137
"Qədim türk dilində bu sözə uyğun gələn "kestəm" kəlməsi olmuşdur."
Ekrandakı sözün yanına bir söz də əlavə olunur və onları bir-birindən defis
ayırır:
" QEŞTİN - KESTƏM "
Diktor mətni:
"Mahmud Kaşğarlı "Divan"ında bu kəlmə "qonaqlara verilən içgi " kimi
tərcümə edilmişdir."
Ekranda "Babək" filmindən şərab paylanması və içilməsi, eləcə də "Dədə
Qorqud" filmindən Qıpçaq Məliyin qadınlarla eyş-işrət və şərab içmə səhnələri
səssiz canlanır.
Diktor mətni:
"Əhəmənilər dövründə bütün türkləri "sak" adlandıran fars mənbələri üç
sak xalqından söhbət açmaqdadır: dik papaq geyən saklar, dəniz arxasında
yaşayan saklar və şərab bişirən saklar.Qədim yunan mənbələri farsların
iskitləri,yəni türkləri "sak" adlandırdığını qeyd etməkdə,sakların əslində iskitlərin
bir hissəsi olduğunu vurğulamaqda və dikpapaq saklarla şərab bişirən sakları
xüsusi qeyd etməkdədir.İstər qədim fars,istərsə də yunan mənbələrindən türklər
arasında şərabçılıq sənətinin geniş yayıldığı məlum olsa da, bu işlə məhz hansı
türk boyunun məşğul olduğu məlum olmur.
Bu məsələyə aydınlıq gətirməyə isə Egey dənizi sahillərindən tapılan və
hind-Avropa mənşəli olduğu ehtimal edilən bir ideoqrafik əlifba yardımçı olur.Elm
aləmində şərti olaraq "Egey əlifbası" adlanan sözügedən əlifbada "şərab" sözünü
bildirən ideoqram kimi oğuzların bayandur boyunun tamğası çıxış edir."
Ekranda bayandur boyunun tamğası əks olunur.
Diktor mətni:
"Elə bu fakt da söhbətin məhz bayandurlardan getdiyini, eləcə də hind-
Avropa xalqlarının şərabla bayandurlar vasitəsi ilə tanış olduğunu söyləməyə əsas
verir.
Maraqlıdır ki, bir sıra hind -Avropa mənşəli xalqların dilində şərab
anlamında işlənən kəlmələr "bayandur" etnoniminin kökündə duran "bayan"
kəlməsi ilə yaxın səslənməkdədir."
Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------
B A Y A N
----------------------------------------------------------------------------------------------------
138
Dil Yazılışı Oxunuşu Mənası
----------------------------------------------------------------------------------------------------
1. Alman Wein Vayn Şərab
----------------------------------------------------------------------------------------------------
2 İngilis Wine Vayn Şərab
6
----------------------------------------------------------------------------------------------------
3. Fars Mey Mey Şərab
----------------------------------------------------------------------------------------------------
4. Rus Вино Vino Şərab
----------------------------------------------------------------------------------------------------
Diktor mətni:
"Məsələn, hind-Avropa dil ailəsinin german qrupuna daxil olan alman və
ingilis dillərində şəraba "vayn" deyilməkdədir."Vayn" kəlməsi ilə "bayan " kəlmə-
sinin səslənişləri çox yaxındır. İran dilləri qrupuna daxil olan fars və slavyan
qrupundan olan rus dillərindəki "mey" və "vino" kəlmələri də bu qəbildəndir.
Maraqlıdır ki, hind - Avropa xalqları öncə şərabla tanış olmuş, onların
üzümlə tanışlığı isə bundan sonra baş vermişdir.Elə bu üzdən də bəzi hind-Avropa
xalqlarının dilində üzümü bildirən ayrıca söz yoxdur. Mövcud olan sözlər isə şərab
sözündən törəmədir."
Ekrandakı yazını aşağıdakı yazı əvəz edir:
----------------------------------------------------------------------------------------------------
Dil Yazılışı Oxunuşu Mənası Hərfi
Mənası
----------------------------------------------------------------------------------------------------
1. Alman Weinrebe Vaynrebe Üzüm Üzüm
çuğunduru
----------------------------------------------------------------------------------------------------
2. Rus Виноград Vinoqrad Üzüm Üzüm
qozası
----------------------------------------------------------------------------------------------------
Diktor mətni:
"Məsələn,alman dilində üzüm mənasında işlənən "vaynrebe" kəlməsi hərfi
mənada şərab çuğunduru anlamına gəlir.Rus dilindəki eynimənalı "vinoqrad"
kəlməsi isə hərfi mənada şərab qozası kimi tərcümə edilir.