|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
154
istiqamətində hərəkət etdiyi kimi, digər bir qismi də Avropaya-Skandinaviya və
İslandiya tərəflərə köçmüdür."
Ekranda dilçi alim Firidun Ağasıoğlu peyda olur.Ekranın alt tərəfində onun
adı,soy adı və elmi dərəcəsi yazılır:
"Qədim Azərbaycanda formalaşan az boyları Kür-Araz mədəniyyətindən
sonrakı çağlarda qəribə tale yaşamışlar.Onların bir qismi Azərbaycan-Kiçik
Asiya-Avropa xəti üzrə İslandiyaya qədər gedib çıxmış,digər qismi Quzey Qafqaz
və Türküstana köç etmişdir.
Azərbaycan türkləri ilə yanaşı,özbək,altay,qaraqlpaq,noqay və sairə türk
xalqlarının da etnogenezində yaxından iştirak emiş azların adına Orxon-Yenisey
abidələrində "az budun", yəni az xalqı və ya "az əri",yəni az kişisi şəklində rast
gəlinir.Kuban epiqrafiyasında isə belə bir cümlə vardır: Eren az ayrıltım,yəni az
ərənlərindən,igidlərindən ayrıldı.
Müxtəlif türk xalqlarının boy-soy,yəni tayfa-nəsil bölgüsü kimi diqqəti çəkən
və tərkibində az komponentini yaşadan etnonimlər böyük maraq doğurur. Məsələn,
başkord-katay boyundakı as,assı soyları,balkarların osetinlər ərəfindən as
adlandı-rılması,Vamberinin özbəklərin 32 əsas boyu sırasında asları qeyd etməsi
və sairə.
Urartu mixi yazılarında qərbi Azərbaycanın bir hissəsi Aza kimi qeyd
edilmişdir və tədqiqatçılar bu adı enotoponim hesab edirlər.Strabon isə eyni
ərazidən Azar adı altında bəhs edir."
Ekranda Snorri Sturlusonun "Kiçik Edda" kitabı göüntülənir.Alim kadr arxa-
sından sözünə davam edir:
"İslandiyaya qədər gedib çıxan az boyları haqqında da maraqlı tarixi
məlumatlar vardır. 13-cü əsrdə yaşamış İslandiya tarixçisi Snorri Sturlusonun
1222-1225-ci illər arasında qədim saqalara istinadən yazdığı "Kiçik Edda" adlı
kitabda göstərir ki, alar Troya ölkəsindən çıxıb Avropanın quzeyindəki Saks
ölkəsinə gəlib çıxır,sonra yerli əhali ilə qaynayıb qarışan azlar çoxalaraq daha
quzey bölgələrə,indiki İsveç və Norveç əazilərinə yayılırlar.Buradan isə İslandiya-
ya üz tuturlar.Həmin kitabda azların etnik mənsubiyyəti barədə çox maraqlı
məlumatlar vardır."
Ekranda yazılır:
"Troya türk ölkəsidir (səh.10).
Türklərin ölkəsini tərk edib...(səh.11)... Avopaya gələn azlar buraya türk
adət-ənənələrini gətirdilər və burada türklərin vərdiş etdikləi qanunlar tətbiq
edildi (səh.12).
Diktor səhifə nömrələrini oxumadan yazılanları təkrar edir.
155
Ekranda "Vikinqlər" filmindən kadrlar nümayiş edirilir.
Diktor:
"Qədim Skandinav dastanlarında azlar ilahiləşdirilmlş və tanrılar
səviyyəsinə qaldırılmışdır.Azların başçısı, şimal germanlarının dövlətçiliyinin və
ilk kral sülaləsinin əsasını qoymuş Azir Odin isə baş tanrı hesab edilmişdir."
Ekranda məşhur Norveç səyyahı və alimi Tur Heyerdalın şəkli görünür.
Diktor:
"Məşhur Norveç alimi və səyyshı Tur Heyerdalın bildirdiyinə görə,Skandinav
saqalarında, yəni rəvayətlərində Azir Odinin mənşəyi barədə çox maraqlı bir
məlumat var.Belə məlum olur ki, bu şəxs Qara dənizdən şərqdə,Qafqaz
dağlarından cənubda yerləşən Azər ölkəsindən gəlmişdir."
Ekranda Orxon-Yenisey yazıları görünür.
Diktor mətni:
"Qədim Azərbaycanın Orxon-Yenisey abidələrində adına rast gəldiyimiz di-
gər bir boyu da sonrakı əsrlərdə adını bütün türk xalqlarına verən türklərdir.
Adlarına ilk dəfə eradan əvvəl 2-ci minilliyə aid akkad və aşşur mixi yazılarında
"turukku" kimi və eradan əvvəl 1-ci minilliyə aid Urartu mənbələrində "truxi" kimi
rast gəlinən və haqlarında Azərbaycan ərazisinin sakinləri kimi söz açılan bu xalq
6-8 ci əsrlərdə böyük xaqanlıq qurmuş və bu xaqanlığın mərkəzi indiki
Monqolustan ərazisi olmuşdur."
Ekranda yazılır:
" TANRI TƏK GÖYLƏRDƏ DÖĞULMUŞ TÜRK MÜDRİK XAQANI BU
VAXT TAXTA OTURDUM (KÜL TƏKİN ABİDƏSİ, CƏNUB TƏRƏF,1-Cİ
SƏTİR);
TÜRK XAQANI ÖTÜGEN ORMANINDA OTURSA, ELDƏ KƏDƏR
YOXDUR ( EYNİ ABİDƏ,EYNİ TƏRƏF,3-CÜ SƏTİR);
TÜRK BƏYLƏRİ,XALQI,EŞİDİN! TÜRK XALQININ DİRÇƏLİB EL
TUTACAĞINI BURADA HƏKK ETDİM (EYNİ ABİDƏ,EYNİ TƏRƏF,10-CU
SƏTİR)."
Diktor ekranda yazılanları oxuyaraq təkrarlayır.
Ekranda Orxon-Yenisey abidələri görüntülənir.
Diktor mətni:
156
"Qədim Çin mənbələrində Orxon-Yenisey abidələrini yaratmış türk xalqının
mənşəyi barədə türklərin öz dilindən bəzi əfsanələr qeydə alınmışdır və onların
hamısı bir ağızdan bu xalqın Qərbdən-Xəzər dənizinin qərb sahillərindən gəldiklə-
rini bildirməkdədir."
Ekranda tanınmış cərrah və türkoloq Cavad Heyət görünür.Ekranın alt
tərəfində onu tanıdan qısa məlumat yazılır.O deyir:
" Böyük Türk Xaqanlığının əsasını qoyan göytüklərin mənşəyi ilə bağlı
qədim Çin mənbələrində iki rəvayət qeydə alınmışdır.Birinci rəvayətdə deyilir ki.
hunlarla eyni soydan olan göytürklər hun yurdunun şimalındakı Su ölkəsindən
çıxmışlar.Başbuğlarının,yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı
vardı.Bunlardan birinin anası boz qurd idi. Bu gənc yellərə və yağışlara hökm
edərdi.
Göytüklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, Bu fəla-
kətdən yalnız bu gənc qurtuldu.Bu gəncin iki arvadı vardı.Biri yaz tanrısının,digəri
qış tanrısının qızı idi.Onun bu arvadlardan iki oğlu oldu və xalq böyük oğlu özünə
xaqan seçdi.O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu arvadlardan türk xalğı
törədi.
İikinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dənizinin,yəni Xəzər
dənizinin qərb sahillərində yaşayırdı.Bunun xalqı hunların bir bölümü idi və Asina
adlanırdı.Bu xalq qonşu xalqlardan biri tərəfindən məhv edilir.Bunlardan yalnız
bir oğlan uşağısağ qalır.Bir dişi qurd həmin uşağı tapıb ona qulluq edir,onu
böyüdür və onunla evlənir.Oğlandan hamilə qalan qurd onu götürüb dənizin şərq
tərəfinə keçirir və Altaya aparır.Orada dişi qurd 10 oğul doğur. Bu oğullardan
türk xalqı törəyir."
Ekranda Böyük Türk Xaqanlığının xəritəsi göstərilir.Sonra həmin xəritənin
Xəzər dənizinə bitişik hissəsi böyüdülmüş şəkildə nümayiş etdirilir.
Diktor mətni:
"Çin mənbələrində türk xalqının mənşəyi ilə bağlı qeydə alınmış bu iki
rəvayətdə dörd məqam diqqəti cəlb edir. 1-ci məqam türklərin ulu babalarının
Xəzərin şərqində, yəni Azərbaycanda yaşamış olması faktıdır ki, bu faktı eradan
əvvəl 2-ci minilliyə aid akkad və aşşur mənbələri, eləcə də eradan əvvəl 1-ci
minilliyə aid Urartu mənbələri təsdiqləyir.
Diqqəti çəkən ikinci önəmli məqam türklərin 10 qardaşdan törəmiş olması
faktıdır ki, bu məlumat da Xəzər xaqanı İosifin yazdıqları ilə üst-üstə düşür.
Xatırladaq ki, İosifin sözlərinə görə, türklər Həzrət Nuhun nəvəsi Toqarmanın 10
oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağankatlının yazdığına görə,
Toqarma Azərbaycanın 4- cü şahı idi.
Üçüncü maraqlı və son dərəcə önəmli məqam tüklərin Su adlı bir ölkədən
çıxmış olması faktıdır. Mövzumuz baxımından bu fakt o qədər böyük əhəmiyyət
daşıyır ki, onun üzərində bir qədər ətraflı durmaq lazımdır.
Dostları ilə paylaş: |
|
|