Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə78/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   74   75   76   77   78   79   80   81   ...   100

171
           Ekranda  Çokan  Bəlixanovuv  seçilmiş  əsərlərinin  toplandığı  4  cildlik 
kitabının  (  Валиханов  Ч.Ч.  "Сочинения",  тт  1-4)  bütün  cildləri  yanaşı  nümayiş 
etdirilir.
           Diktor:
           "Alban-türk  xalqının  qazax  türklərinin  etnogenezində  yaxından  iştirak 
etdiyini  sübut  edən  məlumatları  görkəmli  qazax  maarifçisi  Çokan  Vəlixanovun 
"Seçilmiş əsərləri"nin 4-cü cildinin 326-cı səhifəsində,..."
                                                              
           Ekrandakı kitabları "Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası" elmi 
məcmuəsinin ( Труды Киргизской археологической и  этнографической экспе-
диции ) 1960-cı il, 4-cü buraxılışı əvəz edir.Diktor sözünə qaldığı yerdən davam 
edir:
           "...qırğızların  etnogenezində  oynadıqları  rol  barədə  məlumatları  isə 
Abromzonun "Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası" məcmuəsinin 1960 
cı il, 4-cü buraxılışında dərc edilmiş "Qırğızların etnik tərkibi..." adlı məqaləsində 
tapmaq olar." 
                                                             
           Ekranda Karmışevanın "Tacikistanın özbək-lokay xalqı"( Кармышева В.Х. 
"Узбеки-локайцы Таджикистана",Москва,1954) kitabı görünür.
           Diktor:
           "Karmışevanın  "Tacikistanın  özbək-lokay  xalqı"  kitabının  16-cı  səhifəsin-
dəki 2-ci cədvəlidə isə albanların özbək türklərinin etnogenezində oynadığı rol ba-
rədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır." 
                                                             
           Ekranda  Jdankonun  "Qaraqalpaqların  tarixi  etnoqrafiyası  barədə  oçerklər" 
(Жданко  Т.А.  "Очерки  исторической  этнографии  каракалпаков",Москва, 
1950) kitabı görüntülənir.
           Diktor:
           "Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının 
41-ci  səhifəsində  albanların  qaraqalpaq  türklərinin  də  etnogenezində  iştirak 
etdiyini bildirir."
                                                              
           Ekranda karvan görünür və Soltan Hacıbəyovun "Karvan" əsərinin sədaları 
eçidilir.Daha sonra Musa Kağankatlının "Alban tarixi" kitabı görünür.Kitab açılır 
və səhifələr bir-birini əvəz edir.
           Diktor mətni:
           "Musa  Kağankatlı  özünün  "Alban  tarixi"  kitabında  Yafəs  soyundan  olan 
Albaniya hökmdarı Aranın adını çəkərək bildirir ki, albanlar,utilər və qarqarlar bu 
hökmdarın  nəslindəndirlər.Bu  məlumatı  əldə  əsas  tutan  və  utiləri  qafqazdilli 


172
udinlərlə  eyniləşdirən  bəzi  mütəxəssislər  utilərlə  birlikdə  albanları  və  qarqarları 
da  qafqazdilli  xalq  hesab  etmişlər.Halbuki,  utilər  və  udinlər  ayrı-ayrı  xalqlar 
olmuş  və  Albaniyanın  öz  adları  ilə  adlanan  iki  fərqli  bölgəsində  yaşamışlar.Bu 
bölgələrdən biri Bərdə ətrafında yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə Şəki 
ətrafında idi və Udin vilayəti adlanırdı."
                                                            
          Ekranda yazılır:
          "Müqəddəs  Ruhun  mərhəməti  ilə  üç  xalqa,yəni  ermənilərə,albanlara  və 
gürcülərə əlifba düzəldən ...şəxs sonralar Qüds şəhərinə ziyarətə gedir...Qüdsdən 
qayıdanda  Erməniyyəni  keçir  və  Şərq  ölkəsinin  Uti  vilayətinə  gəlir...O, 
xaçpərəstliyi  burada  yenidən  canlandırıb,  möhkəmləndirir  və  Udin  vilayətində
Albaniya,Lpiniya,Kaspiya,Çola 
keçidinə 
qədər 
uzanan 
torpaqlarda...                          
İncili təbliğ edir.
                                                                     Musa Kağankatlı"
          Diktor yazılanları oxuyur və deyir:
          "Gördüyümüz  kimi,  Uti  və  Udin  Şərq  ölkəsinin,  yəni  Albaniyanın  fərqli 
vilayətləri idilər və burada fərqli xalqlar yaşayırdı."
                                                            
         Ekranda  qədim  Albaniyanın  xəritəsi  çanlanır.Xəritədə  Bərdə  şəhəri  tərəfdə 
yazılıb: utilər.Şəki tərəfdə isə yazılıb: udinlər.
         Diktor:
         "Sovet  dövrü  elmi  ədəbiyyatında  bilərəkdən  və  ya  bilməyərəkdən  bir  çox 
hallarda  "udin"  əvəzinə  "uti",  "uti"  əvəzinə  isə  "udin"  yazılıb,  odur  ki,  düzgün 
nəticə  çıxarmaq  üçün  tədqiqatçıların  istinadlardan  əl  çəkməsi,  ilk  mənbələri 
müstəqim  şəkildə  incələməsi  vacibdir.Məsələn  Rusiya  arxivlərində  udinlərin  rus 
çarı  1-ci  Pyotra  yazdıqları  məktub  qorunmaqdadır.Udinlərin  müsəlmanlardan 
şikayət  etdikləri  və  rus  çarını  köməyə  çağırdıqları  bu  məktubda  udinlər  özlərini 
"biz-udin millətindən olan albanlar" adlandırsalar da, sovet elmi ədəbiyyatında bu 
ifadə  "biz-  uti  millətindən  olan  albanlar"  şəklində  təhrif  edilmiş  şəkildə  təqdim 
edilmişdir.Eyni zamanda Pliniy utiləri iskit, yəni türk xalqı adlandırır. Sovet elmi 
ədəbiyyatında  Pliniyə  məxsus  "iskit  xalqı  utilər"  ifadəsi  hər  yerdə  "iskit  xalqı 
udinlər" kimi təhrif edilmişdir. Bu yolla da utilərlə udinlərin guya eyni xalq oduğu 
təsəvvürü yaradılmağa çalışılmışdır."
                                                             
         Ekranda mixi yazılar peyda olur.
         "Türk-utilərin adına  hələ eradan  əvvəl  3-cü  minilliyə  aid şumer-akkad  mixi 
yazılarında Aratta sakinləri kimi rast gəlinir.Mixi yazılar onları "kuti" adı aldında 
yad  edir.Mixi  yazılarda  onların  adı  eradan  əvvəl  1-ci  minilliyn  ortalarına  qədər 
yad edilməkdə davam edir."


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə