Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə80/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   76   77   78   79   80   81   82   83   ...   100

176
            "Çox  təssüflər  olsun  ki,  Musa  Kağankatlının  "Alban  tarixi"  kitabı 
dövrümüzədək  orijinalda  yox,  erməni  dilinə  tərcümədə  gəlib  çıxmışdır.Bu  kitab 
haqqında  bizdə  olan  təsəvvür  emənidilli  mətnin  rus  dilinə  ermənilər  tərəfindən 
edilən tərcüməsinə,eləcə də rus dilindən Azərbaycan dilinə Ziya Bünyadovun etdiyi 
tərcüməyə  əsaslanır.Ermənilər  kitabı  rus  dilinə  çevirərkən  bilərəkdən  bir  necə 
ciddi təhrifə yol vermişlər.onlardan 3-ü üzərində xüsusi durmağımıza ehtiyac var."
                                                               
            Ekranda yazılır:
            "  1.Mesrop  Maştots  ermənilərə  əlifba  düzəltdikdən  sonra  Albanyada 
qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr yaradır.Tərcümədə isə qarqar 
dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir.
                 2.Bu  məsələdə  kömək  üçün  Zəngəzurdan  tarkman,yəni  türkmən 
Bünyamin dəvət olunur.Tərcümədə "tarkman", yəni "türkmən" ifadəsi "tərcüməçi " 
ifadəsi ilə əvəz edilmişdir.
                 3.Qarqarların  dili  "akxazur  dili",  yəni  ağ  xəzər  dili  adlandırılır. 
Tərcümədə "akxazur dili", yəni "ağ xəzər dili" ifadəsi əvəzinə "son dərəcə uyumsuz 
bit dil" ifadəsi işlədilmişdir."
             Diktor ekranda yazılanları oxumaqla sözünə davam edir və əlavə edir:
             "Bu saxtakarlığın üstünü erməni dilini təmiz bilən vətənsevər Azərbaycan 
dilçisi Firidun Ağasıoğlu açmışdır."
                                                                                                                           
              Ekranda yenidən Musa Kağankatlının sözügedən kitabı görüntülənir.
              Diktor:
              "Deməli,Musa  Kağankatlının  sözündən  belə  çıxır  ki,  Maştots  artıq 
ermənilər  üçün  yaratmış  olduğu  əlifbanı  bir  qıpçaq  xalqı  olan  qarqar-ağ 
xəzərlərin dilinə uyğunlaşdırır.Bunun üçünsə erməni dilində olmayan bəzi qıpçaq 
səsləri üçün ayrıca işarələr yaradır.Bu işdə ona türkmən Bünyamin kömək edir.
              Bu isə odeməkdir ki,  "Alban yazılı ədəbiyyatı" adlandıra biləcəyimiz şey 
qıpçaq dilində və erməni əlifbasından sadəcə bir neçə işarə ilə fərqlənən əlifa ilə 
yazılmış  mətnlər  olmalıdır.  Xoşbəxtlikdən  bu  mətnlər  günümüzədək  qorunub 
saxlanmışdır.  Fəqət  bu  yazılı  mətnlərin  Alban  ədəbiyyatının  nümunələri  olduğu 
heç  kəsin ağlına  gəlməmiş,  onlar elmi ədəbiyyata  "erməni qıpmacası"adı  altında 
daxil edilmişdir."
                                                             
              Ekranda  görkəmli  Azərbaycan  türkoloqu  mərhum  Fərhad  Zeynalovun 
şəkli görünür.
               Diktor:
              "Bu  mətnlər  barədə  Azərbaycan  elmi  ictimaiyyətinə  ilk  dəfə  görkəmli 
Azərbaycan türkoloqu mərhum Fərhad Zeynalov məlumat vermişdir."
                                                              
              Ekranda yazılır:


177
              "Xalis qıpçaq abidələri azdır.Qərbi qıpçaq tayfalarının dilini əks etdirən 
"Kodeks-Kumanikus",  Məmlük  qıpçaqcasını  əks  etdirən  ərəbcə-qıpçaqca  lüğətlər 
və eləcə də erməni qıpçaqcasına aid abidələr bir növ istisnalıq təşkil edir...
              Xalis  qıpçaq  xüsusiyyətləri  daşıyan  abidələrdən  bir  qismi  də  erməni 
qıpçaqcası  kimi  tanınan  abidələrdir.  Bu  abidələrin  əksəriyyəti  Ukraynada,  Kiyev 
Universitetinin kitabxanasında mühafizə olunurdu. Onların böyük bir qismi 1944-
cü  ildə  alman-faşist  işqalçıları  tərəfindən  məhv  edilib.  İndi  isə  cəmi  28  erməni 
qıpçaqcası ilə yazılmış abidə qeydə alınıb."
                                                            
            Ekranda yenidən mərhum türkoloqun şəkli görünür.
             Diktor: 
             "Yeri gəlmişkən qeyd edək ki, mərhum türkoloq ana dilimizin oğuz mənşəli 
olması,  lakin  qıpçaq  təsirinin  də  açıqaydın  şəkildə  sezilməsi  barədə  də  maraqlı 
fikirlər söyləmişdir."
                                                              
             Ekranda yazılır:
             "Bugünkü  müasir  dilimizin  spesifik  fonetik,  leksik  və  qrammatik  xüsusiy-
yətləri, əlbəttə, onun xalis oğuz mənşəli olmasını sübut edir.Lakin unutmaq olmaz 
ki, Azərbaycan dili təkcə oğuz dilləri qrupu əsasında formalaşmayıb və formalaşa 
da  bilməzdi.  Hələ  bu  gün  də  dilimizdə  qıpçaq  və  qismən  də  karluq-uyğur  qrupu 
dillərinin ünsürləri də qalmaqdadır."
                                                               
            Ekranda alban yazılı mətnləri (erməni qıpçaqcası) görünür.
            Diktor mətni:
            "Musa  Kağankatlını  sözündən  belə  çıxır  ki,  qarqarların    daha  bir  adı 
olmuş-dur-ağ xəzərlər.Xəzərlərə xüsusi kitab həsr etmiş rus alimləri Artomonov və 
Pletneva, eləcə də əsərlərində xəzərlərə geniş yer ayırmış Lev Qumilyov xəzərlərin 
ağ  xəzərlər  və  qara  xəzərlər  deyə  iki  əsas  yerə  bölündüyünü  qeyd  etmişlər.Lev 
Qumilyov isə "erməni qıpçaqcası"nın xəzərlərə aid olduğunu göz önündə tutaraq 
hətta  "erməni  xəzərləri"  kimi  qeyri-elmi  bir  ifadə  işlətməkdən  də  çəkinməmişdir. 
Əlbəttə  ki,  bu  halda  söhbət  Albaniya  xəzərlərindən-ağ  xəzərlərdən,  yəni 
qarqarlardan söhbət getməlidir."
                                                              
            Ekranda Firidun Ağasıoğlu peyda olur və xəzərlərin Azərbaycanla bağlılığı 
barədə geniş məlumat verir.Eləcə də Koroğlunun türkmən variantında Koroğlunun 
Azərbaycanı, yəni öz vətənini "Xəzərbaycan" adlandırması faktı barədə söz açır.
                                                              
            Ekranda  "Dədə  Qorqud"  filmindən  Qıpçaq  Məliyin  kef  məclisini  əks 
etdirən kadrlar nümayiş etdirilir.
            Diktor:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə