Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə83/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   79   80   81   82   83   84   85   86   ...   100

183
qıpçaq dili, karluq dili. Lakin həmin dillər bir-birinə o qədər yaxın və əlaqələri o 
qədər  sıx,  intensiv  olmuşdur  ki,  ümumi  bir  dilin  -  ümumtürkcənin  dialektləri 
təsəvvürünü yaradırlar."
                                                                
           Ekranda at çapan,ox atan türklr görünür.
           Diktor:
           "Nizami  Xudiyev  isə  bir  qədər  fərqli  düşünür.Onun  fikrincə,  bu  proses  ən 
geci eradan əvvəl l minilliyin ortalarında baş vermişdir."
                                                              
           Ekranda  Nizami  Xudiyev  görünür.Alt  tərəfdə  onun  adı,  soy  adı  və  elmi 
dərəcəsi yazılır. O deyir:
           "Ümumi  türk  dili  tarixinə  həsr  olunmuş  tədqiqatlar,  xüsusilə  professor 
Əhməd  Cəfəroğlunun  tədqiqatları  göstərir  ki,  müxtəıif  türk  etnik-mədəni 
regionlarında  meydana  çıxan  türk  ədəbi  dillərinin  tarixi  ümumi  türk  dili  tarixi 
anlayışını  istisna  etmir,  əksinə,  tamamlayır  və  belə  qənaəti  möhkəmləndirir  ki, 
müstəqil türk ədəbi dilləri ümumi bir türk ədəbi dil mühitinin məhsulu olub, məhz  
həmin  mühitin  əks  olunduğu  coğrafi  arealda  formalaşır,  etnik-mədəni  ehtiyacı 
ödəyir,  sonra  isə  məhv  olub  gedir,  dəyişikliyə  uğrayır,  yerinə  yeni  ədəbi  forma 
gəlir.Lakin  hər  bir  yeni  forma  mütləq  özündən  əvvəlki  normativ  formanın 
təcrübəsinə və ümumi tük ədəbi dili ünsürlərinin inkişafına əsaslanır.
           Qədim  türk  dili  ən  qədim  zamanlardan  eramızdan  əvvəl  V  əsrə  qədərki 
dövrü  əhatə edir.Təqribən  eradan əvvəl  l minilliyin ortalarından geç olmayaraq 
bu dilin differensasiyası başlamışdır."
                                                            
            Ekranda  Nizami  Xudiyevi  Elbrus  Əzizov  əvəz  edir.Alt  tərəfdə  onun  adı, 
soy adı və elmi dərəcəsi yazılır.O deyir:
            "Fuad Köprülüzadə 1926-cı ildə Bakıda çap olunmuş "Azərbaycan ədəbiy-
yatına  dair  tədqiqlər"  adlı  kitabçasında  Azərbaycan  dilinin  təmiz  oğu  dili 
olduğunu  gösərmişdir.Sonralar  Çobanzadə  və  onun  ardınca  Dəmirçizadə 
Azərbaycan  dilinin  oğuz-  qıpçaq  dili  olduğunu  təsdiq  etdilər.Əhməd    Cəfər  ana 
dilimizin  oğuz-qıpçaq    mənşəli  dil  olmasını  təsdiq  eməklə  yanaşı,  bidirmişdir  ki, 
ancaq  bu  dilin  uyğur  dili  ilə  kiçicik  müqayisəsi  bizi  Azərbaycan  dilinin  əmələ 
gəlməsində uyğur dili qatının çox işləməsi barədə düşünməyə məcbur edir."
                                                               
              Ekranda yazılır:
              "Dialektlərin  faktlarına  əsasən  mən  bu  qənaətdəyəm  ki,  Azərbaycan  dili 
əsas əlamətlərinə görə, türk dillərinin Qərb qrupuna aid olsa da, bu dil müəyyən 
dərəcədə türk dillərinin Qərb və Şərq qruplarını bağlayan halqadır.
                                                                                                 Əhməd Cəfər"


184
            Diktor yazıları oxuyaraq təkrarlayır.
                                                                
            Ekranda yenidən Elbrus Əzizov peyda olur və sözünə davam edir:
           "Müasir  Azərbaycan  dilində  uyğur  elementlərinin  olduğunu  Nəcib  də 
göstərməkdədir. Azərbaycan və uyğur dillərinin ötəri müqayisəsi daha çox bu iki 
dil üçün əlamətdar olan izoqloslar aşkara çıxarmağa imkam verir.Məsələn, "a-e" 
səsdəyişməsini  gözdən  keçirək.Uyğur  dili  üçün  xarakerik  olan  bu  hal  özünü 
Azərbaycanın cənub, şərq və şimal şivələrində də göstərməkdədir."
                                                                
          Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------
Bakı,Quba,Şamaxı:   qeyçi-qayçı, qeymağ-qaymaq, qeyiş-qayış, qeynata-qaynata, 
qeynana-qaynana, qeytan-qaytan, qeynəmək-qaynamaq, qeysi-qaysı və s.
Qaz-Zaqatala: yey-yay, yeyma-yayma,yeş-yaş, yeşil-yaşıl, yez-yaz və s.
Ağsu: eyax-ayaq.
----------------------------------------------------------------------------------------------------
           Diktor yazılanları bircə-bircə oxuyur.
                                                                 
             
Ekranda yenidən Elbrus Əziziov görünür və sözünə davam edir:
             
"Eyni hala Anadolu şivələrində də rast gəlinir.Bundan başqa Azərbaycanın 
ayrı-ayrı şivələrində uyğur dili üçün xarakterik olan "a-ə", "a-o", "o-a", "e-ə", "e-
ö", "d-ç", "k-ç" və sairə əvəzlənmələr də müşahidə edilməkdədir."
                                                                  
           Ekranda Uyğurustanın paytaxtı Urumçi şəhərindən və uyğurların həyatından 
görüntülərin əks olunduğu kadrlar göstərilir.
           Diktor:
           "Uyğur  türkləri  hazırda  əsasən  Çinin  Sintzyan-Uyğur  Muxtar  Vilayətində, 
qismən  də  Qazaxıstan  və  Özbəkistanda  yaşayırlar.Rəsmi  statistikaya görə,sayları 
15  milyon  civarındadır.Qeyri-rəsmi  məlumatlara  əsasən  isə,  sayları  30  milyonla 
100 milyon arasında göstərilir.Uyğurlaın tarixdə qurduqları ilk dövlətin Vlll əsrdə 
qurulan  Onuyğur-Doqquzoğuz  xaqanlığı  olduğu  hesab  edilir.Bu  dövlətin  ərazisi 
Monqolustan,  Sibir  və  İndiki  Uyğurustan  ərazilərini  əhatə  etmişdir.Dövltin 
qurulmasında doqquzoğuzlarla onuyğurlar fəal rol oynamışlar.On uyğur soyunun 
birləşməsi ilə ortaya çıxan onuyğurların adına Orxon-Yenisey abidələrində sıx-sıx 
rast gəlinməkdədir."
                                                              
            
Ekranda Moyonçur abidəsi görünür.Onun fonunda yazılır:
----------------------------------------------------------------------------------------------------


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə