|
![](/i/favi32.png) Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
111
Həccini nalladım, Tfu,tfu,tfu.
Hüccünü nalladım. Gözünün oxu
Yol gedəndə Torpağa,
Yolun aydın. Ahın torpağa,
Sağın aydın, Ufun torpağa.
Solun aydın. Tfu,tfu,tfu,
Ayaq altından Tfu,tfu,tfu."
Torpaq aldım,
Başın üstə
Kölgə saldım.
Kürəyinə
Qırmızı taxtım,
Yurd yerinə
Mıxça çaxdım.
Həcci göz,
Hüccü göz.
Kar keçəl,
Kor keçəl,
Çolaq keçəl,
Sənə xətər
Yetirməz.
Ekranda böyük hərflərlə yazılır: "DİL-AĞIZ BAĞLAMA"
Diktor kadr arxasından yazını oxuyur:
Ekrandakı yazını aşağıdakı yazı əvəz edir:
" Il bizim, İl üstə,dil üstə,
Yıl bizim, Quş dili üstə,
İl bizim. Həzrət Süleyman üstə.
Dil bizim, Söz içində söz tutan dilin,
Dil bizim, Söz saxlayan,söz sındıran,
Dilbizim. Sözün kəsib gözün basan,
Bil bizim, Dilin kəsdim,asdırdım.
Bil bizim, Şərin-şürün
Bilbizim Torpağa basdırdım.
Əl bizim, Yol bizim,
Əl bizim, Yol bizim,
Əlbizim. Yolbizim.
Yol bizim, Dil bizim,
Yol biim, Dil bizim,
Yolbizim. Dilbizim..."
Diktorun səsi yazılanları təkrar edir.
112
Ekrandakı yazının "İl üstə,dil üstə" sətrindən başlayaraq "Torpağa basdır-
dım" sətrinə qədər bütün misraların altında qırmızı cizgi peyda olur.
Diktor mətni:
"Bu ovsunun 16-cı sətrindən 24-cü misrasına qədərki misralar sonrakı
dövrdə,daha dəqiq desək,İslam dövründə edilmiş əlavədir.Bu, həmin misralarda
hecaların
sayının
digər
misraların
heca
sayından
əsaslı
şəkildə
fərqlənməsindən,həmin parçada Həzrət Süleyman əleyhissəlamın adının
keçməsindən,eləcə də 23-cü misrada alınma "şər" kəlməsinin istifadə edilməsindən
görünür.
Digər misralarda isə bircə dənə də yad söz yoxdur.Üstəlik də onlarda heca
sayı sabitdir.Onlarda hecaların sayının üç olması misralarının hər birində dörd
heca olan və Eneolit dövrünün məhsulu olduğu bilinən ,"Qodu daşı" misrası ilə
başlayan ovsundan daha qədim dövrlərə aid olduğunu sübut edir.Nəzərə alsaq
ki,"Haş getdi" misrası ilə başlayan və Mezolit dövrünün məhsulu olan ovsunda da
hecaların sayı üçdür, sözügedən ovsunun da ən azı Mezolit dövrünün yadigarı
olduğunu söyləmək olar.Bu müqayisədən doğan nəticə budur: Mezolit və daha
qədim dövrlərə aid ovsunların misraları üç hecalı,Neolit və ilk Eneolit dövrünə aid
nümunələrdə dörd,Tunc dövrünə aid nümunələrdə isə beş və daha çox hecalıdır.
Mezolit dövrünə aid ədəbi nümunələrdə təkhecalı sözlərlə ikihecalə
kəlmələrin sayı təqribən bərabərdir və buradakı təkhecalı sözlərin çoxunun mənası
anlaşılmır.Eneolit dövrü abidələrində ikihecalı sözlər əksəriyyət təşkil edir və
anlaşılmaz kəlmələrin sayı olduqca azdır."
Ekranda Qobustan və Gəmiqaya təsvirləri bir-birini əvəz edir.
Diktor mətni:
"Türk dillərinin praformasını,yəni ilkin vəziyyətini bərpa etmək cəhdləi 19-
cu əsrin ikinci yarısında olmuş və bu işin ilk pioneri Qruntsel olmuşdur."
Ekranda öncə İ.Qruntselin, sonra M.Çerkasskinin,daha sonra isə V.Tomse-
nin şəkilləri peyda olur.
Diktor mətni:
"O belə bir fərziyyə irəli sürmüşdür ki,guya ilk çağlarda türk dillərində üç
sait olub: a,i,u. Onun ardıcıllarından Çerkasski də 1965-ci ildə eyni fikri ifadə
etmişdir.Sonralar həmin müəllif diqqətini Orxon-Yenisey yazılarına tutmuş və
həmin saitlərin sayının dörd olduğunu qeyd etmişdir: a,i,u,ü.Şübhəsiz ki,bu
fərziyyələr doğru deyildir,çünki Tomsen hələ 1893-cü ildə qeyd etmişdi ki,Orxon-
Yenisey yazılarında 4 sait işarəsi olsa da,bu işarələr müxtəlif kontekstlərdə
mövcud olmuş 8 sait səsi ifadə edirdi.
Dostları ilə paylaş: |
|
|