,
Gedə bilmərəm,
Mərhəmətlim,
Gəlim desəm də, kiçiciyim,
Gələ bilmərəm,
Ənbər,müşk qoxulum..."
Ekranda manixey əlifbası ilə yazılmış mətnlər görünür.
Diktor:
"Şübhəsiz ki, bu şerin dili Vlll-X əsrlər uyğur dili nümunəsidir.Eyni sözü
müəllifi bilinən başqa manixey mətni- nəsr formasında qələmə alınan
"Xuastuanift", yəni "Maniçilərin tövbə duası" barədə də söyləmək olar."
Ekranda yenidən peyda olan aktyor əlindəki kitabdan oxuyur:
"...Tenqrim,suyda baru bilmətin kün ay tenqrikə, iki yaruk ordu içrə
oluruğma tenqrilərkə neçə yazınımız ersər, yemə kirtü erklik küçlüq tenqri
tipənkirtkimədimiz ersər,neçə öküş yavlak, çulvu sav sözlədimiz ersər... yemə kün
ay ölür tidimiz ersər,..kentü özümüü küntə,ayda önqi biz tidimiz ersər...bu ikinti
bitmətin yazınmış yazukuq boşunu önütür biz: manastar ğırza!"
191
Aktyor oxuduqca, alt tərəfdə mətnin Azərbaycan türkcəsində tərcüməsi
yazılır:
"Tanrım,günah ediyimizi bilmədən gün,ay tanrılara-iki işıqlı sarayda əylə-
şən tanrılara qarşı nə qədər günah işləsək də, əsl qüvvəli, qüdrətli Tanrı deyib
iman gəirməsək də, nə qədər çoxlu pis, rüsvayçı sözlər söyləsək də...həmçinin
gün,ay tanrılar ölür desək də...hünərsizliyindən doğub-batır, hünəri varsa
doğmasın desək də...özümüzü öyüb biz gündən, aydan yüksəyik desək də...bu ikisi
qarşısında etdiyimiz günahları bilmədən yalvarırıq: günahlarımızı bağışla."
Ekranda yenidən manixey yazılı mətnlər görünür.
Diktor:
"Bu nəsr əsərinin də dili Vlll-X əsrlərin uyğu dilidir və şübhəsiz ki, köçdən
sonra Şərqdə ərsəyə gətirilmişdir. Onu ərsəyə gətirən Bötürmüş Tərxan əsərin
sonunda adını yazmağı da unutmamışdır."
Ekranda yazılır:
"...Suçdan, günahlardan indi azad olaraq işıq tanrılarına, din səadətinə,
pak dindarlara yalvarırıq: günahlarımızı bağışla! Bötürmüş Tərxan niğosakların
günahları, suçları haqqındakı duaları-xuastuanifti bitirdi."
Ekranda Nizami Cəfərovun "Qədim Türk ədəbiyyatı" kitabı görünür.Kitab
açılır, səhifələr bir-birini əvəz edir və ən nəhayət ekranda 284-cü səhifə
görüntülənir.Orada yazılıb; Türk maniçi nəsri. Xuastuanift (Tövbə duası).
Diktor:
"Əsərin müəllifi adını açıq-aydın yazsa da bəzi rus və Avropa alimləri onun
tərcümə olduğunu iddia etmişlər. Bəziləri bu əsərin suryani dilindən, bəziləri isə
guya soğd dilindən tərcümə edildiyini irəli sürmüşlər, lakin onun nə soğd dilində,
nə suryani dilində variantlarını göstərə bilməmişlər.Göstərə də bilməzdilər, çünki
belə variantlar yoxdur və heç vaxt olmayıb da.Əsər orijinaldır və müəllifi onu
türkcə qələmə alıb.Əgər söhbət Tenqridən gedirsə, qədim türk mifologiyasından
qaynaqlanan Gün tenqri, Ay tenqri, Yer-Sub obrazlarına rast gəlinirsə, əsəri
tərcümə hesab etmək və ümumiyyətlə maniçiliyin yaranmasını türk mühitindən ayrı
təsəvvür etmək, əlbəttə ki, yanlışdır."
Ekranda Nizami Cəfərov peyda olur və deyir:
"Qədim türk ədəbiyyatına hiss ediləcək qədər təsir göstərmiş gəlmə dini
dünyagörüşlərdən birincisi,yəqin ki, manilikdir. lll əsrdə Şərq ölkələrində
yaymağa başladığı maniliyin əsasında zərdüştilik - xeyirlə şərin, işıqla qaranlığın
mübarizəsi dayansa da, burada qədim dövrün müxtəlif dinlərindən əxz olunmuş
ideyalar komolektləşdirilmişdir.Özünü "Həqiqət Tanrısının elçisi" sayan Mani
Dostları ilə paylaş: |
|
|