Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə76/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   72   73   74   75   76   77   78   79   ...   100

167
               "Qazax xalqının etnogenezində iştirak etmiş Azərbaycan mənşəli, türkdil-
li  soylardan  biri  də  sarmatlar  olmuşlar.Musa  Kağankatlının  yazdığına  görə, 
sarmat-ların soy babası Yafəsin başqa bir oğlu olan Askenazdır.
           Antik müəlliflərin fikrincə, sarmatlar iskitlərlə, yəni türklərlə amazonkaların 
izdivacından törəmişlər və iskit dilində,yəni türkcə danışırdılar..."
                                                             
          Ekranda Kalmıkiya Respublikası,Rostov,Stavropol,Həştərxan vilayətlərinin, 
Xəzər dənizinin və Qazaxıstanın şimal-şərq bölgəsinin bir arada bulunduğu xəritə 
görünür.
          Diktor sözünə davam edir:
          "Bu müəlliflərin  yazdığına görə,sarmatlar  Qara dəniz  iskitlərindən və  Don 
çayından  şərqdə  məskun  idilər.Eyni  mənbələrin  təhlilindən  belə  aydın  olur  ki, 
onların  torpaqları  bugünkü  Rusiyanın  Kalmıkiya,Həştərxan,Stavropol  və  Rostov 
bölgələrini əhatə edirdi.
          Antik müəlliflərin bəziləri sarmatları "savromat" da adlandırmışlar..."
                                                              
          Ekranda at ilxısını sürən atlı tüklər görünür.
          Diktor mətni:
          "...Məsələn,Herodot "savromat" yazdığı halda, eradan əvvəl 4-cü əsrdə ya-
şamış Skilak Karianidli "sarmat" ifadəsini işlətmiş,Ovidiy Nazon isə hər iki addan 
istifadə  etmişdir.Pliniy  isə  yunanların  sarmatları  "savromat"  adlandırdıqlarını 
bildirmişdir."
                                                               
          Ekranda qədim Midiyanın xəritəsi canlanır.
          Diktor mətni:
          "Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə,sarmatlar Midiyadan,yəni 
Cənubi  Azərbaycandan  iskitlər  tərəfindən  köçə  zorlanmışlar.Elə  bu  səbəbdən  də 
bəzi  antik  müəlliflər  sarmatları  midiyalılarla,  yəni  madaylarla  eyniləşdirmişlər. 
Məsələn,Pliniy  və  Yuliy  Solin  sarmatları  midiyalıların  törəmələri  hesab  etmişlər. 
Pliniy  türkləri  sarmatların  bir  qolu  saymış,Pomponiy  Mela  isə  türklərlə 
sarmatların  qonşu  olduqlarını  yazmışdır.Eradan  əvvəl  2-ci  əsr  müəllifi  Dionisiy 
Pereqet  isə  sarmatları  hunlarla  eyniləşdirmişdir.Fakt  isə  budur  ki,qazax 
soylarından  biri  də  sar-  matlardır  və  onlar  qazaxların  içərisində  "şermat"  və 
"sarmat teleu" adları ilə məşhur idilər"
                                                                
           Ekranda  Avropanın  Atlantik  okeandan  Ural  dağlarına  və  Xəzər  dənizinə 
qədər olan xəritəsi görünür.Bu xəritədə sarmat torpaqları açıq qırmızı rəngdədir və 
üzərində  "Sarmatiya"  sözü  yazılmışdır.Sarmatiyadan  üç  istiqamətə  eyni rəngli  üç 
ox  ayrılır.Bu  oxlardan  biri  qazaxıstan  ərazisinə,  digəri  İspaniyaya,  başqa  biri  isə 
Britaniya  adasına  doqru  uzanır.Xəritədə  Qazaxıstan,İspaniya  və  Böyük 
Britaniyanın adları yazılıb.


168
          Diktor:
          "Azərbaycandan  iskitlər  tərəfindən  köçə  zorlanan  və  Şimali  Qafqaz 
ərazisində məskunlaşan sarmatlat hunlar tərəfindən darmadağın edildikdən sonra 
üç istiqamətə yayılmışlar.Bunların bir hissəsi Qazaxıstan ərazisinə köçərək qazax 
xalqnın  etnogenezində  yaxından  iştirak  emiş,  ikinci  bir  hissəsi  İspaniyaya 
mühacirət  edərək  uzun  müddət  bu  ərazidə  hökm  sürmüşlər.Ücüncü  qrup  isə 
Britaniya  istiqamətinə  yürüş  edərək  orada  Britaniya  dövlətçiliyinin  əsasını 
qoymuşdular."   
                                                               
           Ekranda  ingilislərin  ilk  əfsanəvi  kralı  ser  Artur  və  onun  Kamelot  dövləti 
barədə  çəkilmiş  çoxsaylı  bədii  və  elmi-kütləvi  filmlərdən  hər  hansı  birindən 
kadrlar, ardınca isə ser Arturun dəfn edildiyi hesab edilən böyük kurqan nümayiş 
etdirilir.   
           Diktor:
           "İngilis mənbələrinə görə, Britaniyanın ilk əfsanəvi kralı, əfsanəvi Kamelot 
şəhər-dövlətinin və kral sülaləsinin əsasını qoyan ser Artur sarmat idi.O öldükdən 
sonra  əsl  türk  kimi  dəfn  edilmiş  və  məzarının  üzərində  böyük  bir  kurqan 
ucaldılmışdı.Həmin kurqan Britaniyada bu günə qədər durmaqdadır.
            Şimali  Qafqaz  ərazisindən  üzə  çıxarılan  sarmat  qəbirlərindən  üzərində 
müxtəlif türk tamğaları cızılmış çox sayda əşya tapılmışdır.
                                                               
           Ekranda  yenidən  Astana  şəhərindən  və  qazaxların  həyatından  bəhs  edən 
kadrlar görüntülənir.Ardınca isə Qafqaz Albaniyasının xəritəsi görünür.
           Diktor:
           "Azərbaycanda  yaşayan  və  sonradan  qazaxların,qırğızların,özbəklərin, 
eləcə də  qaraqalpaqların  etnogenezində  yaxından iştirak  etmiş  soylardan  biri  də 
albanlardır.  Yafəsin  soylarından  biri  olan  albanların  adı  yazılı  mənbələrdə 
miladdan  sonrakı  mənbələrdə  qeyd  edilsə  də,onlar  eradan  əvvəl  4-cü  əsrdə  baş 
vermiş olaylarla əlaqədar yad edilirlər."
                                                              
           Ekranda  qədim  Albaniyanın  xristian  kilsələri  və  digər  memarlıq  abidələri 
görüntülənir.
           Diktor:
           "Qazaxlardan  öncə  Azərbaycan  türklərinin  və  enogenezində  iştirak  etmiş 
albanlar əsasən,Azəbaycanın Araz çayından şimaldakı ərazilərində və Dağıstanda 
məskun 
olmuş 
və 
bu 
ərazilərdə 
yaşayan 
digər 
türk 
soylarını-
qarqarları,utiləri,massagetləri,dondarları  və  sairə,  eləcə  də  bir  sıra  qafqazdilli 
tayfa-ları-  udinləri,  çilbləri,qatları,leqləri,  ubıxları  və  sairə  öz  ərafında 
birləşdirərək  tarixi  mənbələrdə  "Albaniya"  adı  altında  yad  edilən  dövlət 
qurmuşlar."


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə