Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə61/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

133
 Ekranda İçəri şəhərin balbal, at və qoç heykəllərinin bir arada olduğu "bazar 
meydanı" müxtəlif istiqamətlərdən görünür.
 Diktor mətni:
"Qəbirlərin  üstünə  at  və  qoç  heykəllərinin  qoyulması  orta  Tunc  dövründə 
Azərbaycan əhalisinin dünyagörüşündə baş vermiş dəyişikliklərlə, bu isə öz növbə-
sində məişət və təsərrüfatda baş vermiş yeniliklərlə bağlı olmuşdur."
                                                            
          Ekranda  Soltan  Hacıbəyovun  "Karvan"  simfonik  suitasının  sədaları  altında 
hərəkət edən dəvə karvanı görünür və onun fonunda yazılır:
"DÖRDÜNCÜ  SERİYANIN  SONU"
5-ci seriya
                                                              
            Yarıya qədər doğmuş günəşin fonunda  hərəkət edən dəvə karvanının  silu-
eti. Bu kadrların fonunda filmin adı və ardınca da yaradacı heyət və şirkət barədə 
məlumat verən titrlər göünür.Bütün bunlar Soltan Hacıbəyovun “Karvan” simfonik 
suitasının müşayiəti ilə cərəyan edir.
                                                              
            Bütöv Azərbaycanın xəritəsi.Kadr arxasından diktorun səsi:
             “Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyəti,incəsənəti,ədəbiyyatı  xalqı-
mızın tarixi qədər qədim və zəngindir.Yaxın və Orta  Şərqin qədim tarixinin bütün 
istiqamətlərdə öyrənilməsi və tədqiqi nəticəsində əldə edilən bilgilər ölkəmizin is-
tər cənubunun,istərsə də şimalının ən qədim sivilizasiyaların təşəkkül tapıb inkişaf 
etdiyi  ərazilərdən olduğunu göstərməkdədir.Arxeoloji qazıntılar nəticəsində ən qə-
dim zamanlardan günümüzə qədər Arazın hər iki tərəfində eyni mədəniyyətə sahib 
olan,eyni  dildə  danışan,eyni  inancları  paylaşan  vahid  bir  etnosun  yaşadığını 
birmə-nalı  şəkildə  sübut  edən  çox  sayda  əvəzsiz  maddi  mədəniyyət  nümunəsi 
tapılmış-dır.”    
                                                             
            Ekrandakı xəritə öncə müxtəlif təbiət mənzərələri,daha sonra isə Qobustan 
və Gəmiqayanın qayaüstü təsvirlərindən seçmələrlə əvəz olunur.Təsvirlər növbə ilə 
ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:
            “Əlverişli  təbii-coğrafi  şəraiti  olan  Azərbaycan  ərazisi  dönyada  insanın 
for-malaşdığı  ilk  məskənlərdəndir.Arası  kəsilmədən  yaşayış  məskəni  olmuş  bu 
torpaq bəşər tarixinin  müxtəlif mərhələlərini özündə  əks etdirən zəngin abidələr 
ölkəsidir.
            Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min ili 
yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunmuşdur.Ondan öncəki tariximi-


134
zin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uza-
nan zəngin folklor nümunələri əks etdirir.”
                                                              
 Ekranda arxüoloq alim Rəşid Göyüşov görünür.Alt tərəfdə onun adı, soy adı 
və elmi dərəcəsi yazılır.O deyir:
"Artıq  ilk  Tunc  dövründə  dağətəyi  və  düzənliklər  əkinçi  tayfalar,dağ  və 
yaylaqlar  isə  maldar  tayfalar  tərəfindən  məskunlaşdırılmışdı.  Orta  Tunc 
dövründən  etibarən  isə  yarımköçəri  maldarlıq  formalaşır.İsti  yay  aylarında 
dağlara köçən tayfalar,dağların əlverişli yerlərində daimi düşərgə üçün məskənlər 
salırlar.  Beləliklə,  orta  Tunc  dövründə  dağlıq  yerlərdə  yaşayış  məskənlərinin 
salınması geniş vüsət almağa başlayır.
Əkinçiliklə  məşğul  olan  tayfalar  isə  yenə  əvvəlki  kimi  dağ  ətəyi  vədüzən 
zonalarda oturaq həyat keçirməkdə davam edirdilər.Bu tayfalar arasında əkinçilik 
daha da təkmilləşir,süni suvarma şəbəkəsi genişlənirdi.
İqtisadi  irəliləyiş  ictimai  münasibətlərdə  dəyişikliklər  yaradır,ixtisaslaşmış 
təsərrüfat sahələri ayrı-ayrı tayfaların arasında böyük mal-qara sürülərinin və ya 
ərzaq  ehtiyatlarının  toplanmasına  ,tayfaların  ziddiyyətlərin  və  toqquşmaların 
meydana  gəlməsinə səbəb olurdu.Bu  isə  öz növbəsində yeni-yeni silah növlərinin 
və  müdafiə  qurğularının  ortara  çıxmasını  təşviq  edirdi.Beləcə  yaşayış  yerlərinin 
əksəriyyətində müdafiə divarları ucaldılırdı."
                                                 
Ekranda qədim qala divarları görüntülənir.
Diktor mətni:
"Azərbaycanda  artıq  son  Eneolit  və  ilk  Tunc  dövründən  müşahidə  edilən 
şəhərləşmə prosesi orta Tunc dövründə daha da genişlənir.Bu dövdən etibarən isə 
Azərbaycanda yarımköçəri,yəni elat və ya tərəkəmə mədəniyyəti də formalaşmağa 
başlayır.Bu  vaxta  qədər  bütünlüklə  oturaq  həyat  tərzi  keçirən  türk  tayfaları 
içərisində köçərilik  ortaya çıxır.Bu isə o deməkdir ki, türk əkincilik,sənətkarlıq və 
şəhər  mədəniyyəti  türk  tərəkəmə  və  köçəri  mədəniyyətindən  daha  və  çox-çox 
qədimdir."
                                                
 Ekranda yenidən Rəşid Göyüşov peyda olur və deyir:
 "Orta Tunc dövrünə aid ən yaxşı öyrənilmiş abidələr Naxçıvan ərazisindəki 
1-ci  və  2-ci  Kültəpə,Şortəpə,Oğlanqala,Ağdam  rayonu  ərazisindəki  Üzərliktəpə 
abidəsidir.Bununla belə,bu dövrə aid mədəni təbəqələr Füzuli rayonu ərazisindəki 
Qaraköməktəpə,Günəştəpə,Xantəpə,Uzuntəpə,Şomutəpə,Cənub-Şərqi  Azərbaycan-
da  Mişarçay,Cəfərxanlı,Əliköməktəpə,Qobustanda  Böyükdaş  abidələrində  qeydə 
alınmışdır. 
 Orta Tunc dövrü 1-ci Kültəpənin 3-cü layında təmsil edilmişdir.burada çiy 
kərpicdən hörülmüş dördkünc formalı evlərə məxsus divar qalıqları, monoxrom və 
polixrom gil qablar,daş alətlər və yalnız 1 ədəd tunc əşya tapılmışdır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə