Аzərbaycanda iNŞaat və memarliq


АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix26.01.2018
ölçüsü0,71 Mb.
#22495
1   ...   12   13   14   15   16   17   18   19   20

36 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

№2. 2017 

 

Çin  məscidi  (1375-ci  il),  Molla  Əhməd  məscidi  (XIV  əsr),  Şeyx  İbrahim  məscidi  (1415-ci  il), 



Mirzə  Əhməd  məscidi  (1347-ci  il)  aiddir.  Bakı  ətrafındakı  kəndlərdə  də  bir  çox  məscidlər          

(8 tikili)  I  mərhələyə  aiddir. 

Bunlardan əlavə öz qruruluşu və obrazları, dekorativ tərtibatı ilə fərqlənən məscidlər də var 

ki, onlara aşağıdakıları aid etmək olar: 

Hacı Banu məscidi - Şirvanşahlar kompleksində yerləşir və o, İçəri Şəhərin qoruq zonasına 

daxildir. 

Hacı-Heybət məscidi - memar Hacı Heybət tərəfindən tikilib (1206-cı il). O, İçəri Şəhərin 

sıravi  yaşayış  kvartalları  tikilisinə  aiddir.  Məscid  XVIII  əsr  abidələrinə  aid  olub,  özündə  İçəri 

Şəhərin dini tikililərinin inkişafını əks etdirir. 

Bəy  məscidi  1895-ci  ildə  tikilib.  Onun  tikintisində  Bakı  milyonçusu  Murtuza  Muxtarov, 

İbrahim  Şirvani,  inşaatçı  Mirəli-ən-Naki  Seyid  Hüseyn  iştirak  etmişlər.  O,  qədim  bir  məscidin 

yerində  tikilsə  də,  küçə  planının  xarakterinə  çox  əlverişli  şəkildə  uyğunlaşdırılmışdır.  Onun 

kompozisiyasını  tamamlayan  çox  incə  gövdəli  minarəsidir.  Uzunsov  planlıdır,  girişi  dar 

dalandandır,  ibadət  zalı  yay  tağlar  vasitəsilə  üç  seksiyaya  bölünür,  damı  mərkəzdən  barabanlı 

günbəzlə, yanlardan isə yarıgünbəz örtüklərlə tamamlanmışdır. 

Molla  Nəsrullah  məscidi  (1375-ci  il).  Bu  məscidin  üzərində  olan  Qazi  əl  Qüzzatın  adı 

pozulmuşdur, həkkanın adı Əl Arifdir. 

Şirvanşahlar kompleksinin aşağı həyətində, türbənin yanında 2 otaqdan ibarət kiçik köhnə 

məscidin  xaçvari  formalı  planı  var.  Məscidin  şimal-şərq  küncündə  daş  məhəccəri  saxlayan 

stalaktit  qurşaqlı  minarə  ucalır  və  minarə  qurşağının  altında  «nəxş»  xəttilə  yazılan  kitabə  var 

(1441-42-ci illər). Ola bilsin ki, bu Sultan Xəlilullaha mənsub olan məsciddir. Bu məscid uçulub, 

onun yalnız özülü qalıb.  

Ləzgi  məscidi  (şək.1).  Məscidin  içərisində,  mehrabın 

üstündə (1171-1172-ci il) bədii oyma və ustad rəssam Aşır İbn 

İbrahim  Bakuvi  yazılmış  daş  kitabə  var.  O,  XIII  əsr  abidəsi 

olaraq dövrümüzə qədər gəlib çatmışdır. 

Bəzzaz  məscidi.  Zərduştlük  dövründən  qalmış  alban 

kilsəsidir. Sonradan müsəlman məscidi olmuşdur. 

Bu dövrün ilk tikilisi Məhəmməd İbn Əbu Bəkr (“Sınıq 

Qala”)  məscididir  (şək.  2).  O,  qədim  atəşpərəstlik  məbədinin 

yerində  tikilmişdir.  Məscidin  dəhliz  hissəsi  ən  böyük  sahəyə 

malik olub şimal tərəfdən bir kameralı baş ibadət zalına bitişir. 

İbadət zalı çox möhkəm bir çatma günbəzlə örtülmüş, qərb və 

şərq  tərəfdən  pəncərələrlə  təmin  edilmişdir.  Məhəmməd 

məscidi də Cümə məscidi kimi bir neçə dəfə sökülüb-tikilmiş 

və  bu  gün  bir  hissəsi  bərpa  edilmişdir.  Hesab  edilir  ki,  bu 

məscid də odpərəst - atəşgah məbədinin yerində tikilmişdir.  

İkinci  dövr  məscidləri  qeyd  olunduğu  kimi,  şəhərin  tarixi  inkişafının  yeni  mərhələsinin 

yaranmasında  önəmli  yer  tutur.  Məsələn,  Hacı  Heybət  məscidi  (1791-ci  il)  Kiçik  Qala 

döngəsinin aksentinə çevrilərək, öz günbəzi və ondan bir az aralı olan əzəmətli, hündür minarəsi 

ilə şəhərin siluetinə  yeni  çalarlar  əlavə  etmişdir “Bəylər” məscidi isə (XIX  əsr) Məmmədyarov 

küçəsinin  yaddaşına  yeni  nəfəs  gətirmişdir.  Orta  əsrlərdə  İçəri  Şəhərə  gələn  bir  çox  səyahətçi, 

 

Şəkil 1. Ləzgi məscidi  



№2. 2017 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

37 



 

tacir, alimlər (Övliya Çələbi, İ.Berezi, Q.Sarabski, O.Foster, İ.Zabaloski) öz qeydlərində məhəllə 

məscidlərinin xüsusiyyətləri haqqında yazırdılar ki, onlar şəhər ərazisinə səpələnərək ictimai-dini 

mahiyyət daşıyırlar [2]. 



 

Şəkil 2. Məhəmməd ibn Əbu Bəkr (“Sınıq Qala”) məscidi 

 

İçəri  Şəhər  məscidlərinin  qorunma  və  bərpa  yollarını  müəyyən  etmək  üçün  ilk  növbədə 

onların  müasir  problemlərinin  həlli  zəruriliyini  isbat  etmək  lazımdır.  Beləki,  Bakının  coğrafi 

mövqeyinə  Xəzər  dənizinin  təsirinin,  Azərbaycanın  xarici  dövlətlərlə  iqtisadi  əlaqələrinin, 

yarımadada olan  yeraltı  sərvətlərin və qədim dövrlərdən zəvvarların sitaiş  etdiyi dini  ocaqların 

memarlıqda  mühüm  rolu  olmuş  və  müasir  dövrdə  bu  tarixi  abidələrin  qorunub  saxlanılması 

vacibdir.  İçəri  Şəhərin  əsas  tikililəri  orta  əsr  abidələrinə  aiddir.  Onların  bəziləri  ənənəvi 

konstruksiyalara söykənsə də, zaman keçdikcə nisbətən yararsız hala düşmüş və deformasiyaya 

uğramışlar.  Digərlərinin  isə,  müasir  memarlıq  həlləri  -  rekonstruksiya  zamanı  iç  məkan 

elementləri  dəyişdirilərək,  tam  başqa  bir  formada    yenidən  istifadəyə  verilmişdir

  (məs.  Cümə 

məscidi  (şək.3))  [3]. 

 

Şəkil 3. Cümə məscidi (rekonstruksiyadan sonra) 

Hər  halda,  hesab  edirik  ki,  İçəri  Şəhərin  ən  qədim  məscidi  sayılan  “Sınıx  qala” 

(Məhəmməd) məscidinin (XI  əsr), Cümə məscidinin (XIX əsr) və digər məscidlərin xalqımızın 

mədəni  irsi  kimi  qorunub  saxlanılması  və  onların  fəaliyyətinin  davam  etdirilməsi  yollarının 

müəyyən edilməsi bu gün çox aktual məsələdir. 

Mövcud  dini  tikililərin  memarlıq  irsi  kimi  qorunub  saxlanılması  üçün  analitik  təhlillərin 

aparılması,  qala  abidələrinin  fiziki  və  mənəvi  cəhətdən  qorunması,  konservasiya  və  ya 

rekonstruksiya yolları ilə onların bərpası vacibdir. Məsələn, Avstriya kompaniyası “Atelier Erich 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə