Аzərbaycanda iNŞaat və memarliq


АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix26.01.2018
ölçüsü0,71 Mb.
#22495
1   ...   12   13   14   15   16   17   18   19   20

34 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

№2. 2017 

 

??????


??????

=96363,00  t/

??????

2

-kumaş üçün. 



A

f

=



??????

ηh

0



R

f

=



11,25????????????

96363 ??????/??????

2

 ?????? 0,45?????? ?????? 0,95



=

11,25


41195

= 0,000273??????

2

~2,73 sm


2

 (kumaş) 



Nəticələr 

1.  LİRA  9.6  proqramı  vasitəsilə  dəmir-beton  elementlərin  (sütun  və  divar)  hesablanması  üçün 

beton,  armatur  və  karbolifli  armaturun  xassələrinin  ortaq  nəticəsi  daxil  edilir.  Hesablama 

zamanı bu xassələrin materialın (polad+karbolifli armatur) normativ göstəriciləri əvəzinə, orta 

və laborator eksperimental sınaqlar nəticəsində alınan əmsallar daxil edilir

2.  Materialın  əsas  xassələrindən  olan  elastiklik  modulu  və  dartılma  qüvvəsi,  ancaq  əyilmə 

nəticəsində  və  dartılma  qüvvəsi  təsir  etdikdə  özünü  göstərir.  Bu  əsasən,  sütun  və  divara 

seysmik qüvvənin təsirində özünü göstərir. 

3.  Karboliflə  gücləndirilmiş  dəmir-beton  qurğunun  hesablama  metodikası  üzrə  qüvvədə  olan 

normativ  sənədlər  əsasında  hesablamalar  aparılarkən  yaranan  qeyri-dəqiqliyi  aradan 

qaldırmaq  üçün  bu  hesablanma  metodikasının  təkmilləşdirilməsi  istiqamətində  tədqiqatlar 

aparmaqla əmsallar dəqiqləşdirilməlidir.   



İstifadə olunmuş ədəbiyyat 

1.

 



T.Əliyev,  N.Məstanzadə,  N.Sultanov.  Yeraltı  Şollar  su  anbarının  karboplastikli  armatur 

liflərlə  gücləndirilmiş  qurğusunun  seysmik  riskə  düşməsinin  üç  ölçülü  araşdırılması. 



Azərbaycanda inşaat və memarlıq jurnalı. 2(5). 2015 

2.

 



ГОСТ  10180-90  Межгосударственный  Стандарт.  Бетоны.  Методы  определения 

прочности по контрольным образцам. Москва. Стандартинформ. 2004 

3.

 

CНиП  2.03.01.84  Строительные  нормы  и  правила.  Бетонные  и  железобетонные 



конструкции 

4.

 



СП  52-101-2003  Свод  правил  по  проектированию  и  строительству  бетонные  и 

железобетонные конструкции без предварительного напряжения арматуры  . Издание 

официальное. Москва 2004 

5.

 



T.Əliyev,  N.Məstanzadə,  N.Sultanov.  Yeraltı  Şollar  su  anbarının  karboplastikli  armatur 

liflərlə  gücləndirilmiş  qurğusunun  seysmik  riskə  düşməsinin  üç  ölçülü  araşdırılması. 



Azərbaycanda inşaat və memarlıq jurnalı. 2(5). 2015  

6.

 



T.Əliyev,  N.Məstanzadə,  N.Sultanov.  Yeraltı  Şollar  su  anbarının  karboplastikli  armatur 

liflərlə  gücləndirilmiş  qurğusunun  seysmik  reskə  düşməsinin  üç  ölçülü  araşdırması.  Ali 



məktəblərarası nəzəri və tətbiqi mexanika elmi-texniki jurnal.№ 3-4, 2015  

7.

 



T.Əliyev,  N.Məstanzade,  N.Sultanov.  Yeraltı  su  anbarının  karboliflərlə  gücləndirmə 

qurğusunun  seysmik  ruskə  hesablanması.  Ali  məktəblərarası  nəzəri  və  tətbiqi  mexanika 



elmi-texniki jurnal.№ 1, 2016  

8.

 



T.Əliyev, N.Məstanzade, X. Rəsulov N., Sultanov. Karbolifli beton divarın sınaq üsulu ilə 

tədqiq olunması.  Azərbaycanda inşaat və memarlıq. № 2 . 2016 

9.

 

T.Aliyev,  N.Mastanzade,  Kh.Rasulov,  N.Sultanov.  Experimental  tests  of  the  wall  models 



with carbofiber reinforcement. SBE 16 Conferense.  Istanbul Turkey. 2016 

10.


 

СП  164.1325800.2014.  Свод  правил.  Усиление  железобетонных  конструкций 

композитными материалами. М.: Минстрой России. 2015 



№2. 2017 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

35 



 

UOT 711.4. 

İÇƏRI ŞƏHƏR

 

MƏSCİDLƏRİNİN QORUNMA VƏ BƏRPA  MƏSƏLƏLƏRİ 



memar V.Z.Qasımova Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu  

ВОПРОСЫ 

РЕСТАВРАЦИИ И

 ЗАЩИТЫ МЕЧЕТЕЙ “ИЧЕРИ ШЕХЕРА” 

архитектор В.З.Гасымова 

Азербайджанский НИИ Строительства и Архитектуры 

RESTORATION AND PROTECTION ISSUES OF "ICHERI SHEHER" MOSQUES 

architect V.Z.Gasimova Azerbaijan Research Institute of Construction and Architecture 

Xülasə:  Məqalədə  İçəri  Şəhərdəki  məscidlərin  tikilmə  tarixi, planlaşdırma  həlləri araşdırılır,  hal-

hazırda qorunmasına və bərpasına dair yeni elmi metodlar təklif olunur.  



Açar sözlər: İçəri Şəhər, məscidlər, tarixi abidələr, planlaşdırma həlləri, bərpa. 

Анотация:  В  статье  проводится  анализ  периода  строительства  и  планировочных  решерий 

мечетей   

Ичери  Шехера,  даются  рекомендации  новых  научных  методов  по  их  зашите  и 

восстанавлению. 

 

Ключевые слова: 

Ичери Шехер,

 мечети, исторические памятники, решения планирования, 

реставрация. 



Summary: The article analyzes the periods of construction and planning decisions of Icheri Sheher 

mosques, gives recommendations for new scientific methods for their preservation and restoration. 



Keywords: Icheri Sheher, mosques, historical monuments, planning solutions, restoration. 

Azərbaycan memarlığına aid tarixi abidələrin öyrənilməsi və tədqiq edilməsi (mühafizəsi, 

bərpası, beynəlxalq aləmdə təbliği və müasir zaman tələbində istifadəsi və s.) xüsusi məna kəsb 

edir. Xüsusən də, Bakının və İçəri Şəhərin abidələri sırasında dini tikililər – məscidlər, mədrəsə, 

türbə, təkiyə, pir və s. onun həyat fəaliyyətində və sosial-psixoloji durumunda xüsusi rol oynayır.  

Bu  gün  qədim  İçəri  Şəhər  ölkəmizi  dünyada  tanıdan  bir  obyektdir  və  dünya  memarlıq 

abidəsi kimi YUNESKO –nun siyahısına salınmışdır. Qeyd etdiyimiz kimi İçəri Şəhərdə yaşayış 

və mülkü (karvansara, hamam, ovdan) binalar sayca daha çox məscidlərin tikilməsi X-XX əsrin 

əvvəllərini  əhatə  edir.  Onlar  bir-birindən  öz  qeyri-adi  plan  quruluşları,  struktur  müxtəlifliyi  və 

tikinti formaları ilə fərqlənirlər. 

İçəri Şəhərin məscidlərinin hamısında minarə tikilməmişdir. Bu, onların statusu, bir-birinə 

yaxınlığı,  yer  darlığı  ilə  bağlı  idi.  Minarəli  məscidlərdən  biri  də  Şirvanşahlar  kompleksindəki 

Şah  məscididir.  Yaxud,  Cümə  (Came)  məscidi    plan  görünüşünə  gorə  cənub  və  qərb  küncləri 

kəsilmiş,  düzgün  olmayan  altı  bucaqlı  formasındadır.  XIV  əsrə  aid  olan  qədim  Bakı  Cümə 

Məscidi 1899-cu ildə dağıdılmış və sonralar bir neçə dəfə bərpa (rekonstruksiya) olunmuşdur.  

Hal-hazırda  İçəri Şəhər  məscidlərinin  özlərinin  orta əsrlərə  aid  obrazlarını  praktiki  olaraq 

itirmişlər  (Cümə  məscidi  istisna  olmaqla),  halbuki,  onların  memarlığı  bir  sıra  mühit-məkan 

təşkili  keyfiyyətlərinə  malikdirlər.  Bu  səbəbdən  də,  onların  tipləşməsini  və  memarlıq 

keyfiyyətlərini  qiymətləndirməyə  imkan  verən  tədqiqatların  aparılması  vacibdir.  Xronoloji 

ardıcıllıqla İçəri Şəhərin orta əsr məscidlərini iki mərhələyə bölmək olar:  

-

 

X-XV əsrlərdə ucaldılan məscidlər;  



-

 

XVI-XIX əsrlərdə tikilən məscidlər.  



Təhlillərə  əsasən  müəyyən  edilmişdir  ki,  bu  tiplərin  hər  birinin  öz  spesifik  memarlıq 

planlaşma həlli və özünəməxsus konstruktiv xüsusiyyətləri var [1]. 



Birinci  mərhələdə  tikilmiş  İçəri  Şəhər  məscidlərinin  memarlıq-konstruktiv  və  planlaşma 

quruluşu  sadədir,  yəni  planı  düzbucaq  formalı,  bir  kameralı  olub,  dam  örtükləri  monumental 

çatma  günbəzlidir, ibadət  zalı  isə kvadratdır. Birinci  mərhələ məscidlərinə - Məhəmməd və  ya 

Sınıx qala məscidi, Aşur məscidi (1169-cu il), Xıdır məscidi (XIII əsr), Gileyli məscidi (1308-ci il), 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə