Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

88
           Mən nəfəsliyi açdım,üzümə işıq düşdü.    
           Baxdım sakit dənizə,gördüm qəzəbi sönüb,
           Bütün bəşəriyyətsə tamam torpağa dönüb.
           Yerlə yeksan olmuşdu dünya dümdüz dam kimi,
           Mən diz çökdüm,yaş tutdu gözlərimi...”
        Ekranda Elməddin Əlibəyzadə görünür:
        ““Bibliya”ya əsasən  Nuh gəmini Tanrının göstərişi ilə düzəldir,onun bütün 
yırtıqlarını  içdən  və  çöldən  qətranlayır.,heyvanları  və  ərzaqla  birlikdə  ailəsini 
gəmiyə  yığır.7  gündən  sonra  yağış  tökür  və  40  gün  davam  edir.  “Bilqamıs 
dastanı”nda da eyni şeylər təsvir edilir.”
                                                            
        Ekranda alimi əvəz edən aktyor oxuyur:
          “Mənim nəyim var idisə,o gəmiyə yüklədim,
            Nə gümüşüm vardısa, o gəmiyə yüklədim,
            Nə qızılım vardısa, o gəmiyə yüklədim,
            Nə heyvanım vardısa,o gəmiyə yüklədim.
            Külfətimi,nəslimi yığışdırdım gəmiyə,
            Çöl heyvanlarını da yerləşdirdim gəmiyə...”
                                                           
        Elməddin Əlibəyzadə aktyoru əvəz edir.     
        ““Bibliya”da deyilir ki,yağış kəsdikdən sonra Nuh qırx gün də gözləyir,sonra 
pəncərədən  qarğa  buraxır.  Bilmək  istəyir  ki,su  çəkilibmi,quru  yer  varmı?Qarğa 
uçub  gedir,quru  yer  tapmayıb  yenidən  geri  dönür.Bir  müddət  sonra  yenidən 
qarğanı buraxır və o,axşam dimdiyində zeytun budağı ilə qayıdır.Nuh başa düşür 
ki,artıq su çəkilməyə başlayıb.Qarğanı növəti dəfə buraxanda o gedib qayıtmır.Şu-
mer dastanında da bənzər olay təsvir edilib.”
                                                          
        Yenidən aktyor görünür:
           “Baxırdım sahillərə,görüm nə var orada.
             On iki mənzillikdə göründü bir ada.
             Həmin Nisir dağında dayandı bizim gəmi,
             Dağ gəmini saxlayıb tutmuşdu dayaq kimi. 
             Düz iki gün gəmini qoymadı tərpənməyə,
             Üç-dörd gün qoymadı,dağ gəmini saxladı,
             Beş-altı gün də keçdi gəmini buraxmadı.
             Yeddinci gün gələndə mən göyərçin çıxarıb buraxdım göyə,
             Göyərçn uçdu,uçdu,gedib döndü geriyə,
             Qonmağa yer tapmadı bir də geri qayıtdı.


89
            Qaranquşu çıxarıb,onu buraxdım göyə,
             Qaranquş uçdu,uçdu,gedib döndü geriyə,
             Qonmağa yer tapmadı bir də geri qayıtdı. 
             Mən quzğunu çıxarıb, onu buraxdım göyə,
             Quzğun yol gedib tapdı suyu çəkilmiş yeri.
             Orda yedi,qığladı,daha dönmədi geri.
             Mən çıxıb dörd tərəfin dördünə qurban verdim,
             Qalxıb dağın başına göylərə alqış dedim.”
                                                           
          Ekranda peyda olan Elməddin Əlibəyzadə deyir:
          “Dastanda  deyilənlərdən  göründüyü  kimi,Ubar  Tutunun  oğlu  Utnapişti 
gəmini  tərk  edər-etməz  qurban  verir.”Bibliya”da  eyni  şeyi  müşahidə  edirik.Nuh 
gəmidən çıxıb,səcdəgah düzəldir,Tanrıya qurban kəsir.”
                                                          
           Ekranda Naxçıvaın mənzərələri bir-birini əvəz edir və ən sonda Həzrət Nu-
hun məzarı nümayiş etdirilir.
            Diktor mətni:
            “Tövratda Nuhun gəmisinin yan aldığı dağın Anadolunun şərqindəki Ağrı 
dağı  olduğu  bildirilir.Qurani  –Kərimədə  isə  söhbət  Cudi  dağından 
gedir.”Bilqamıs  dastanı”nda  isə  bu  dağ  Nisir  dağıdır.Bu  halda  söhbət 
Naxçıvandakı Nəhcir dağından gedir.Azərbaycan rəvayətlərində isə belə deyilir:
            Nuhun  gəmisi  öncə  Cudi  dağına,daha  sonra  Ağrı  dağına  yan  alır,sonra 
Haçadağa toxunub onun zirvəsini parçalayıb haçalayır və ən sonda Nəhcir dağna 
ilişib  dayanır.Nuh  gəmidən  burada  endiyi  üçün  əraziyə  Nuhçıxan  deyilir.Hər 
halda,fakt  budur  ki,Nuhun  qəbri  Naxçıvandadır  və  minillərdir  ki,xalq  tərəfindən 
ziyarət edilir.Nuhun Naxçıvanla bağlılığı barədə mötəbər mənbələrdən biri də 1-2-
ci  əsrlərdə  yaşamış  Roma  tarixçisi  Ptolomeyin  yazdıqlarıdır.O,  Nuhun  Nuksua-
nada,yəni  Naxçıvanda  yaşayıb  burada  öldüyünü,burada  yerdən  duz  çıxarmaqla 
məşğul olduğunu  qeyd etmişdir.
            Maraqlıdır  ki,Naxçıvanda  duz  mağarası  kimi  tanınan  və  minillərdir  duz 
çıxarılan mağarada aparılmış arxeoloji tədqiqatlar burada duz istehsalına minillər 
öncə,yəni təqribən Həzrət  Nuh dövründən duz  çıxarıldığını  göstərmişdir  ki,bu da 
Ptolomeyin məlumatını təsdiq edir.
           Deyilənlərə  Səlcuqlular  dövründə  peyğəmbərin  qəbrinin  üzərində  sərdabə 
tikildiyini,sonrakı  əsrlərdə  bir  çox  səyyahların  bu  sərdabəni  ziyarət  edərək 
əsərlərində bu barədə qeydlər etdiklərini əlavə etmək lazımdır.Yəni bu şəxsin heç 
mifik şəxsiyyət deyil,real tarixi şəxsiyyət olduğu heç bir şübhə oyatmır.”
                                                           
           Ekranda dəvə karvanını hərəkətini göstərən süjet nümayiş etdirilir və Soltan 
Hacıbəyovun “karvan simfonik suitasının sədaları eşidilir.
                                                           


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə