Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə62/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   58   59   60   61   62   63   64   65   ...   100

135
 Evlərin döşəməsi əvvəlki dövrlərdən fərqli olaraq daşdan olub,bir-birinə ağ 
rəngli,gəcə  oxşar  maddə  ilə  bərkidilmişdir.Kültəpənin  daş  alətləri  dəvəgözü,  tuf, 
bazalt cinsli  daşlardan yüksək zövqlə hazırlanmışdır.Bunlar əsasən iti ağızlı bıçaq 
şəkilli lövhələrdən, dən daşlarından, sütgəclərdən və sairə ibarətdir."
                                                 
Ekranda Naxçıvan mənzərələri canlanır.
 Diktor mətni:
 "1-ci  Kültəpədə  orta  Tunc  və  son  Tunc  dövrlərinə  aid  iki  qrup  gil  qablar 
əldə edilmişdir.Bunlar boyalı və sadə gil qablardır."
                                                 
 Ekranda Tunc dövrünə aid gil qablar nümayiş etdirilir.
 Diktor mətni:
           "Qablar çeşidlərinə görə də iki qismə-mətbəx və süfrə qablarına bölünür."
             Ekranda yenidən Rəşid Göyüşov peyda olur:
             "2-ci  Kültəpə  Cəhriçayla  Naxçıvan  çaylarının  birləşdiyi  yerdə  3  hektara 
yaxın bir sahəni tutur.Bu çoxtəbəqəli abidənin orta Tunc dövrünə aid təbəqəsinin 
qalınlığı 4 metrdən çoxdur.Bu, eradan əvvəl  2-ci minillikdə kültəpəlilərin həyat və 
məişətini  özündə  əks  etdirən  4  inşaat  mərhələsindən  ibarətdir.Yaşayış  yerinin 
ətrafına  müdafiə  divarı  çəkilmişdir.Mədəni  təbəqədə  yaşayış  evlərinin,təsərrüfat 
tikililərinin,istehsalat  ocaqlarının  qalıqları  ilə  yanaşı  külli  miqdarda  boyalı  gil 
qablar,daşdan.tuncdan və sümükdən hazırlanmış əmək alətləri,bəzəklər,silahlar və 
sairə üzə çəxarılmışdır."
                                                              
             Ekranda 1və2-ci Kültəpənin tikili qalıqları görüntülənir.
             Diktor mətni: 
             "Mükəmməl  tikinti  texnikasına  bələd  olan  2-ci  Kültəpə  sakinləri  inşaat 
materialı  kimi  çiy  kərpicdən,möhrədən  və  daşdan  istifadə  etmişlər.Burada  inşa 
edilmiş  müdafiə  istehkamı,yaşayış  və  təsərrüfat  binaları  yüksək  memarlıq 
zövqünün  məhsulu  olub,dövrün  inşaat  işləri  haqqında  geniş  təsəvvür 
yaradır.Mürəkkəb  quruluşlu  müdafiə  istehkamı  dördkünc  bürclərlə  daha  da 
möhkəmləndirilmişdir."
                                                               
             Ekranda Naxçıvan Tarx-Diyarşünaslıq muzeyinin xarici görüntüsü,lövhəsi 
və iç görünüşü bir-birini əvəz edir.Sonra isə ayrı-ayrı eksponatlar,ən sonda isə son 
Tunc  dövrünə  aid  maddi  mədəniyyət  nümunələri  nümayiş  olunur.  Kamera 
qarşısına keçən muzey əməkdaşı eksponatları nümayiş etdirə-etdirə deyir:


136
             "2-ci Kültəpədə həm monoxrom, həm də polixrom qablara təsadüf olunur. 
Onlar  formaca  olduqca  müxtəlifdirlər.Qabların  naxışları  da  zəngindir.Onların 
üzərində həndəsi bəzəklərlə yanaşı müəyyən məzmunlu süjetli naxışlar da var."
                                                               
            Ekranda peyda olan Rəşid Göyüşov deyir:
            "Naxçıvan  əazisində  2-ci  Kültəpə  ilə  həmdövr  olan  daha  bir  neçə  abidə 
tədqiq  olunmuşdur.Çoxtəbəqəli  Qızılvəng  və  Şahtaxtı  abidələrində  də  orta  Tunc 
abidələri öyrənilmişdir.
            Orta  Tunc  dövrünün  maraqlı  abidələrindən  biri  də  Ağdam  şəhəri 
yaxınlığında  tədqiq  edilmiş  Üzərliktəpə  yaşayış  yeridir.Buradan  toplanan  maddi 
mədəniyyət qalıqları eradan əvvəl 19-14-cü əsrlərdə yerli əhalinin yüksək əkinçilik 
və maldarlıq mədəniyyətinə malik olduğunu sübut edir.Bu abidə ellips formasında 
olub, hündürlüyü 8,5 metrdir.
           1954-cü ildə Üzərliktəpə abidəsi öyrənilərkən  oradan 5-6 metr qalınlığında 
zəngin  mədəni  təbəqə  aşkar  olunmuşdur.buranın  ətrafına  möhtəşəm  qala  divarı 
çəkilmişdir.Eni  2  metrdən  çox  olan  bu  divar  saman  qarışıqlı  çiy  kərpicdən 
tikilmişdir.
           Abidədən çoxlu gil qab nümunələri,əmək alətləri, dənli bitki qalıqları və gil 
qadın fiquru aşkar edilmişdir.Buranın gil qab məmulatı iki hissəyə bölünür.Birinci 
qrupa Qızılvəng boyalı qablarının oxşarı olan qablar daxildir.Bunlar açıq qırmızı 
rəngdə olub,üzəri qara boya ilə həndəsi,nəbati və zoomorf formada bəzədilmişdir.
           İkinci  qrup  gil  qablar  qara  rəngdə  bişirilmiş,  üzəri  cilalanmış  və  xüsusi 
nöqtələrlə həndəsi formada  bəzədilmişdir.
           Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, eradan əvvəl 2-ci minillikdə 
üzümçülük  də  geniş  inkişaf  etmişdir.Üzərliktəpədən    çoxlu  üzüm  çərdəyi  və 
Naxçıvan abidələrindən isə üzüməzən daşlar tapılmışdır."
           Ekranda "Əhməd haradadır?" filmindən üzüm yığımı ilə bağlı səhnənin əks 
olunduğu qısa süjet çanlanır,daha sonra üzüm tarlaları görüntülənir.
           Diktor mətni:
           "Arxeoloqlarımız  Azərbaycanda  üzümçülük  və  şərabçılıq  mədəniyyətinin 
izlərinə orta Tunc dövrünə aid abidələrdə rast gəlsələr də bu mədəniyyətin kökləri 
daha qədimdir və ən azı ilk Tunc dövrünə qədər uzanır.Təsadüfi deyil ki, eradan 
əvvəl    3-cü minillikdə  qələmə alınmış  "Bilqamıs dastanı"nda şərabdan da  söhbət 
açılır.Qədim şumer  dilində şərabı bildirən  ayrıca bir  ifadə də olmuşdur ki,  onun 
paralelinə Azərbaycan türkcəsində rast gəlinməsə də, əski türk yazılı mənbələrində 
həmin ifadə cüzi fərqlə qorunub saxlanmışdır.
           Şumerlər  şəraba "qeştin" deyirdilər."
                                                            
           Ekranda yazılır: "QEŞTİN"
           Diktor mətni: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə