Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə73/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   69   70   71   72   73   74   75   76   ...   100

161
             "Мюнхенский  востоковед-любитель  Франц  Бабингер,работая  в 
семей-ном архиве князей и  графов Фуггеров в Аугсбурге,наткнулся на некие 
старинные  тексты,которые  относились  к  событиям  1553-1555  годов.Эти 
тексты  былт  срисованы  со  стены  одного  здания,  служившего,  видимо 
конюшней, и никто никогда не придовал им значения,принимая их за экзоти-
ческую  картинку  из  Стамбула,  либо  за  затейлтвый  орнамерт. 
Словом,ерунда, случайно оказавшаяся среди деловых бумаг.
              Но  Франц  Бабингер  не  называл  бы  себя  востоковедом,не  читай  он 
книг  профессора  Томсена  и  не  узнай  в  найденном  тексте  древнетюркские 
руническое  письмо!  Он  отправил  фотокопии  Вилгельму  Томсену  в 
Копенгаген.Но  и  тот  был  поставлен  в  тупик.Присланные  руны  при  их 
сходстве  с  древнетюркскими  все  таки    отличались.Лишь  специальное 
исследование  все  расставило  по  местам  :  перед  учеными  предстал 
европейский диалект тюркского языка."
               Diktor mətni sinxron tərcümə edir:
               "Münhendən  olan  həvəskar  şərqşünas  Frans  Babinger  Ausburqda 
Fuqqerlərə  mənsub  knyaz  və  qrafların  arxivində  işlərkən  1553-1555-ci  illərin 
hadisələrindən bəhs edən qədim mətnlərə rast gəldi.Bu mətnlər əvvəllər,çox güman 
ki,tövlə olmuş bir binanın divarlarından kopiyalanmışdı və heç kəs onlara heç bir 
əhəmiyyət  vermirdi.Lakin  Babinger  Tomsenin  əsərləri  ilə  tanış  olduğundan  bu 
mətnin  hərflərinin  qədim  türk  əlifbasının  hərflərini  xatırlatdığını  dərhal  sezdi  və 
onları  Kopenhagenə-Vilhelm  Tomsenə  göndərdi.Mətnləri  alan  Tomsen  çətin 
vəziyyətə  düşdü.Yazının  hərfləri  türk  hərflərini  xatırlatsa  da,  onlardan  bir  qədər 
fərqlənirdi.Yalnız xüsusi tədqiqatlardan sonra hər şey aydın oldu: Alimlərin önünə 
türk dilinin Avropa dialekti çıxmışdı."
                                                            
           Ekranda Avropa türk əlifbası görüntülənir.
           Diktor mətni:  
           "Alimlər çaş-baş qalmışdılar.Bu yazı Avropada nə gəzir?
           Tapılan  mətn  macar  salnamələrindən  məlum  olan  bir  hadisədən  söhbət 
açdığı üçün onun Avropa mənşəliliyinə heç bir şübhə yox idi.Mətnin dilini Tomsen 
"qədim  macar  dili"  adlandırdı.Sonralar  məlum  oldu  ki,  bu  sekellərin  dilidir. 
Sekellər artıq çoxdan macarlaşmış olsalar da və türk dilini unutsalar da özlərinin 
türk mənşəliliyini unutmamışdılar.Məlumat üçün bildirək ki, sekellər haqqında ilk 
yazılı məlumat eradan əvvəl  5-ci əsrə aiddir və Herodotun qələminə məxsusdur. 
Herodot bu xalqdan "skolot" adı ilə bəhs etmiş, onu iskit,yəni tük xalqı adlandır-
mışdır.Ərəb  müəllifləri isə  bu  türk  xalqının  adını  "eskil" və  "eşkil"  kimi çəkir  və 
onların bulqar türklərinin bir qolu olduğunu qeyd edirlər."
                                                                                          
              Ekranda hərəkət edən karvanın günəşin fonunda silueti görünür.Bu süjeti 
Soltan Hacıbəyovun "Karvan" simfonik suitası müşayiət edyr.


162
              Ekranda "Qlozel daşları" və onların üzərindəki maral təsvirləri və yazıları
görüntülənir.
              Diktor mətni:
              "16-cı əsrə və türk-sekellərə aid olan türkcə yazılar əldə olan ən son yazı-
lar olsa da, İtaliya və Avstriyadan tapılan və ən əskiləri eradan əvvəl  7-ci əsrə aid 
edilən etrusk yazıları isə Avropanın heç də ən qədim türk yazıları deyil.
              Avropa ərazisindən üzə çıxan və tükcə olduğu təsbit edilən ən qədim yazı 
nümunələri Fransanın Vichy adlı məntəqəsindən tapılmışdır və onların yaşı nə az-
nə çox, düz 4 min 5 yüz ildir və bu yazılar elmə məlum ən qədim fonetik əlifba ilə 
yazılmışdır."
                                                              
              Ekranda  filoloq  alim  Elməddin  Əlibəyzadə  peyda  olur.Alt  tərəfdə  onun 
adı,soy adı və elmi dərəcəsi yazılr.O deyir:
              "1924-  cü  ildə  Fransanın  Vichy  bölgəsində  bir  ərazi,mülk  sahibi  3  min 
parçadan  ibarət  olan  kitabələr  aşkar  etmişdir."Qlozel"  muzeyində  saxlanılan  bu 
kitabələrin oxunması problem olaraq qalırdı.Miladdan öncə 2500-ci ilə aid edilən 
bu kitabələr.Türkiyə alimləri Xaluq Tarcan və Kazım Mirşan tərəfindən oxunaraq 
əlifbanın "öntürkcə" olduğu təsdiq edildi.Sarbon Universitetində keçirilən "Əlifba 
yazının başlanğıcı və Qlozel kitabələri" adlı konfransda kitabədəki hərflərlə bağlı 
illər boyu davam edən mübahisələrə son qoyuldu.Kitabələrdəki hərflərin qarşılıqlı 
müqayisəsi, arlarındakı qabarıq bənzərliyin sübutu salondakı müxtəlif millətlərdən 
olan  elm  adamlarını  inandırdı,verilən  izahat,gətirilən  dəlil  və  sübutlar  böyük 
alqışa səbəb oldu.
            Kazım  Mirşan  kitabələrdəki  hərflərin  "öntürk"  hərfləri  olduğunu 
aydınlaşdıraraq  dedi:"Kitabələrdəki  əlifba  etrusk  əlifbasına  çox  yaxındır.Etrusk 
əlifbası daha gec çağlara aid olan latın əlifbasını doğurmuşdur.Etruskca ilə heç 
bir bağlılığı olmayan yunan əlifbasının da öntüklərə əsaslandığını bilirik.Finikiya 
və    kiril  əlifbaları  da  xüsusi  bir  istisna  təşkil  emir,  bunun  bir  çox  nümunələrini 
verən çoxlu kitabələr mövcuddur."
                                                               
             Ekranda  Oxon-Yenisey  və  "Qlozel"  əlifbalarının  müqayisəli  sxemi 
görüntülənir. Alim sözünə kadr arxasından davam edir:
            "Türkiyənin  "Hürriyyət"  qəzetində  həmin  kitabələrdən  nümunələr  verilib. 
Qəzetdə qədim türk-"Orxon-Yenisey"lə "Qiozel" əlifbalarının müqayisəli sxemi də 
var."
                                                                
             Ekranda yenidən görünən Elməddin Əlibəyzadə sözünə davam edir: 
             "Bu alqışa layiq kəşf,açıqlamalar və elmi fikir məlum Orxon-Yenisey əlif-
basının miladdan sonrakı dövrün məhsulu deyil, məh zçox-çox qədimlərin məhsulu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə