Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

108
             Yaş oldu
             Üst-başım.”
                                                              
             Ekranda ocaq başına yığışmış milli geyimli qızlar görünür.Onlardan biri 
ocaqdakı daşların üstünü közlərlə örtə-örtə oxuyur:
           “Qodu daşı,
             Odu daşı,
             Qodu kəssin 
             Yağışı.”
            Sonra qızlar birlikdə oxuyurlar:
          “Budu daşı,
            Bulutların
            Kudu daşı,
            Bişirmişəm
            Xəmiraşı.
            Qonaq gəlsin 
            Godu başı,
            Gətirsin
            Qızıl günü,  
            Aparsın
            Yağışı.
            Qodu daşı,
            Odu daşı,
            Qodu kəssin 
            Yağışı.”
                                                            
             Ekranda eyni səhnə yenidən,fəqət bu dəfə səssiz təkrarlanır.Kadr arxasın-
dan diktorun səsi eşidilir: 
             "Folklorşünas alimlərimizin illərlə fədakarlıqla,böyük zəhmətlər bahasına 
toplayıb  yazıya  köçürdükləri  folklor  nümunələri  tariximizin  minillər  öncələrə  aid 
mərhələlərinin  inanc  və  təfəkkür  tərzini  öyrənmək  baxımından  nə  qədər  böyük 
önəm  daşıyısa,  dilimizin  minillər  öncəki  vəziyyətini,onun  terminologiya  və 
leksikonunun,morfoloji və sintaktik quruluşunu tədqiq etmək baxımından da bir o 
qədər  qiymətlidir.Sözügedən  nümunələr  xalq  ədəbiyyatımızın,onun  janrlarının 
inkişaf dialektikasını öyrənmək üçün zəngin material verməkdədir.Ən əsası isə, bu 
nünunələr türk dillərinin,onların ləhcə və şivələrinin praformasının,başqa sözlə ən 
qədim kökünün oğuz türkcəsinin Azərbaycan variantı olduğunu sübut etməkdədir."
                                                             
            Ekranda akademik N.Marrın şəkli görüntülənir.
            Diktor mətni:
            "Böyük dilçi alim,akademik Marr vaxtilə yazırdı..."


109
            Şəklin fonunda yazılır:
            "Türk  dillərinin  mənşəyi  nəinki  aydınlaşmayıb,bu  məsələyə  heç 
toxunulmayıb da.Türk dillərinin genezisi,yəni mənşəyi məsələsi əslində heç vaxt və 
heç kim tərəfindən diqqət mərkəzinə çəkilməyib.Hamıya bəllidir ki,türklər Asiyanın 
dərinliklərindən  baş  alıb  gəliblər,deməli  orada  yaranıblar.Ədəbi  fəallıqları  ilə 
türklər  6-cı  əsrdən  bəllidir,çinlilər  isə,türkləri  ondan  min  il  əvvəl  də  belə 
tanıyırmışlar,elə bunun əsasında da mütəxəssislər bizi öyrədirlər ki,türk dilləri öz 
konservatizmi ilə seçilir.Belə ki, 6-cı əsrə aid abidələr müasir dövrdə  mövcud olan 
dialektləri özündə əks etdirir.Belə çıxır ki,türk dilləri min üç yüz il ərzində,demək 
olar  ki.dəyişməyib.Onu  da  nəzərə  alsaq  ki,türk  dilləri  öz  təbii  mühafizəkarlığını 
əvvəlki  minilliklərdə  də  hifz  edə  bilərdilər  ,yəni  çinliləin  "zəhmət  çəkib"  onlar 
haqqında məlumat verdikləri dövrdə də,ondan qat-qat qədim dövrlərdə də.   
            Bu belədir.Hələ o da məlumdur ki,əsil izahın olmaması üzündən bu səbəb 
başqa dillərlə əlaqədar da tətbiq edilir...Lakin dillər təbiətin məhsulu deyil,dillərdə 
təbiətdən  alınma  xüsusi  cəhətlər  yoxdur.Hətta  konservatorluğun  da  öz  tarixçəsi 
var. Bir sözlə,türk dillərinin mənşəyi məsələsi çoxdan həlli çatmış elmi problemdir. 
Dilin  öyrənilməsində  və  onun  tam  dərkində  bunsuz  irəli  bircə  addım  atmaq 
mümkün  deyil.  Necə  ki,  türklərin  kütləvi  surətdə  Asiyada  yaşadığı  faktı,-
əslində,hec bunu da demək olmaz,-əsasında məhz  Asiyanın onların əcdadlarının 
vətəni  olması  ideyası  ilə  elmi  cəhətdən  razılaşmaq  olmaz...Aydın  məsələdir 
ki,türklərin və türk dilinin yaranması və inkişafı taleyi ilə müqayisədə bəşəriyyətin 
tarixi yaddaşının çox qısa bir dövrünə aid olan faktın əsasında Asiya türklərin ana 
kök vətəni kimi qəbul edilə bilməz... Deməli, türkoloqların ümumi rəyinə görə, türk 
dillərini fərqləndirən belə statik vəziyyətə və konservatorluğa nail olmaq üçün bu 
dillər  böyük  bir  ictimai  fəaliyyət  və  dinamik  dil  yaradıcılığı prosesindən  keçməli 
idi."
            Diktor kadr arxasında yazılanları oxuyur.
                                                               
            Ekrandakı yazılar itir şəkil isə qalır.Kadr aexasından diktorun səsi gəlir:
            "Akademik  Marr  türk  dillərinin  tədqiqində  hind-Avropa  dilçiliyinin 
metafiziki metodlarının tətbiqinə etiraz edərək yazırdı..."
                                                               
            Ekrandakı təsvirin fonunda yazılır:
            "Bu  ki,"quyu"dur  və  hindavropaçıların  "quyu"sundan  onunla fərqlənir  ki, 
hind-Avropa  dilçiləri  öz  sahələrində  çox  dərin  qatlara  gedib  çıxıblar  və  indi 
yoldan  dönmək  istəsələr  də.  öz  dahilərini  yerlə  bir  etmədən  buna  nai  ola 
bilməzlər.Öz dil sistemlərinin dərinliklərinə enməyə macal tapmamış türkoloqların 
"quyu"su  ilə  ortada  ümumi  bir  cəhət  var;hər  ikisinin  metodu  formal  xarakter 
daşıyır,canlı  və  zəngin  materiallar  ümmanında  səslərin  maddi  reallığına 


110
əsaslanır,hind-Avropa dilçiləri isə türklərin ayağı altında ləngər vuran insanın ilk 
doğuluş  yerindən  beşəlli  yapışaraq,  zəngin  türk  dilini  türklərin...təsərrüfat  və 
ictimai həyatı ilə əlaqələndirə bilmirlər."
           Diktor kadr arxasından yazılanları oxuyur.
                                                              
           Ekrandakı təsviri növbə ilə  görüntülənən  Qobustan və Gəmiqaya  təsvirləri 
əvəz edir.
           Diktor mətni:
           "Şübhəsiz  ki,akademik  haqlı  idi.Onun  türkoloqların  türk  dilini    türklərin 
təsərrüfatı,ictimai  həyatı  ilə  üzvi  surətdə  əlaqələndirməli  olduqları  fikri  ilə 
razılaşmamaq  olmur.Döğrudan  da  dilimizin  ən  qədim  qatlarının  üzə 
çıxarılmasında  əcdadlarımızın  ən  qədim  təsərrüfat,məişət  və  ictimai    həyatları 
haqqındakı məlumatları incələməyin böyük rolu var və məhz qədim daş dövründən 
başlayaraq  ulu  babalarımızın  həyat  və  fəaliyyətlərinin  ayrı-ayrı  sahələrini 
araşdırmaqla,  çağdaş dilimizdə həmin sahələri ifadə edən sözlərin ilkin köklərini 
bərpa etmək,dilimizin ən ilkin qatlarına qədər enmək mümkündür.Əldə olan zəngin 
folklor  nümunələrimiz  bunun  üçün    ölçüyəgəlməz  material  verir.Bu  baxımdan 
ovsunların verdiyi material daha qədim qatlara enməyə imkan yaradır."
            Ekranda Azad Nəbiyev görünür və deyir:
                                                                  
            "Ovsunların  yaranmasında  xalq  inanclarından  geniş  istifadə  edilmişdir. 
Ovsunların bəzilərini ilk baxışda inanca bənzər xüsusiyyətlərinə görə ayırmaq çox 
çətin  olur.Onların  toplanmasına  nisbətən  yeni  başlanmışdaır.Əldə  olan 
materiallar  əsasında  bu  maraqlı  janrı  aşağıdakı  mövzular  üzrə  qruplaşdırmaq 
olar; təbiət hadisələrini ram etmək üçün yaranan ovsunlar,insanın yaşayışını təmin 
edən  bitki  və  heyvanları  qorumaq  üçün  yaranan  ovsunlar,insanların  gündəlik 
məişətləri və sağlamlığı ilə əlaqədar ovsunlar."
                                                                 
            Ekranda peyda olan aktyor oxuyur:
            " İt qapma.                                               Nəzərbağlama ovsunu
                                                                             
----------------------------                                        -----------------------------
               İt üstü,                                                    Qoltuğunda üzərlik
               İtin üstü,                                                 Asdırmışam, 
               İtin gözünə                                             Kürəyində qaratikan
               Tüstü.                                                     Basdırmışam.  
                Üfü,üfü,üfü.                                           Qalxan sındıran    
                                                                               Gözünə,
                Qorxu sındırma                                      Kəl çattadan
-------------------------------------                              Sözünə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə