129
"Gəncə,Qazax,Ağdam,Laçın rayonlarında olan daş qoç fiqurlarının da bir
çox özünəməxsus xüsusiyyəti vardır.Bu ərazinin daş qoç fiqyrları daha çox uzaq
keçmişlərin arxaik sənət nümunələrini xatırladır. Uzunluğu 80-90 santimetr,
hündürlüyü 50-60 santimetrə çatan bu abidələr öz monumentallığı, formalarının
ümumiləşdirilmiş bir səpgidə icrası ilə diqqəti cəlb edir.
Naxçıvan,Ordubad,Şahbuz,Gədəbəy və Qərbi Azərbaycan ərazisindəki
kəndlərdə təsadüf edilmiş daş qoç fiqurları başqa yerlərdəki bu tipli abidələrdən
həm real təsviri, həm də zəngin bədii tərtibatı ilə fərqlənir.Həmin ərazidə olan daş
qoç fiqurları ölçü etibariylə də çox müxtəlifdir.Onlardan ən böyüyünün uzunluğu
150 santimetr,hündürlüyü 110 santimetr,ən kiçiyinin uzunluğu 45 santimetr,
hündürlüyü 30 santimetrdir.
Sözügedən fiqurların dekorativ bəzəklərini nəbati,həndəsi ornament
motivləri, yazılı, bəzi hallarda isə əsl mənada süjet xarakterli kompozisiyalar təşkil
edir.Bu fiqurların dekorativ bəzəkləri orta əsr Şərqinin ən gözəl monumental
əsərləri kimi dəbdəbəli yox, yığcam və lakonik bir səpgidə icra edimişdir. Bu
bəzəklərə yaxından baxdıqda onlar sanki canlanır,diqqəti daha çox cəlb edir və
dəqiqləşir."
Ekranda bir vaxtlar Qərbi Azərbaycanın Sisiyan rayonunun Urud kəndində
olan,1577-ci il tarixli qoç fiqurunun şəkli görüntülənir.
Kadr arxasından səsi eşidilən alim sözünə davam edir:
"Bu daş qoç fiqurlarının Azərbaycanın başqa yerlərində təsadüf edilən bu
tipli abidələrə nisbətən xeyli real təsvir olunmasına baxmayaraq onlara da uzaq
keçmişin sənətinə xas olan ənənəvi priyomlar nəzərə çarpır. Bu cəhətdən Qərbi
azərbaycanın Sisiyan rayonunun Urud kənd qəbiristanlığında yerləşmiş 1577-ci il
tarixli qoç fiquru xüsusilə diqqəti cəlb edirdi.
Sözügedən fiqurun dekorativ bəzəkləri qoçun belində stilizə edilmiş nəbati
naxışlardan və sağ yan hissəsində həkk olunmuş süjetli kompozisiyadan
ibarətdir.Üfiqi bir səpgidə qoçun quyruq hissəsindən tutmuş boynunadək uzanan
bu kompozisiyada məzar daşlarında tez-tez rast gəlinən ov səhnəsi təsvir
edilmişdir.Kompozisiyanınən maraqlı hissəsi qoçun sağ ayağı tərəfdə döşdə
oyulmuş təsvirlərdir.Burada elə bil ki, mehrab qarşısında durub iki əlini yuxarı
qaldırmış dik papaqlı bir kişi təsvir edilmişdir.Alimlər bu tipli dini ayinləri
şamanizmlə əlaqələndirirlər."
Ekranda yenidə Rasim Əfəndi görünür və deyir:
"Maraqlı burasıdır ki,bu süjet Urud kəndində təsadüf edilən daş
sənduqələrin əksəriyyətində əks olunmuşdu.Bu motiv Orta Asiyanın digər türk
xalqlarının bədii yaradıcılığında da geniş yayılmışdır.Azərbaycan mədəniyyətinin
Mərkəzi Asiyanın türk xalqlarının mədəniyyəti ilə sıx bağlılığını təkcə bu motivlər
deyil,elə qoç fiqurlarının özü də göstərir.Məsələ burasındadır ki,indiyə qədər
tapılmış daş qoç fiqurlarından ən qədimləri hələlik Xakasiya,Qazaxıstan.Tuva və
130
sairə yerlərdn tapılmışdır. Onlardan bəzilərinin yaşı eradan əvvəlki 2-ci minilliyə
aid edilir."
Ekranda Cənubi Azərbaycanın Göytəpə yaşayış məskənindən tapılan və
e.ə.10-cu əsrə aid edilən qoç fiqurunu təsviri canlanır.
Alim kadr arxasından deyir:
"Daş qoç fiqurlarına bundan əlavə Cənubi Azərbaycan və Şərqi Anadolu
ərazilərində də rast gəlinmişdir.Son vaxtlar belə fiqurlara Avropanın ən ucqar
yerlərində,İspaniyanın şimal əyalətlərində də təsadüf edilmişdir.
Elmi araşdırmalar göstərir ki,müxtəlif forma və şəkillərdə qoçu təmsil edən
fiqur,qabartma və oymalara Azərbaycanda hələ eradan əvvəl 10,6,3 və sairə
əsrlərdə təsadüf edilmişdir.Cənubi Azərbaycan ərazisində Göytəpədən
tapılmış,eramızdan əvvəl 10-cu əsrə aid daş qoç fiquru ölkəmizdə tapılan hələlik
ən qədim qoç fiquru hesab edilir."
Ekranda yenidən peyda olan rasim Əfəndi sözünə davam edir:
"1946-1947-ci illərdəMingəçevirdən tapılan və eradan əvvəl 4 -3-cü əsrlərə
aid edilən qoç fiqurları da böyük elmi dəyərə sahibdir."
Ekranda yenidən çox sayda qoç heykəli görünür.
Diktor mətni:
"Haqqında söhbət ediən bu fiqurların qəbirüstü abidə kimi orta Tunc
dövrün-dən, yəni eradan əvvəl 2-ci minillikdən etibarən geniş yayıldığını nəzərə
alsaq, qoçlarla bağlı motivin "Məlikməmməd nağılına məhz həmin dövrdə və ya
da sonra ,yəni son Tunc dövründə daxil olduğunu söyləyə bilərik."
Ekrandakı qoç heykəl təsvirlərini at heykəl təsvirləri əvəz edir.
Diktor mətni:
"Təqibən orta Tunc dövründən etibarən qəbir üstlərinə at fiqurlarının qoyul-
ması da dəbə minmişdir.Bu da əski türk mifologiyasında ata da mediator, yəni
dünyalar arasında vasitəçi kimi xüsusi funksiya biçilməsi ilə bağlı olmuşdur.
Rəşidədinin "Oğuznamə"sində Oğuz xanın zülmət olkəsinə-Qara Xuluna
səfəri,bu səfərin atlarla bağlı olması,Altay və Sibir türklərinin əfsanələrində
qəhrəmanın atının yeraltı dünya sakinləri tərəfindən-əsasən,Erlik xanın qızları,
yəni albastılar tərəfindən oğurlanması və qəhrəmanın yeraltı dünyaya enərək atı
ilə birlikdə geri dönməsi kimi motivlər məhz bu mifik təsəvvürlə bağlı olmuşdur.
Eyni süjet ən incə detallarına qədər xakas türklərinin "Altun Cağa və Çis
Sibaldey" əfsanəsində də təkrarlanır.Qeyd etmək lazımdır ki. bu motiv şamanizmlə
birbaşa bağlıdır."
Dostları ilə paylaş: |