Аzərbaycanda iNŞaat və memarliq


АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix26.01.2018
ölçüsü0,71 Mb.
#22495
1   ...   12   13   14   15   16   17   18   19   20

42 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

№2. 2017 

 

UOT 711.01 

AZƏRBAYCAN RESPUBLİKASININ YENİ ŞƏHƏRLƏRİNİN İNKİŞAF MƏSƏLƏLƏRİ 

dissertant N.Y.Məmmədov Azərbaycan Memarlıq və İnşaat Universiteti 

ВОПРОСЫ РАЗВИТИЯ НОВЫХ ГОРОДОВ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 

диссертант Н.Ю.Мамедов Азербайджанский Архитектурно-Строительный Университет 

ISSUES OF DEVELOPMENT OF THE NEW CITIES OF AZERBAIJAN REPUBLIC 

phd N.Y.Mammadov Azerbaijan University of Architecture and Construction 

Xülasə:  Azərbaycan  respublikası  şəhərlərinin  XX  əsrin  70-80-ci  illərində  hazırlanmış  baş 

planlarının  analizi  göstərir  ki,  sonradan  hazırlanmış  baş  planların  hamısı  yaranmış  planlaşdırma 

sistemlərinin  qismən  düzəldilməsini  hədəfləyir.  Ancaq  bununla  yanaşı,  bərpa  edilən  və  yeni  şəhərlərin 

məkan  strukturlarının  analizi  göstərdi  ki,  irsən  keçən  şəhərsalma  törəmələri  nə  qədər  əhəmiyyətli  rol 

oynayır.  Yeni  strukturların  yaradılması  sərbəst  forma  seçiminə  görə  deyil,  şəhər  ərazisinin  tədricən 

genişlənməsinin  obyektiv  qanunauyğunluqlarının  təsiri  altında,  şəhər  karkasının  artımı,  yeni  şəhər 

mühitinin  mədəni  mənimsənilməsi  və  köhnənin  uyğunlaşma  proseslərinin  təsiri  altında  baş  verir. 

Şəhərsalma  prosesinin  bu  xarakteri  şəhərin  əhalisinin  artımını,  şəhər  həyat  tərzinin  yayılmasını,  yeni 

sakinlərin  ictimai-mədəni  uyğunlaşmasını,  bir  sözlə,  şəhər  mədəniyyətinin  mürəkkəb  inkişaf  yollarını 

dəstəkləməli və əks etdirməlidir. 



Açar  sözlər:  baş  plan,  planlaşdırma  sistem,  bərpa,  şəhərsalma,  struktur,  şəhər  karkası,  şəhər 

mədəniyyəti. 



Аннотация:  Анализ  разработанных  в  70-80-е  гг.  XX  в.  генеральных  планов  городов 

Азербайджанской  Республики  показывает,  что  в  целом  все  вновь  разработанные  генеральные 

планы преследуют цель частичного исправления сложившихся планировочных систем.   

Однако,  наряду  с  этим,  анализ  пространственных  структур  реконструируемых  и  новых 

городов  показал,  сколь  существенную  роль  играют  унаследованные  градостроительные 

образования. Создание новых структур должно происходить не по произвольному выбору формы, 

а  под  влиянием  объективных  закономерностей  постепенного  расширения городской  территории, 

роста  каркаса  города,  процессов  адаптации  старой  и  культурного  освоения  новой  городской 

среды.  Характер  этого  градостроительного  процесса  должен  отражать  и  поддерживать  рост 

населения  города,  распространение  городского  образа  жизни,  социально-культурную  адаптацию 

новых жителей, словом - сложные пути развития культуры города. 

Ключевые 

слова: 

генеральный 

план, 

планировочная 



система, 

реконструкция, 

градостроительство, структура, городской каркас, городская культура. 

Summary: The analysis of the master plans of the cities in the Republic of Azerbaijan developed in 

the 70-80

th

 of the 20



th

 century shows that in general all newly developed master plans pursue the aim of 

the partial correction of existing planning systems.  

However,  the  analysis  of  spatial  structures  of  the  reconstructed  and  new  cities  has  shown,  that 

inherited urban formation played the essential role. Creation of new structures must take place not on the 

arbitrary  choice  of  form,  but  under  the  influence  of  objective  regularities  of  gradual  expansion  of  the 

urban area, the growth of the city’s framework, processes of adaptation old and cultural development of 

the  new  urban environment. The  character  of this  town-planning  process should  reflect  and  support  the 

population  upsurge  of  the  city,  circulation  of  a  municipal  way  of  life,  welfare  adaptation  of  new 

inhabitants, by a word - complex ways of cultural development of the city. 



Key words: master plan, planning system, reconstruction, urban planning, structure, framework of 

the city, town culture. 

Azərbaycan  Respublikasının  sosial  və  iqtisadi  inkişafının  hər  yeni  mərhələsi  məhsuldar 

güclərin yerləşdirilməsi, xammal və əmək resurslarının daha rasional istifadəsi, artıq salınmış və 

yeni şəhərlərin tikintisinin sonrakı inkişaf zərurəti ilə sıx bağlı olan çox əhəmiyyətli şəhərsalma 

məsələlərinin eyni zamanda elmi və praktik həllini tələb edirdi. Respublikada bu məsələlər 1920-

ci ildən sonra əsasən uyğun planlaşdırma, şəhərsalma və müəyyən sahə üzrə orqanlar tərəfindən 

həll edilirdi. 




№2. 2017 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

43 



 

Nəticədə,  XX  əsrdə  respublikada  sənayenin  və  kənd  təsərrüfatının  inkişafı  artdı  və 

Sumqayıt  kimyaçılar  və  metallurqlar  şəhəri,  Mingəçevir  energetiklər  şəhəri,  Şirvan,  Daşkəsən, 

Neftçala şəhərləri və s. kimi yeni sənaye mərkəzlərinin tikintisi intensiv həyata keçirilirdi.  

Mühəndis  təminatlı  energetika  kompleksləri,  yol-nəqliyyat  sisteminin  böyük  obyektləri 

tikilirdi.  Ancaq  həmin  dövrdə  maksimal  iqtisadi,  sənaye  cəhətdən  qənaətli  effektə  nail  olmağa 

həmişə müvəffəq olmurdu. Sadalanan iqtisadi və şəhərsalma məsələlərinin həllində əsasən ərazi 

üzrə  planlaşdırmaya  əsaslandırılmayan,  müəyyən  sahə  üzrə  planlaşdırmaya  istinad  edirdilər. 

Dövlət  şəhərsalma  sənədi  kimi  rayon  planlaşdırmasının  böyük  sosial  və  iqtisadi  effektivliyinə 

baxmayaraq,  Azərbaycanda  yalnız  XX  əsrin  60-cı  illərində  müasir  elmi-texniki  səviyyədə 

şəhərsalma  məsələlərinin  kompleks  həllində  mühüm  rol  oynayan  rayon  planlaşdırmasının  elmi 

cəhətdən  əsaslandırılmış  layihələrinin  hazırlanmasına  və  tamdəyərli  reallaşdırılmasına  lazımi 

diqqət  ayırmağa  başladılar.  Buna  görə  təəccüblü  deyil  ki,  məskunlaşma  və  yeni  şəhərlərin 

tikintisinin  planlaşdırılmasında  hesablamalarda  səhvlərə  yol  verilirdi.  Yeni  şəhərlərin 

məskunlaşdırılmasında  və  onların  inkişaf  perspektivlərinin  müəyyənləşdirilməsində  məlum  

yanaşma  mənfi  təsir  göstərirdi.  Bununla  əlaqədar  olaraq  şəhərlərin  və  məskunlaşma  yerlərinin 

tikintisinin  memarlıq-planlaşdırma  keyfiyyətləri  və  kapital  qoyuluşunun  iqtisadi  effektivliyi 

kəskin  aşağı  düşürdü.  Yaşayış  kvartallarının  və  mikrorayonların  kompleks  tikintisinin  həyata 

keçirilməsi  çox  vaxt  təmin  olunmurdu  və  bu  da  əhalinin  mədəni-məişət  xidmətinin  qüsurlu 

olmasına  gətirib  çıxarırdı.  Yeni  şəhərlərdə  lazımi  obyektlərin  tikintisinin  maliyyələşdirilməsi 

həmin  dövrdə  şəhərsalma  sənədlərinə  uyğun  deyil,  bununla  əlaqədar  olaraq  tez-tez  yaşayış 

evlərinin,    mədəni-məişət  xidməti  obyektlərinin  və  mühəndislik  şəbəkələrinin  tikintisində, 

istehsalat obyektlərinin tikintisindən geriqalma halları baş verirdi. Vətəndaşların həyat və əmək 

şəraiti üçün daha az zaman kəsiyində optimal şəraitin təmin olunması məqsədilə yeni şəhərlərin, 

onların  ictimai  mərkəzlərinin,  yaşayış  rayonlarının  və  sənaye  zonalarının  planlaşdırılması  və 

tikiliməsinə,  onlar  arasında  tam  dəyərli  funksional  qarşılıqlı  əlaqənin  təşkilinə  qoyulan  müasir 

sosial tələblər yetərincə təmin olunmurdu. 

Şəhərsalmanın  iqtisadiyyat  problemlərinə,  xüsusilə  şəhərin  bütün  zonalarında  tikintinin 

optimal sıxlığının müəyyənləşdirilməsi, şəhər ərazilərindən istifadə effektivliyinin bilavasitə asılı 

olduğu  tikilinin  mərtəbələrinin  sayı  kimi  mərkəzi  məsələlərə;  şəhərin  planlaşdırma  strukturu, 

həmçinin  onun  həcmini  və  nəqliyyat  əlaqələrinin  və  mühəndis  şəbəkələrinin  ölçüsündən  asılı 

olaraq  xərclərin  xüsusi  çəkisini  müəyyən  edən  məsələlərinə;  ətraf  mühitin  qorunması  və 

yaxşılaşması məsələlərinə; əhalinin perspektiv sayının əsaslandırılması və xüsusilə inkişaf edən 

kiçik şəhərlərdə məskunlaşmanın optimal variantının seçimi məsələlərinə az diqqət yetirilirdi. 

Belə  ki,  yeni  Mingəçevir  şəhərinin  ərazi  məskunlaşması  zamanı  bəzi  əhəmiyyətli 

şəhərsalma amilləri tamamilə nəzərə alınmamışdır. Burada güclü enerji mənbəyinin mövcudluğu 

qabaqcadan  perspektivli  sənaye  inkişafının  və  əhalinin  əhəmiyyətli  artımının  xüsusilə  mühüm 

ilkin  şərtlərini  yaradırdı.  Lakin  məlum  oldu  ki,  şəhər  gələcək  ərazi  inkişafı  üçün  məhdud 

imkanları  olan  meydançada  uğursuz  şəkildə  yerləşdirilmişdir.  Uzun  illərdir  bu  şəhər,  şəhər 

ərazisinin  və  onun  əhatəsinin  ağır  geoloji  və  hidroloji  şərtləri  səbəbindən  yeni  istehsal 

obyektlərinin  və  yaşayış  evləri  tikintisinin  yerləşdirilməsi  zamanı  fövqəladə  böyük  çətinliklər 

yaşayır.  Şəhərin  sahil  zonasının  böyük  hissəsində  ümumiyyətlə  hər  cür  tikinti  qadağan  edildi. 

Bozdağın yamacında qalın çöküntü təbəqəsi üzərində tikilmiş yeni xəstəxana və onun mühəndis 

şəbəkələri artıq istismara verilmə anında hər bina və qurğunun altındakı qruntda baş verən sudan 




44 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

№2. 2017 

 

yuyulmanın qarşısının alınması üzrə böyük təmir-bərpa işləri, əlavə tədbir və xərclər tələb etdi. 



1972-ci  ildə  Sumqayıt  yeni  şəhərinin  tikintisinin  birinci  növbəsi  başa  çatmışdı.  Şəhərin 

növbəti  inkişafı  və  tikintisi  üçün  yeni  baş  planın  hazırlamasına  başlanmış,  ümumittifaq 

müsabiqəsi  keçirilmiş  və  şəhərin  mərkəzi  hissəsinin  ətraflı  planlaşdırılması  layihəsi  təsdiq 

edilmişdir,  tikinti  eskizi  ilə  mərkəzi  hissənin  küçələrinin  layihələri,  sənaye  rayonunun 

planlaşdırma  layihələri,  şəhərin  mühəndislik  avadanlığı  layihələri,  həmçinin  istilik  təchizatı  və 

qrunt  sularının  səviyyəsinin  endirilməsi  üçün  drenaj  layihələri  və  s.  hazırlanmışdır.  Belə 

görünürdü  ki,  hər  şey  tikintinin  layiqli  davam  etdirilməsi  üçün  edilmişdir,  ancaq  Respublika 

Sənaye  Tikintisi  Nazirliyi  həmin  dövrdə  tikintinin  lazımi  istehsalat  bazasının  vaxtında 

hazırlanması ilə bağlı məsələni həll etmədi. Nəticədə, on il boyunca şəhərin mərkəzi hissəsində 

yeni  böyük  mikrorayonlarının  ərazisində  nümunə  üçün  beşmərtəbəli  evlərin  inşası  təcrübəsi 

həyata  keçirilirdi,  ancaq  9-12  mərtəbəli  binaların  tikintisi  üçün  nəzərdə  tutulan  ərazilər 

tikilməmiş qaldı. Mühəndis kommunikasiyaları, küçələr və  keçidlər çəkilirdi. İnşaatçılar  yalnız 

1980-1981-ci illərdə DSK-3 Sumqayıt zavodunun gecikmiş bərpasını sona çatdırdılar və inşaatın 

əsas  həcmini  əhatə  edən  doqquzmərtəbəli,  iri  panelli  yaşayış  evlərinin  tikintisinə  başladılar. 

Əhalinin  mədəni-məişət  xidmət  obyektlərinin,  həmçinin  mağaza,  uşaq  bağçası,  məktəblərin 

tikintisi tez-tez geri qalırdı. Bütün bunlar tikinti sıxlığının az olduğuna, həmçinin artıq hazır olan 

bahalı  mühəndis  şəbəkələrinin  gücünə  görə  defisitli  şəhər  ərazilərinin  son  dərəcə  irrasional 

istifadəsinə    gətirirdi.  Çox  illər  şəhərin  mərkəzi  hissəsində  mikrorayonların  tikintisi  qurtarmaq 

bilmirdi və əhali faktiki olaraq, tikinti gedən inşaat meydançasında yaşamağa məcbur edilmişdi. 

Bununla yanaşı yeni ərazilərin, qismən tikilməkdə olan beşmərtəbəli evlərin hazırlıq işlərinə və 

mühəndis qurğularına böyük vəsaitlər xərclənmişdi. Yalnız 90-cı illərdə yaranmış ağır vəziyyəti 

dəyişmək mümkün oldu. 

Qeyri-uzaqgörən  yanaşma  vaxtilə  Şirvan  yeni  şəhərinin  təbii  sərhədləri      daxilində: 

Hacıqabul  gölü,  neft  istehsalı  əraziləri,  şose,  dəmir  yolu  və  əsas  Şirvan  kollektoru  arasında, 

inkişafının  proqnozlaşdırılmasında  da  göstərilmişdir.  Şəhərin  inkişafı  üçün  lazımi  ərazi 

ehtiyatlarının yoxluğu, ilkin baş planın hesablanma müddəti başa çatmqdan əvvəl özünü biruzə 

verdi və yeni sənaye, mənzil və mədəni-məişət binalarının yerləşdirilməsində böyük çətinliklər 

doğurdu.  Nəticədə  dəmir  yolu  lazımi  sanitar-mühafizə  əlaqəsi  və  təchiz  edilmiş  keçidlərdən 

məhrum olaraq yaşayış tikintisinin arasında qaldı. Bu mikrorayonun sakinləri və onların uşaqları 

dəfələrlə dəmir  yolunu  keçmək məcburiyyətində  qalırdılar ki,  bu da bədbəxt  hadisələrə  gətirir. 

Ancaq  80-ci  illərdə  dəmiryol  xəttinin  şəhərin  hüdudlarından  kənara  çıxarmaq  əvəzinə    onun 

elektrikləşdirilməsinə böyük vəsaitlər xərclənmişdir. 

Beləliklə,  Şirvan  şəhərində  yaranmış  əlverişsiz  şəhərsalma  vəziyyəti  onun  sonrakı 

inkişafına  mənfi  təsir  edir.  Hazırlanan  sonrakı  yeni  baş  planın  həlləri,  xüsusilə  planlaşdırma 

strukturunun funksional təşkili və şəhərin inkişafının iqtisadiyyatı ilə bağlı məsələlərdə şübhəsiz 

optimallıqdan  uzaq  idi.  Tikinti  ərazisi  hər  tərəfdən  köhnə  və  yeni  sənaye  zonaları  və  neftqaz 

sənaye əraziləri ilə praktik olaraq kip qapanır. Artıq bu gün, insan fəaliyyəti sayəsində şirin sulu 

Hacıqabul  gölünun  yarısı  quruyub  və  belə  ətraf  mühit  çətin  ki,  yaxşı  hava  mühitinin 

yaradılmasına və şəhərin mikroiqliminin yaxşılaşmasına imkan yaradacaq. 

Analoji hesablama səhvləri Gəncə şəhərinin perspektivli inkişafının uzunmüddətli texniki-

iqtisadi  hesablamalarında  da  buraxılmışdır.  Belə  ki,  1934-1935-ci  illərin  baş  planında  qəbul 

edilmiş və 1939-cu ildə korreksiya edilmiş hesablamalara əsasən 200 min nəfər göstərilən şəhər 




№2. 2017 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

45 



 

əhalisinin  sayının  açıq-aydın  azaldıldığı  1990-cı  ildə  məlum  oldu,  çünki  sakinlərin  sayı  artıq 

1977-ci ildə 216 minə çatdı. 

Kobud pozuntulara şəhərin baş planının reallaşdırma gedişatında da yol verilmişdi. Şəhər 

hakimiyyəti, xüsusilə, iqamətgah tipli fərdi tikililərin inşasına geniş səlahiyyətlər verdi ki, buna 

görə də şəhərdə çoxmərtəbəli yaşayış binaları, məktəblərin, uşaq baxçalarının, körpələr evlərinin 

(bağçaların),  mağazaların  və  əhalinin  başqa  mədəni-məişət  xidməti  obyektlərinin  tikintisi  üçün 

torpaq ehtiyatları qalmadı. İndi isə bu obyektlərin yerləşdirilməsi məqsədilə yaşayış üçün yararlı 

çox sayda fərdi evləri və yaşıllıqları dağıtmaq lazım gəlir. Bu qayda pozuntuları şəhər ərazisinin 

həddən  artıq  artmasına,  tikinti  sıxlığının  azalmasına  və  olduqca  defisitli  şəhər  ərazilərinin 

qənaətsiz, effektsiz istifadəsinə gətirib çıxardı. 

Yalnız  şəhər  ərazilərinin  deyil,  həm  də  qiymətli  kənd  təsərrüfatı  torpaqlarının    qənaətsiz 

istifadəsi  bir  çox  başqa  perspektivli  kiçik  şəhərlərdə  -  regional  mərkəzlərdə,  hansılarda  ki, 

həyətyanı ərazilərin öncədən müəyyən edilmiş ölçüləri artırılır, gündəlik təcrübə oldu. Xüsusilə 

bu kiçik şəhərlərdə və şəhər tipli qəsəbələrdə gözə çarpır, harada ki, tikintinin faktiki sıxlıqları 

göstərilən səbəblərdən normativlərdən bir yarım-iki dəfəyə qədər aşağıdır. 

Buna baxmayaraq, respublikanın sənaye potensialının inkişafına və əhali sayının artmasına 

görə,  Azərbaycanın  çox  şəhərləri,  xüsusən  respublikanın  paytaxtı  -  Bakı,  yeni  şəhərlər  və 

perspektivli kiçik və orta şəhərlər - regional mərkəzlər – istər ərazi cəhətdən, istərsə də əhalinin 

sayına  görə  intensiv  inkişaf  edir.  Belə  şəraitdə,  sabit  artımı  təmin  etmək  üçün  şəhərin 

uzunmüddətli  ərazi  inkişafının  istiqamətinin  düzgün  seçimi  əhəmiyyətli  məna  kəsb  edir.  Yeni 

şəhərlərin  baş  planlarının  planlaşdırma  strukturunun  analizi  göstərir  ki,  inkişaf  istiqamətinin 

yanlış seçimi zamanı müxtəlif təyinatlı böyük sənaye müəssisələrinin yerləşdirilməsi baş verir ki

bu  da  şəhərlərin  sonrakı  normal  artımı  üçün  baryerlər  yaradır.  Sənaye  müəssisələri  şəhər 

mühitində,  yaşayış  tikililəri  zonasında  meydana  çıxır,  uyğun  sanitar  qovşaqları  olmur,  bu  da 

şəhər  həyatının  normal  fəaliyyəti  üçün  narahatlıqlara  səbəb  olur,  şəhərsalma  sənədləşməsinin 

vaxtından  əvvəl  yenidən  işlənməsinə  gətirib  çıxarır.  Demək  olar  ki,  hər  10-15  ildən  bir,  bütün 

yeni  şəhərlərin planlaşdırma sənədləşməsinin  yenidən hazırlanması  həyata keçirilirdi. Məsələn, 

təyinatı  və  yerləşməsi  1932-ci  ilin  baş  planında  müəyyən  edilmiş  Bakının  yoldaş  şəhəri  olan 

Sumqayıt,  əllinci  illərdə,  müharibədən  sonra  intensiv  abadlaşmağa  başladı.    O  istilik  elektrik 

stansiyası  yanında  yaşayış  məntəqəsi  kimi  tikilməyə  başladı.  Qısa  müddət  ərzində  şəhər 

abadlaşdırılmış  və  yaşıllaşdırılmış  yaşayış  kvartalları  və  inkişaf  etmiş  mədəni-məişət  xidməti 

şəbəkəsiylə böyük sənaye mərkəzinə çevrildi. Bakıya yaxınlığı (təxminən 40 kilometr), sıx əmək 

və  mədəni-məişət  əlaqələri  onun  sürətləndirilmiş  inkişafını  müəyyənləşdirdi,  bununla  əlaqədar 

olaraq,  1932-ci  ildə  baş  planın  korreksiyasına  ehtiyac  yarandı.  1948-ci  ildə  QİPROMEZ 

(Moskva)  İnstitutu  tərəfindən  hazırlanmış  yeni  baş  plana  görə,  şəhər  85  min  sakin  üçün 

hesablanmışdı.  O  tikinti  üçün  ayrılmış  və  sənaye  zonalarının  köndələn  (eninə)  yerləşmiş  xətti 

planlaşdırma  strukturuna  malik  idi  və  dəniz  sahili  boyunca  uzadılmışdır.  Yaşayış  rayonları 

sənayeyə nisbətən küləkdöyən tərəfdə nəzərdə tutulmuşdu. 

Şəhərin planlaşdırma strukturu magistralların düzbucaqlı sxeminə əsaslandırılmışdı, harada 

ki,  geniş  küçələr  dənizin  sahilinə  paralel,  meridionallar  isə  -  ona  perpendikulyar  çəkilmişdir. 

Mərkəzi sahə şimal küləklərindən müdafiə məqsədilə tikintinin dərinliklərinə, ən içəri hissələrə 

çəkilmişdir. Əsas inzibati sahənin hər tərəfində dördmərtəbəli yaşayış evləri tikilmişdir; inzibati 

bina  şimal-qərbdə  yerləşdirilmişdir.  Sumqayıt  lap  əvvəldən  yaşayış  və  ictimai  binaların 




46 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

№2. 2017 

 

tikintisinin  kompleksliyi  ilə  fərqlənirdi.  60-cı  illərdən  başlayaraq  Sumqayıtda  ilk 



doqquzmərtəbəli binalar meydana çıxır. Bu illərdə Sumqayıt  - respublikanın ən intensiv tikilən 

şəhərlərindən  biri  olur.  Yaşayış  evləri  ilə  yanaşı  uşaq  məktəbəqədər  müəssisələri,  məktəblər, 

mədəni-məişət xidməti binaları yüksəldilirdi. Eyni zamanda ümumşəhər təyinatlı müəssisələr də 

tikilirdi: xəstəxanalar, gecə profilaktoriləri, inzibati binalar, təhsil müəssisələri, ticarət mərkəzi. 

Sumqayıtın  artdığı  və  inkişaf  etdiyi  cənub-şərq  hissəsində  cəmlənmiş  kütləvi  yaşayış 

tikintisi  -  1960-cı  ildə  baş  planın  yenidən  korreksiyasını  və  1969-1970-ci  illərdə  isə  şəhərin 

tikinti  zonasının  ətraflı  planlaşdırma  layihəsinin  işlənib  hazırlanmasını  tələb  etdi.  Lakin  bu 

şəhərsalma sənədləri də şəhərin artım sürətini nəzərə almadı. Bunun nəticəsində 1990 və 2010-cu 

illərdə  Sumqayıt  şəhərinin  baş  inkişaf  planlarının  yeni  redaksiyaları  meydana  çıxdı.  Bu  gün 

Bakı-Abşeron  aqlomerasiyasının  ümumi  yaşayış  məntəqələri  sistemində  Sumqayıtın  inkişaf 

konsepsiyasının hazırlanması məsələsi qarşıda duran vəzifələrdəndir. 

Analoji  vəziyyət  Mingəçevir,  Şirvan,  eləcə  də  digər  yeni  və  inkişaf  etmiş  perspektivli 

şəhərlərin inkişafı üzrə şəhərsalma sənədləşməsinin hazırlanmasında da yarandı.  

Nəticə 

Azərbaycan  respublikası  şəhərlərinin  XX  əsrin  70-80-ci  illərində  hazırlanmış  baş 

planlarının analizi göstərir ki, sonradan hazırlanmış baş planların hamısı yaranmış planlaşdırma 

sistemlərinin  qismən  düzəldilməsini  hədəfləyir.  Bizim  fikrimizcə,  memarlıq-planlaşdırma 

effektivliyi  şəhər  strukturunun  yaxşılaşması,  landşaft  xüsusiyyətlərinin  saxlanılması,  tikintinin 

memarlıq-məkan  keyfiyyətlərinin  artırılması,  müasir  inşaatın  tarixi  mirasın  orqanik  əlaqəsi  ilə 

nəticələnir. 

Ancaq  bununla  yanaşı,  bərpa  edilən  və  yeni  şəhərlərin  məkan  strukturlarının  analizi 

göstərdi  ki,  irsən  keçən  şəhərsalma  törəmələri  nə  qədər  əhəmiyyətli  rol  oynayır.  Yeni 

strukturların  yaradılması  sərbəst  forma  seçiminə  görə  deyil,  şəhər  ərazisinin  tədricən 

genişlənməsinin  obyektiv  qanunauyğunluqlarının  təsiri  altında,  şəhər  karkasının  artımı,  yeni 

şəhər mühitinin mədəni mənimsənilməsi və köhnənin uyğunlaşma proseslərinin təsiri altında baş 

verir.  Şəhərsalma  prosesinin  bu  xarakteri  şəhərin  əhalisinin  artımını,  şəhər  həyat  tərzinin 

yayılmasını,  yeni  sakinlərin  ictimai-mədəni  uyğunlaşmasını,  bir  sözlə,  şəhər  mədəniyyətinin 

mürəkkəb inkişaf yollarını dəstəkləməli və əks etdirməlidir. 

Şəhərin  planlaşdırma  strukturu  eyni  zamanda,  uzun  müddətli  fasiləsiz  inkişafı  nəzərə 

alaraq açıq olmalıdır. 

İstifadə olunmuş ədəbiyyat 

1.

 



Фатуллаев  Ш.С.  Градостроительство  и  архитектура  Азербайджана  XIX  –  начала  XX 

века/Академия  наук  Азерб.  ССР.  Институт  архитектуры  и  искусства.  Л.:  Стройиздат. 

Ленинградское отделение, 1986 , 455 с. 

2.

 



Эфендизаде Р.И. Архитектура советского Азербайджана.  М.: Стройиздат, 1986, 319 с. 

3.

 



Гасанова А.А. Проблемы экологии городов Азербайджана. Баку: Элм, 2003, 360 с. 

4.

 



Нагиев  Н.Г.  «Современное  градостроительство  Азербайджанской  Республики».  Təhsil 

işçisi mətbəəsi MMC, Bakı, 2011, səh.303  



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə