Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

74
                                                              
            Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
            “Qodu palçığa batmışdı,
             Qarmaladım çıxartdım.
             Qızıl qaya dibindən
             Qırmızı gün çıxartdım.
             Yağ verin yağlamağa,
             Bal verin ballamağa.
             Qodu gülmək istəyir,
             Qoymayın ağlamağa.”
             Ekranda Rəşid Göyüşov görünür.O deyir:
             “Tarixdə Eneolitdən sonra gələn dövr Tunc dövrü adlanır.Bu dövr eradan 
əvvəl 4-cü minilliyin sonu və 3-cü minilliyin əvvəllərindən başlayaraq eradan əv-
vəl  2-ci minilliyin əvvəllərinədək davam edir.Misin qalay və ya sürmə ilə qarışı-
ğından alınan tunc daha möhkəm və əlverişli metal olduğundan-insan fəaliyyətinin 
bütün  sahələrinə yarmışdır.Ondan müxtəlif  növ  silahlar,əmək alətləri,məişət ava-
danlığı,bəzək  əşyaları  və  sairə  hazırlanmışdır.Arxeoloji  tədqiqatlar  göstərmişdir 
ki, Azərbaycan  ərazisi Tunc dövrü abidələri ilə zəngindir.”
                                                            
             Ekranda Rəşid Göyüşovu  H.Cəfərov əvəz edir.O deyir:
             ”Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. 
Həmin mərhələlər şərti olaraq ilk,orta və son Tunc dövrləri adlanılar.Bu mədəniy-
yətin  əsas  təşəkkül  və  yayılma  sahəsi  Kür-Araz  ovalığıdır.Lakin  Kür-Araz  mədə-
niyyətinə xas olan əlamətlər daha geniş ərazidə təmsil olunmuşdur.Bu mədəniyyə-
tin  izlərinə  Qafqazdan  başqa  Anadolu  yaylası,Şimali  İran.,Suriya  və  s.ərazilərdə 
tə-sadüf  edilmişdir.Şübhəsiz  ki  bu  mədəniyyət  Kür-Araz  ovalığında  formalaşmış 
təd-ricən ətraf ölkələrə yayılmışdır.
                                                            
             Kür-Araz  mədəniyyətinə  uyğun  gələn  ilk  Tunc  dövrü  Azərbaycanda  era-
dan  əvvəl  4-cü  minilliyin  ikinci  yarısından  3-cü  minilliyin  sonuna  qədərki  dövrü 
əhatə  edir.Ölkəmizin  bu  dövrə  aid  Babadərviş,Göytəpə,Qarahacılı,Ağtəpə,Üçoğ-
lan,Cüttəpə,Dəyirmanyeri,Mişarçay,Qaraköməktəpə,Günəştəpə,Xantəpə,Kültəpə, 
Sərkərtəpə və sairə kimi yaşayış məskənləri bir qayda olaraq çay kənarında,bulaq-
ların yaxınlığında,başqa sözlə yaşayış və təsərrüfat üçün əlverişli sahələrdə,strate-
ji baxımdan yaxşı mühafizə edilən təbii təpə üzərində salınırdı.Füzuli rayonu ərazi-
sindəki  Qaraköməktəpə,Təbriz  yaxınlığındakı  Yanıqtəpə,Urmiya  ətrafındakı  Göy-
təpə kimi bəzi yaşayış məskənləri qalın müdafiə divarı ilə əhatə edilmişdi.
           Bu 
dövrün 
Cüttəpə,Üçoğlan,Qarahacılı,Qaraköməktəpə,Qobustandakı 
“Dai-rə”  və  sairə  kimi  bəzi  yaşayış  məskənləri  əvvəllər  yaşayış  olmayan  
sahələrdə,Kül-təpə, Babadərviş, Yanıqtəpə, Göytəpə  və  sairə  kimi  məskənlər isə 


75
Eneolit  dövrü  kəndlərinin    yerində    yaranmışdı.  Bu    məskənlərdə  bir  neçə  tarixi 
dövrün  izləri  qal-mışdır.  İlk  Tunc  dövründə  əhalinin  sayı  artmış,  yaşayış 
məskənləri  daha  böyük  sahəyə,bir  çox  halda  3  hektardan  artıq  sahəyə    malik 
olmuşdur.  Tikinti    texnikasında  Eneolit  dövrünün  ənənələri,Yəni  dairəvi  və 
düzbucaqlı  binaların  inşası  davam  etdi-rilmişdir.Lakin  binalar  həm  ölçü 
baxımından,həm  də  davamlılıq  baxımından  xeyli  fərqlənirdi.Evlərin  və  təsərrüfat 
tikililərinin bünövrəsi əsasən daşdan,divarı çiy kərpicdən  inşa  edilmiş, binaların 
bir  qismi  isə  çubuqdan  hörülüb  suvanmışdır.Mingə-çevir  ərazisində  yarımqazma 
tipli  evlərə  də  təsadüf  edilmişdir.Binanı  qızdırmaq  və yemək    hazırlamaq    üçün  
nəzərdə    tutulmuş  ocaqlar  evin  mərkəzində  və  ya  künclə-rində  qurulurdu.Xüsusi 
quruluşlu ocaq qurğuları Kür-Araz mədəniyyətinin səciy-yəvi əlamətlərindən 
biridir.Gildən hazırlanmış ocaq qurğuları əsasən nal şəklində-dir.Başqa tip ocaq 
qurğuları da geniş yayılmışdı.”
                                                            
           Ekranda ilk Tunc dövrünə aid yaşayış evlərinin və məhəllələrinin qrafik təs-
virləri görüntülənir.
           Diktor mətni:
           “İlk  Tunc  dövrünün  yaşayış  məskənlərindən,xüsusən  də  ətrafına  müdafiə 
sədləri çəkilmiş məskənlərdən ilk şəhərlər kimi söz açmaq mümkündür.Şumer şə-
hərlərinin yaşıdı,hətta daha qədim olan bu şəhərlərin  İkiçayarasının  erkən  şəhər-
ləri ilə əsas ümümi cəhətlərindən  biri  müdafiə  sədlərinin  qurulması idi.Bu ba-
rədə “Bilqamıs dastanı”nın akkad variantında maraqlı məlumat bulunmaqdadır.”
                                                             
            Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
            “O hər sirri bilərdi,o hər şeyi görərdi,
             Yeri su basmasından bizə xəbər verərdi.
             Uzun yollar dolaşıb,yorulub əldən düşdü,
             Başına gələnləri sal bir qayaya döydü,
             Sonra hasara alıb,adını Uruk qoydu.
             Müqəddəs Eananın qalası oldu Uruk.
             Divarlara nəzər sal,bürcləri düzüm-düzüm,
             Bu cür səddə bərabər sədd görməz əsla gözün.
             Keçmişin yadigarı bu qədim divara bax,
             İştarın mənzilinə-Eanaya gəl çıxaq.
             Heç gələcək şahlar da tikə bilməz bu sayaq.
             Çıx Uruk qalasının divarı üstə, yeri,
             Gor bünövrə necədir,necədir kərpicləri.                                           
           Divar bişmiş kərpicdən bərk hörülüb başa-baş, 
           Yeddi müdrikmi qoyub qalanın himinə daş?”
                                                          


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə