|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
121
"Bu ovsun ən azı 5 min il öncə yaranmışdır ki,bunu Gəmiqayadan tapılan
və üzərində eyni mövzuda piktoqram olan qayaüstü təsvir sübut edir.Üçüncü
nümunə isə təqribən 2700 il öncə yardılmış matəm nəğməsi, yəni Alp Ər Tonqanın
ölümünə həsr edilən ağıdır."
Ekranda zümrüd quşunun belində uçan Məlikməmmədin şəkli
görünür.Diktor sözünə davam edir:
"Yaranma tarixinin təqribən 5 min il öncəyə aid olduğunu söyləyə biləcəyi-
miz daha bir folklor nümunəmiz "Məlikməmmədin nağılı"dır.Bu nağılın bir çox
elementlərinin ən incə detallarına qədər 5 min il öncə qələmə alınmış bir şumer
dastanı ilə,yəni Etana haqqında dastanın süjeti ilə üst-üstə düşməsi deyilənlərə ən
gözəl sübutdur.Sözügedən nağıl bir qədər öncə haqlarında söhbət açdığımız
folklor nümunələrindən fərqli olaraq şer formasında deyil, nəsr formasında olduğu
üçün o, daha çox dəyişikliyə məruz qalmışdır.Bu da təbiidir.çünki şer formasında
olan nümunələr sabit ölçülərə və ritmlərə sahib olduğu üçün dəyişikliyə çox cüzi
uğrayır.Nəsr şəklində olan nümunələrin isə onları zamanın təsirindən qoruya
biləcək "immun sitemi" ya yoxdur,ya da çox zəifdir."
Ekrandakı təsviri kəndirlə quyuya salınan Məlikməmmədin təsviri əvəz
edir.
Diktor mətni:
"Sözügedən nağılın qəhrəmanı şah oğludur və onun adı Məmməd, yəni
Məhəmməd adının yerli forması, daşıdığı titul isə məlikdir.Məmməd adı ,təbii
ki,islamla bağlı addır və bu fakt islam təsirinin bariz nümunəsidir."Məlik" tituluna
gəlimcə, qeyd etmək lazımdır ki, Azərbaycan nağıllarının bir çoxunun qəhrəmanı
şah oğludur və "məlik " titulu daşımaqdadır.Məsələn,Məlik Məhəmməd,Məlik
Cümşüd və sairə.Tarixi mənbələrdən belə aydın olur ki,Azərbaycanda şah oğulları
13-cü əsrdə,yəni Elxanlılar dövründə bu titulu daşımışlar.Bu o deməkdir ki, Məlik-
məmmədin nağılı" son şəklini 13-cü əsrdə almışdır.Deməli, eradan əvvəl 3-cü
minillikdə,yəni 5 min il öncə yaranan nağıl təqribən 4 min 300 illik təkamül
prosesi keçmiş və bu prosesdə yeni-yeni elementlər qazanmışdır. Həmin elementlər
hansılardır və hansı dörün məhsuludur.? Bu suala cavab tapmaq üçün nağılın ilkin
şəkli ilə,yəni Etana dastanı ilə son,yəni bugünkü şəklini müqayisə etmək,ümumi və
fərqli cəhətləri üzə çıxartmaq lazımdır."
Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------
Etana haqqında dastan Məlikməmmədin nağılı
----------------------------------------------------------------------------------------------------
1. Etana şahdır. Məlikməmməd şah oğludur.
----------------------------------------------------------------------------------------------------
122
2. Etana həyat çiçəyini tapmaq Məlikməmməd cavanlaşdırıcı al-
arzusu ilə yola çıxır. manı əldə etmək üçün divi yarlayır və
onu öldürmək üçün yola çıxır.
----------------------------------------------------------------------------------------------------
3. Etana bir quyuya enir Qardaşları Məlikməmmədi qu-
yuya endirib,ipini kəsərək onu ora-
da saxlayırlar.
----------------------------------------------------------------------------------------------------
4.Etana quyuda qartalın ilanın bala- Məlikməmməd qaranlıq dünyada
larını yediyi üçün ondan intiqam al- əjdahanın ağaca çıxaraq zümrüd qu-
maq istəyən ilanın qartalla savaşının şunun balalarını yemək istədiyinin
şahidi olur. şahidi olur.
----------------------------------------------------------------------------------------------------
5.Etana ilanı öldürüb qartalın belində Məlikməmməd əjdahanı öldürür,
göyə qalxır. zümrüd quşunun belində göyə qal-
xır.
---------------------------------------------------------------------------------------------------
6.Qartal göydə Etanadan yerə baxma- Zümrüd quşu göydə Məlikməm-
sını və onun nəyə oxşadığını söyləmə- mədə yerə baxaraq onun nəyə ox-
sini istəyir. şadığını söyləməsini istəyir.
----------------------------------------------------------------------------------------------------
7.Etana öncə yerin xəlbirə,daha sonra Məlikməmməd yeri öncə xəlbirə,
isə çörəyə oxşadığını deyir. daha sonra çörəyə oxşadır.
----------------------------------------------------------------------------------------------------
Diktor mətni:
"Etana şah,Məlikməmməd isə şah oğludur.
Onlardan birincisi həyat çiçəyin əldə etmək,ikincisi isə cavanlaşdırıcı
almanı oğurlayan divi öldürmək üçün yola çıxırlar.
Etana quyuya düşür. Məlikməmmədi qardaşları quyuya endirib, onu orada
saxlayırlar.
Şumer dastanının qəhrəmanı orada balaları qartal tərəfindən yeyilmiş ilanla
qartalın savaşının şahidi olur.O,ilanı öldürür.Azərbaycan nağılının qəhrəmanı isə
zümrüd quşunun balalarını yemək istəyən əjdahanı öldürür.
Etana qartalın,Məlikməmməd isə zümrüd quşunun belində göyə qalxırlar.
Qartal Etanadan,zümrüd quşu isə Məlikməmməddən yerə baxaraq onun
nəyə oxşadığını söyləmələrini istəyirlər.Hər iki qəhrəman aşağı baxıb, yeri öncə
xəlbirə,daha sonra çörəyə bənzədirlər."
Ekranda Moskvada,Silah palatasında saxlanan və üzərində Məlikməmmədin
əjdahanı daşla öldrməsi və ağaca qonmuş zümrüd quşu təsvir edilmiş 16-cı əsrə aid
Azərbaycan bədii parçasının əksi görünür.
Dostları ilə paylaş: |
|
|