Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə82/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   78   79   80   81   82   83   84   85   ...   100

181
             ""Dədəm  Qorqud"  kitabının  Vll  boyunda  etnogenez  baxımından  belə  bir 
tutarlı yazıya rast gəlirik: "Altı başı balqar bir ər gördüm.Ol ərə bağdum.Dayım 
Əmən imiş."
             Bu  parçanı  Ergin  və  Gökyay  "alnı  başı  balkır  bir  ər  gördüm"  kimi 
yamışlar.  Bartold  isə  rus  dilinə  "muja  s  blestyaşim  çelom  i  qolovoy"  kimi 
çevirmişdir.  Yalnız  Bakı  çaplarını    hazırlayan  Həmid  Araslı  parçanı  "balqar  bir 
ər"  oxumuş,  ancaq  bu  "balqarın"  kimliyi  və  nə  demək  olması  barədə  bir  söz 
söyləmədən keçinmişdir.
           Vll  boyda  "altı  başı  balqar  bir  ər"  dedikdə,  Azərbaycan  xalqının 
yaranmasında iştirak edən bulqarların adı bir eponim kimi çəkilir.
          Bu bulqarlar sonrakı Volqaboyu bulqarları deyil, qədim bir etnosdur, onları 
protobulqar,  yəni  ilk  bulqar  adlandırmaq  daha  düzgün  olar.Onların  adını  ilkin 
olaraq lV əsrin Suriya tarixçisi Mir Abas Katina çəkmişdir.Onun yazısı gəlib bizə 
çatmasa  da  ,Moisey  Xorenatsinin  "Ermənistan  tarixində  qalmışdır.Burada 
deyildiyinə  görə,Yuxarı  Ormansız-Basean  deyilən  yerdə  "sonralar  Bexendur 
Bulqar Vəndin köçürüb gətiediyi ailələr yerləşmiş, onun adı ilə bağlı olaraq onlar 
Vənəd adlanmışdı.""
                                                              
          Ekranda Biləsuvar rayonu  ərazisindəki  Bolqarçay  çayı  ilə  bağlı  mənzərələr 
görüntülənir.
          Diktor:
          "Biləsuvar  rayonu  ərazisindən  axan  Bolqarçay  bu  günədək  bu  qədim  türk 
soyunun adını yaşatmaqdadır. Yaxın keçmişlərə qədər bu bölgədəBolqar, Bolqar-
kənd və Bolqar-Göytəpə adlı etnotoponimlər mövcud olmuşdur."
                                                               
          Ekranda "Dədə Qorqud"filmindən Qaraca çobanın qıpçaqlarla döyüş səhnə-
sini əks etdirən kadrlar görüntülənir.
          Diktor:
          "Tarixi  faktlar,qədim  yazılı  mənbələr,  arxeoloji  tapıntılar  Azərbaycan 
ərazisinin ən qədim türk yurdu olduğunu, ayrı-ayrı türk ləhcə və şivələrinin məhz 
ölkəmizin ərazisində kök dildən ayrıldığını söyləməyə əsas verir."
                                                                 
          Ekranda  dilçi  alim  Elbrus  Əzizov  grünür.Alt  tərəfdə  onun  adı,  soy  adı  və 
elmi dərəcəsi yazılır.O deyir:            
          "Dilçilik  tariximizdən  bəllidir  ki,yaxın  areallarda  yerləşmiş  qohum  dillərin 
uyğun  xüsusiyyələri  daha  çox  olur.Lakin  bir-birilədən  uzaq  areallarda  yerləşmiş 
qohum dillərdə elə uyğun əlamələrə təsadüf edilir ki,bunları heç də həmişə dillərin 
müasir vəziyyəti və daxili inkişaf qanunauyğunluqları ilə izah etmək mümkün 
olmur.Bəzən  də  elə  olur  ki,  eyni  dil  xüsusiyyəti  müxtəlif  areallarda  təkrar 
olunur.Belə rəngarəng mənzərə türk dillərində çox aydın müşahidə edilir və bu hal 
sinxronik  yox,daha  çox  diaxronik  baxımdan  şərh  olunmalıdır.Müxtəlif  türk 


182
dillərinin  və  dialektlərinin  izoqlos  təşkil  edən  bəzi  xüsusiyyətləri  həmin  dillərin 
formalaşmasında  iştirak  etmiş  eynicinsli  tayfa  dilləri  ilə  bağlı  olaraq  meydana 
çıxır.Bu bir tərəfdən müxtəlif qəbilə və tayfaların uzun sürən qaynayıb qarışması 
ilə,miqrasiyalar ilə bağlıdırsa,digər tərəfdən müxtəlif dialektlərin eyni bir kökdən 
nəşət etməsi ilə, tarixən onların yaxın areallarda yerləşməsi ilə əlaqədardır.
         Bu  baxımdan  görkəmli  ədəbiyyatşünas  alim  Zeynallının  1926-cı  ildə  dərc 
edirdiyi bir məqalədə söylədiyi fikirlər çox maraqlıdır."
                                                             
           Ekranda yazılır:
           "Bu günkü dilçilərimizin, demək olar ki, hamısı Azərbaycanı cənub türklər 
qrupundan  sayırlar.Lakin  bir  az  dərin  araşdırılsa,bunun  bir  yanlışlıq  nəticəsi 
olduğu  görünəcəkdir.Azərbaycandakı  ləhcə  və  şivələrin  son  dərəcə  müxtəlif 
olması, bir şəhərin özündə bir yerdə "əv". o biri yerdə "ev", üçüncü bir yerdə isə 
"öv"  və  yaxud  "öy"  deyildiyinə  diqqət  olunsa,bu  surətlə  Azərbaycanın  hansı  dil 
qrupundan olduğu məsələsi də gələcəyin ən pırtlaşıq və ilşik işi olacaqdır.O zaman 
bəlkə də Azərbaycan ləhcəsini bütün türk ləhcələrinin ortası sayacaqlar ki, bu da 
yeni mövzu olacaqdır."
                                                                                          H.Zeynallı"
          Diktor yazıları təkrarlayır.
                                                            
          Ekranda yenidən Elbrus Əzizov görünür və deyir:
          "Elə həmin il, yəni 1926-cı ildə Samoyloviç yzırdı ki,iranın və Azərbaycanın 
türk  şivələri  özünün  əsas  əlamətlərinə  görə  türk  dillərinin  cənub-qərb  qrupuna 
daxil  olsa  da  son  vaxtlar  aydınlaşır  ki,Azərbaycanda  son  dərəcə  qarışıq  mənşəli 
türk  ləhcələrinin qalıqları öz əlamətlərini saxlamışdır. Bunlar hazırda şimal-şərq 
və uyğur da daxil olmaqla tamamilə başqa qruplarda mövcuddur."
             
Ekranda "Oğuz, qıpçaq, uyğur,tatar-bunlar bir soydur" sözləri ilə başlayan
türk mahnısına çəkilmiş klip nüayiş etdirilir.
           Diktor mətni:
           "Türk  ləhcə  və  şivələrinin  kök  türkcədən  ayrılma  tarixi  və  məkanı  barədə 
alimlər arasında fikir birliyi yoxdur.Məsələn, Nizami Cəfərovun fikrincə, bu, l mi-
nilliyin sonu, ll minilliyin əvvəllərində baş vermişdir."
                                                              
          Ekranda akademik Nizami Cəfərov peyda olur.Alt tərəfdə onun adı, soy adı 
     
və elmi dərəcəsi yazılır.O deyir:
          "Qədim  ümumtük  dilinin  bölünməsi  prosesi  l  minilliyin  sonu,  ll  minilliyin 
əvvəllərində  əsasən  üç  türk  dilinin  formalaşması  ilə  başa  çatmışdır:oğuz  dili, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə