Аzərbaycanda iNŞaat və memarliq


АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix26.01.2018
ölçüsü0,71 Mb.
#22495
1   ...   12   13   14   15   16   17   18   19   20

38 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

№2. 2017 

 

Pummer” bu gün Qız qalasında bərpa işlərini davam etdirir və orada müasir bərpa metodlarını 



tətbiq edir. 

Qeyd etmək lazımdır ki, bərpa və rekonstruksiya işləri şəhərsalma üzrə mövcud norma və 

qaydalarına  əsasən  elmi  əsaslandırılmalıdır.  Odur  ki,  abidələr  öncədən  öyrənilib  - 

araşdırılmayıbsa, onların üzərində hər hansı bir bərpa işlərinin aparılması düzgün deyil [4]. 

Memarlıq irsinin qorunması bu gün ölkəmizdə turizmin inkişafı üçün də vacibdir. Belə ki, 

memarıq  abidələri  özlərində  zəngin  tarixi  informasiya  daşıyır.  Təcrübələr  göstərir  ki,  bu  kimi 

abidələrin  təhlilinə  xüsusi  diqqət  ayırmaq  lazımdır,  çünki  onlardan  bəziləri  kompleks  şəklində 

(yəni, həm məscid kimi, həm də, memarlığın bədii gözəlliyini özündə əks etdirən turizm obyekti 

kimi),  digərləri  isə,  yalnız  öz  funksiyasına  münasib  olaraq  əhalinin  ibadət  yeri  kimi  fəaliyyət 

göstərir. 

Belə  ki,  bərpa  prosesini  vahid  bir  iş  kimi  yerinə  yetirmək  üçün  öncə,  abidənin  uçulma-

dağılması,  irsi  statusu  müəyyənləşdirilməli,  yalnız  ondan  sonra  onun  sosial  mədəni  statusuna 

uyğun olaraq bərpası haqqında qərar verilməlidir. Alimlər belə hesab edirlər ki, onlar hal-hazırda 

dəbdə  olan  “stilizatorlanmış”  metoddan  istifadə  etməlidirlər,  çünki  bəzən  abidə  üçün  təklif 

olunan  “konservasiya  metodu”  bərpa  üsulunun  bir  yolu  olsada,  öz  müsbət  nəticəsini  çox  az 

hallarda verir [5]. 

Abidələrin  bərpa-qorunma  məsələlərinin  həllində  hər  iki  üsulun  pozitiv  və  neqativ 

tərəflərini  araşdıraq:  məsələn,  Azərbaycanın  görkəmli  alimi  R.Əmənzadənin  fikrincə  memarlıq 

abidələrinin  “rekonstruksiya”sının  “bərpa”dan  bir  sıra  prinsipial  fərqliliyi  var.  Beləki,  “bərpa” 

prosesində abidələrin ilkin materiallarının yenidən istifadəsi vasitəsilə onların strukturu bərkidilir 

(yəni,  deformasiyaya  uğramış  elementlər  bərpa  olunur,  və  ya  sonradan  əlavə  edilmiş  üst  qatlar 

aradan  qaldırılır),  lakin  bəzən,  səriştəsiz  müdaxilə,  bir  qayda  olaraq,  abidənin  deqradasiyasına 

gətirib çıxardır. Digər halda, abidələrin “rekonstruksiyasi” zamanı isə, onlarda aparılan tikinti və 

tərtibat  kimi  işlərin  nəticəsində  həmin  binaların  funksional  keyfiyyətləri  bərpa  olunur  və  hətta, 

binanın təyinatı da dəyişdirilir. Belə olan halda, abidənin yeri və tikintinin əhatə zonası ətrafda 

olan  tikililərə  də  öz  təsirini  göstərir.  Buna  görə  də,  abidələrin  qorunması  üçün  abidələrin 

mühafizə  sərhədləri  müəyyən  edilməlidir.  Belə  qaydalara  riayət  olunması  abidələrin 

yaxşılaşdırılmasına  və  onların  ömrünün  uzadılmasına  kömək  edir.  Əsaslandırılmamış  tədbirlər 

aibidələrin  bir  tarixi  yaddaş  kimi  tənəzzülünə  gətirib  çıxardır.  Məsələn,  abidənin  səhv  aparılan 

“təmiri”,  qaydasız  söküntüsü,  yaxınlığında  yeni  tikililərin  aparılması  və  s.  səbəblər  abidələrin 

əvvəlki görünüşünün və memarlıq obrazının itməsinə gətirib çıxarır [6]. 

Lakin  bir  faktı  da  yaddan  çıxarmaq  olmaz  ki,  abidələrin  bədii-memarlıq  obrazı  çox  vaxt 

onun  yerləşdiyi  regionun  ənənəvi  motivləri  əsasında  qurulur,  bu  üzdən  onların  qorunması  və 

istifadəsi  də  yerləşdikləri  məkanın  mədəni  və  iqtisadi  potensialının  maraqları  ilə  üst-üstə 

düşməlidir. Buna  görə  İçəri Şəhərin dini abidələri də buranın  yerli  əhalisinin tələblərinə  cavab 

verir.  Onlardan  bəziləri,  əhalinin  maarifləndirilməsinə  xidmət  edərək  məktəb-məscid  (mədrəsə) 

və dini biliklərin mənimsənilməsi üçün kitabxana kimi istifadə edilir. Lakin dünya praktikasında 

belə bir hal müşahidə olunur ki, bəzi xüsusi təyinatlı abidələr irsi memarlıq abidəsi kimi qorunsa 

da,  həm  də,  sırf  beynəlxalq  turizm  biznesinə  xidmət  edərək  muzey  kimi  turistlərin  ixtiyarına 

verilir (məsələn, Bakıdan 60 km aralı olan «Qobustan qayalıqları»nın təsvirləri) [7]. 

Beləliklə, deyə bilərik ki, Abşeronun, o cümlədən də, Bakı qalasının memarlığı zəngin və 

geniş diapazonlu olub, həm də, özündə regionun tarixi etno-psixoloji xüsusiyətlərini əks etdirir. 




№2. 2017 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

39 



 

35  min  il  bundan  qabaq  –  Qobustan  qayaları,  8  min  il  b.e.ə.  -  Qız  qalası  və  X  əsrdən  əvvəl 

ucaldılan «Sınıx qala» məscidi onu göstərir ki, bu abidələr fərqli dini istiqamətlərə (zərdüştlük, 

xristianlıq, islam) mənsubdur, bu səbəbdən onların qorunması vacibdir. Əfsuslar olsun ki, bəzən 

onların konservasiyası (Şirvanşahlarlakı  «Şah məscidi» və Bakuvinin məqbərəsi  yaxınlığındakı 

məscidin  özülləri  (şək.4))  və  barpası  (Cümə  məscidi,  Sınıx  qala  –  Məhəmməd  məscidi,  Hacı 

Banu  və  s.  məscidləri)  hissəli  tərtibatla  aparılmışdır,  çünki  onların  istinad  planlarının  eskiz 

cizgiləri  yoxdur  və  bəziləri  fərdi  məhəllə  daxilində  yerləşir.  Abidələrin  qorunması  yollarından 

biri  də  onların  ətraflarında  mühafizə  olunan  landşaft  zonalarının  salınması,  yaxınlıqda  yeni 

tikintinin qadağan olunması və abidələrin elmi təsnifatlarının  aparılması sayıla bilər.  

 

Şəkil 4. Bakuvinin məqbərəsi qarşısındakı məscidin özülləri 

Məsələn,  İçəri  Şəhərdə  məscid  və  digər  dini  tikililərin  yaxınlığında  (Sınıx  qala 

yaxınlığında) kommersiya və siyasi maraqlara qulluq edən firma və kompaniyaların, korporasiya 

tikintilərinin  olması  onların  tarixi,  bədii  dəyərini  aşağı  salır.  Qeyd  edək  ki,  bu  cür  tikintilərin, 

eləcə  də,  müasir  üslubda  tikilmiş  fərdi  yaşayış  binalarının  və  onların  dəbdəbəli  balkon-

şüşəbəndlərinin sayı artdıqca İçəri Şəhərin formalaşmasının dövr mərhələlərinin əlaqəsi itir. Bu 

səbəbdən  də,  müəyyən  normalar  və  qorunma  tədbirləri  təyin  edilməli  və  onların  işləmə 

mexanizmləri hazırlanmalıdır [5].  

Bu  gün  irsi  abidələrin  qorunma  zonasının  yaradılması  və  şəhərsalma-memarlıq 

prinsiplərinə  əməl  olunması  bu  abidələrin  qorunması  üçün  görülən  tədbirlərdən  biridir  və 

bunlarla  yanaşı  abidələrin  qorunması  və  istifadəsi  yolunda  aşağıdakı  tədbirlərin  aparılması  

məqsədəuyğun olar: 

1. Abədələrin morfoloji və funksional xüsusiyyətini nəzərə alaraq onların ümumi formada 

bərpasını və ya bütövlükdə regenerasiyasını aparmaq; 

2.  Abidələrin  və  ya  konstruktiv  elementlərinin  yeniləşməsi  məqsədilə  modernizasiya  və 

renovasiya üsullarından istifadə etmək; 

3.  Abidələrin  əsas  yükdaşıyan  konstruksiyalarının  konstruktiv  elementlərinin  70% 

deformasiyası şəraitində radikal rekonstruksiya təklif oluna bilər və bu zaman binanın 

tarixi üslubu qorunub saxlanılmalıdır  [6]. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə