Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə88/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   84   85   86   87   88   89   90   91   ...   100

194
      Qədim türkcə                           Yakut türkcəsində             Avestada
----------------------------------------------------------------------------------------------------
      Tenqri Menqu                           Tanqra Menqu                  Anqra Manyu
----------------------------------------------------------------------------------------------------
          Diktor:
                                                                
          "Qədim  türklər  sitayiş  etdikləri  tək  Tanrıya  çox  vaxt  "Tenqri  Menqu"  da 
deyirdilər. "Menqu" qədim türk dilində əbədi deməkdir. Odur ki, bu halda söhbət 
əbədi  olan  Tanrıdan  gedir.  Bəzi  türk  ləhcə  və  şivələrində,  o  cümlədən  yakut 
türkcəsində "Tenqri Menqu" ifadəsi "Tanqra Menqu" kimi səslənməkdədir.
          Qatı bir fars milliyətçisi olan və əsərindən də göründüyü kimi, türklərə dərin 
nifrət  bəsləyən  Zərdüşt  öz  saxta  dinində  Tanqra  Menqunu  "Anqra  Manyu"  adı 
altında iblis elan etmiş, ona qarşı Babil-Aşşur mifologiyasından götürdüyü Ahura 
Məzdanı,  yəni  Hörmüzü,  eləcə  də  Arti,  Anahid,  Mitra,  Vritraqan  və  sairə  fars 
tanrılarını  qoymuş,  Hörmüzü  və  fars  tanrılarını  xeyrin,işığın  rəmzi  kim  qələmə 
vermişdi.  Avestada  turanlılar,  yəni  türklər  şərin  və  qaranlığın  ,iranlılar,  yəni 
farslar  isə  xeyrin  və  işığın  əsgərləri  kimi  qələmə  verilir,  turanlıların  Anqra 
Manyuya sitayiş etdikləri qeyd edilir."
                                                               
          Ekranda yenidən "Odisseyin Məcaraları" filmindən Təpəgözlə bağlı səhnələr 
görüntülənir (səssiz).
          Diktor aralıqsız davam edir:  
          "Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu, yəni 
təpəgözü iblis elan etməsinin əsil səbəbi türk Tanrısını Zərdüştn ona biçdiyi iblis 
obrazından  xilas  etmək  idi.  Türk  Mani  bununla  da  yetinməmiş,  Tenqrini 
Hörmüzdən də, digər fars  tanrılarından da  yuxarı qaldırmış, ikinci yerə türk  mi-
fologiyasından götürdüyü Gün, Ay tanrılarını və Yer-Suyu yerləşdirmiş, Hörmüzü 
və onun beş tanrısını, yəni fars tanrılarını isə onlardan  aşağı tutmuşdur."
                                                              
           Ekranda aktyor peyda olur və oxuyur:
           "...Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların 
müqəddəs  adının,  ləyaqətli  ruhların,  Yer-Su  nurunun  əsası  Tanrı  məkanına 
gedəndə ilk qapı Gün, Ay tanrısının olacaqdır.Beş tanrını qurtarmaq, işığı-zülməi 
ayırmaq üçün işıq göydə dolanır."
            Ekranda Maninin şəkli görünür.
            Diktor:
            "Maninin  təliminə  görə,  beş  tanrı  Şimnu  ilə,  yəni  təpəgözlə  və  onun  beş 
şeytanı ilə döyüşdə yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, 
təmizlənməyə  ehtiyacları  var.Yalnız  bundan  sonra  onlar  Gün,Ay  qapılarından 
keçib  Tanrı  dərgahına  qalxa  bilərlər.Gördüyümüz  kimi,  maniçilikdə  Əhrimənin 


195
yerini  Şimnu  tutduğu  kimi,  Hörmüzün  də  yerini  işıq  tanrısı,  yəni  türk  Tenqrisi 
tutur.O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır."
                                                                 
           Ekranda  manixey  əlifbası  ilə  qələmə  alınmış  mətnlər  görüntülənir.Diktor 
sözünə ara vermədən davam edir:
           "Manixey  əlifbası  ilə,  türkcə  yazılmış  mətnlərin  heç  də  hamısı  sırf  uyğur 
türkcəsində deyildir. Bəzi mətnlər var ki, onların dili oğuz türkcəsinə daha yaxındır 
və oğuz türkcəsi ilə uyğur türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti 
əks etdirir.Şübhəsiz ki, onlar daha arxaikdirlər."
                                                                
            Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
               "Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!
                Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!
                Turunqlar,kamağ bəglər,kadaşlar,
                Tanq Tenqriq ögəlim!
                Körünüqmə Kün Tünqri,siz bizi küzədinq!
                Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..."
                                                                
            Aktyor şeri oxuduqca alt tərəfdə şerin çağdaş Azərbaycan dilində tərcüməsi 
yazılır:
              "Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi!
               Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi!
               Şəhərlər,bütün bəylər,qardaşlar,     
               Dan Tanrını öyəlim!
               Parlaq Gün Tanrı, siz bizə nəzər salın!
               Parlaq Ay Tanrı,siz bizi qurtarın!..."
                                                              
            Ekranda manixey əlifbası ilə yazılmış mətnlər görünür.
            Diktor:
            "Bu  şerin  dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tərxanın "Xuastu-
anift"inin  dilindən  daha  sadə  və  daha  anlaşıqlıdır  və  şübhəsiz  ki,  lll-V  əsrlərdə 
Azərbaycanda  qələmə  alınmışdır.  Fəqət  onun  Maninin  qələminə  mənsub  olub-
olmadığını tam qətiyyətlə söyləmək mümkün deyildir.Lakin əldə olan və dili bu şe-
rin dilindən fərqlənməyən daha bir şer var ki, onun Maninin qələminə məxsusluğu 
heç bir şübhə oyatmır."
                                                             
            Ekranda yenidən peyda olan aktyor əlindəki kitabdan oxuyur:
            "Tüzün bilgə kişilər, üriləlim,
              Tenqrinin bitiqin biz işidəlim.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə